top
Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
04 fevral 2025, 03:01
- +

Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?

Əksər valideynin seçimi dövlət uşaq bağçaları olur. Əsasən işləyən valideynlər uşaqlarını mütləq ki, bağçaya verməlidir. Amma son vaxtlar dövlət uşaq bağçalarına qəbulda çətinliklər yaradılır. Xüsusilə yaşayış məskənini dəyişən valideynlər uşaqlarını yerləşdirmək üçün bağça axtarışına çıxarkən, müxtəlif əngəllərlə qarşılaşırlar.

Məlumdur ki, 2020-ci ildən bəri uşaq bağçalarına qəbul onlayn həyata keçirilir. Bəzən, yaşayış yerini dəyişən valideynlər övladları üçün qəbulla bağlı müraciət edərkən, onlara yer olmadığı bildirilir, yaxud da bir qədər gözləməli olcaqları deyilir. Amma bu məsələdə gözləmək işləyən valideynlərə əl vermir. Bu baxımdan da narazılıqlar yaranır.

Bəs, sözügedən hal zamanı prosedur necə tənzimlənir?

Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Zenfira Sevdimalıyeva Bizim.Media-ya açıqlamasında bildirib ki, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi qarşıya qoyulan əsas hədəflərdəndir:

“Hazırda ölkəmizdə bağçayaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi 35% təşkil edir. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub. Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi istiqamətində alternativ modellər tətbiq edilir.

Məsələn, 2017-ci ildə yaradılan “İcma Əsaslı Məktəbəqədər Təhsil” layihəsinin məqsədi 3-5 yaşlı uşaqların dörd inkişaf sahəsini əhatə edən bacarıqların artırılması, icma əsaslı məktəbəqədər təhsil mərkəzlərinin yaradılması, valideyn birliklərinin yaradılması və məktəblə birgə əməkdaşlıq nəticəsində  ibtidai təhsilin keyfiyyətinin artırılmasından ibarətdir.

Hazırda  bu layihəyə cəlb edilən uşaqların sayı 19055-dir. Layihə çərçivəsində 886 məktəbdə 1177 qrup fəaliyyət göstərir. Tətbiq edilən layihələrdən biri “Ailə tipli təlim qrupları, qısamüddətli, icma əsaslı məktəbəqədər qrupları”dır”.

Zenfira Sevdimalıyeva həmçinin əlavə edib ki, özəl məktəbəqədər təhsil müəssisələri ilə əməkdaşlıqlar aparılır:

“Əsas məqsədimiz  2024-2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqların cəlb olunması üçün ictimai binalar, evlər və s. təlim qrupları yaratmaqdır. Yeni layihələrdən biri özəl məktəbəqədər təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Belə ki, 2024-2025-ci tədris ilində dövlət bağçalarına qəbul oluna bilməyən uşaqlar özəl məktəbəqədər təhsil müəssisələrinə cəlb edilir və ödənişin müəyyən hissəsi dövlət tərəfindən qarşılanır. Gələcəkdə alternativ modellərin genişləndirilməsi hədəflənir”.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 16:47

İranda AzTV-ni "düşmən media" adlandırdılar – Bakının sərt cavabı

Bütün Xəbərlər
Bu gün, 16:43

Avarçəkmə, kanoe və kayak üzrə açıq Bakı çempionatının vaxtı dəyişilib

Bütün Xəbərlər
Bu gün, 16:25

Azərbaycanda ən çox izlənilən televiziya verilişi hansıdır? — TOP-15

Bütün Xəbərlər
Bu gün, 14:46

Azərbaycanın İstanbulda yeni konsulu kimdir? –DOSYE

Bütün Xəbərlər
Bu gün, 13:48

Prezident İlham Əliyev Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı Sərəncam imzalayıb

Bütün Xəbərlər
Bu gün, 13:35

Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırılıb, yeniləri təyin edilib

Bütün Xəbərlər
Bu gün, 13:22

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Bütün Xəbərlər
Bu gün, 13:19

Azərbaycanda alimlərin maaşları artırılacaq? – Ölkədə nə qədər elm adamı var?

Bütün Xəbərlər
Bu gün, 12:41

Sabah külək əsəcək, 41 dərəcə isti olacaq

Bütün Xəbərlər
Bu gün, 12:03

Bakıda güclü külək səbəbindən 2 nəfər təcili yardıma müraciət edib

Bütün Xəbərlər
Bu gün, 10:07

25 yaşlı oğlunun ölüm xəbərini alan ananın ürəyi dayandı

Bütün Xəbərlər
Bu gün, 09:46

Magistraturaya ixtisas seçiminin vaxtı uzadılıb

Bütün Xəbərlər
Bu gün, 09:32

UFC prezidenti: Makqreqor bir illik sıradan çıxıb

Bütün Xəbərlər
Dünən, 11:59

Prezident İlham Əliyev maldivli həmkarına təbrik məktubu ünvanlayıb

Bütün Xəbərlər
25 iyul 2026, 16:42

Xırdalanda kişi ona yemək verməyən arvadını döydü

Bütün Xəbərlər
25 iyul 2026, 15:56

Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib

Bütün Xəbərlər
25 iyul 2026, 15:53

"Kanalı borcla təhvil almışdıq, maaş ödənişləri mənim hesabıma olub" - Vado Korovin

Bütün Xəbərlər
25 iyul 2026, 15:23

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

Bütün Xəbərlər
25 iyul 2026, 14:34

Reper P. Diddy həbsxanadakı davadan sonra təkadamlıq kameraya köçürülüb

Bütün Xəbərlər
25 iyul 2026, 14:15

Milix Yevdayev "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

Bütün Xəbərlər
25 iyul 2026, 13:47

İtaliyanın müdafiə naziri Mixail Fyodorova müşavir vəzifəsini təklif edib

Bütün Xəbərlər
25 iyul 2026, 13:04

Avropa Liqası: "Qarabağ" azarkeşləri üçün ÇSKA ilə cavab oyununun biletləri satışa çıxarılır

Bütün Xəbərlər
25 iyul 2026, 12:35

Bazar günü Azərbaycanda 41 dərəcə isti olacaq

Bütün Xəbərlər
25 iyul 2026, 09:36

İspaniya millisi DÇ-2026-dakı çempionluğa görə 15 milyon dollar vergi ödəyəcək

Oxşar xəbərlər