top
Ədalət Şükürov: “Xaricdən gələn dostlarım Sumqayıtı kurort şəhəri zənn edirlər” – ÖZƏL MÜSAHİBƏ
22 noyabr 2024, 10:34
- ↺ +

Ədalət Şükürov: “Xaricdən gələn dostlarım Sumqayıtı kurort şəhəri zənn edirlər” – ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Sumqayıt şəhərinin 75 illik yubileyidir. Bu əslində böyük bir hadisədir. Sumqayıtın təməli 1949-cu ildə qoyulub və bu müddət ərzində böyük bir inkişaf yolu keçib. Şəhər Azərbaycanın sənaye mərkəzlərindən biri olaraq da tanınır. Bu 75 illik tarix boyunca şəhər bir çox yeniliklər və uğurlar əldə edib. Sumqayıt əhali sayına görə Bakıdan sonra Azərbaycanın ən böyük ikinci şəhəridir.

Gənclik şəhəri kimi tanınan Sumqayıtdan bir çox tanınmış, məşhur simalar da çıxıb. Onlardan biri də Əməkdar artist Ədalət Şükürovdur.

Sumqayit24.az-ın əməkdaşı 75 illik yubiley münasibəti ilə onunla həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

– Ədalət bəy necəsiniz, işləriniz necə gedir?

– Çox şükür, hər şey qaydasındadır. Diqqətiniz üçün təşəkkür edirəm.

– Bildiyiniz kimi bu gün Sumqayıtın 75 illik yubileyidir. Bu münasibətlə sizi təbrik edirik.

– Bu gün bizim doğma gənclik şəhərimizin yubileyidir. 75 yaş belə baxanda az deyil. Bu münasibət ilə bütün sumqayıtlıları səmimi qəlbdən təbrik edirəm, xoş arzularımı hər birinə çatdırıram.

– Sumqayıt ilə bağlı xatirələrinizdən danışmağınızı istərdim. Neçə il Sumqayıtda yaşamışınız?

– 1949-cu ildə bizim şəhərin təməli qoyulanda bura bir çox millətin nümayəndəsi axın edib. Deyərdim ki, keçmiş SSRİ-nin bir sıra bölgələrindən bura köçüb yerləşən olub. Onların sırasında daha çox ziyalılar və mütəxəssislər olub.

Elə mənim valideynlərimi də ali məktəbi bitirdikdən sonra bu şəhərə işləməyə göndəriblər. Anam toxuculuq fabrikində, atam da zavodda çalışırdı. O vaxtdan bu şəhərdə məskunlaşıblar. Mən Sumqayıtda dünyaya göz açmışam. 12 nömrəli məktəbi bitirmişəm. O vaxtı ən yaxşı məktəblərdən biri hesab olunurdu. Mən fəxr edirəm ki, Sumqayıtda doğulmuşam. Hər yerdə də bunu deyirəm. Hər zaman doğma Sumqayıtın adını hallandırıram.

Ayın 26-sı Sumqayıtda böyük tədbir olacaq. Həmin tədbirdə iştirak edəcəyəm. Ayın 27-də isə bir çox xarici dövlətlərdən qonaqlar gələcək. Konsert olacaq.

Doğma şəhərimi tez-tez ziyarət edirəm. Sumqayıtda 17 il yaşamışam. 17 yaşım olanda isə Sankt-Peterburq şəhərində ali məktəbə daxil oldum və Rusiyanın bu şəhərində oxudum. Daha sonra da hərbi xidmətə yollandım.

– Sizcə, Sumqayıtın gənclərinə hansı sahələrdə daha çox dəstək lazımdır?

– Açığı, o vaxt, yəni biz gənc olanda bu qədər şərait, iş yeri, əyləncə mərkəzi və idman zalları yox idi. Gənclərə yollar çox açılıb.

İşləyən adam hər zaman iş tapacaq. Hər axşam Sumqayıtda insanların istirahət etdiyini görə bilərik. Əgər dincəlirsə, demək ki, işləyir, pul qazanır. Arzu edirəm ki, gənclər ancaq öz üzərlərində işləsinlər. Tezliklə 60 yaşım olacaq, lakin öz üzərimdə işləyirəm. Dayanmamaq lazımdır.

– Sumqayıtın mədəniyyət sahəsindəki inkişafları haqqında fikirləriniz necədir?

– Sumqayıtda Dövlət Dram Teatrı var. Bu şəhərdən yaxşı müğənnilər çıxıb. Bununla yanaşı dərnəklər, təhsil müəssisələri və müxtəlif mərkəzlər var. Həmin mərkəzlərdə mütəxəssislər bir çox fəaliyyət sahələrində çalışa bilirlər.

Sumqayıtda həmişə mədəniyyət inkişaf edib. Mədəni şəhər olub. İndiyədək xarici ölkələrdən dostlarım gələndə deyirlər ki, “nə yaxşı şəhərdir”. Təmiz və kurort şəhəri olduğunu zənn edirlər. Doğurdan da balaca və yığcam təmiz şəhərdir. Sumqayıtın insanları başqadır, maraqlıdır. Hər zaman gələndə fərqliliyi hiss edirəm.

– Sumqayıtın gələcəyini necə görürsünüz? Şəhərin daha da inkişafı üçün hansı sahələrə diqqət yetirilməlidir?

– Biz görür ki, Sumqayıt gündən-günə gözəlləşir. Axşam Sumqayıtın başqa bir ləzzəti var. Bulvarı ümumiyyətlə yox idi. Yaşayış kompleksləri tikilir. Demək ki, Sumqayıta tələbat var. Bizim bulvarımızla indiki arasında fərq var. Evimizin təmizliyini biz qorumalıyıq. İnsanlar riayət edirlər. Hər şeyi başa düşürlər. Şəhər əvvəllər bu qədər gözəl deyildi. Restoranlar və əyləncə mərkəzləri varsa, deməli iş yeri var. Hədəf qoyurlar ki, iş yerləri çoxalsın. Obyektlərin açılması iş yerlərinin sayını da artırır.

– Yaradıcılığınızda nə kimi yeniliklər gözlənilir? Sevənlərinizə yeni klip, mahnı təqdim edəcəksiniz?

–  Klip barədə düşünmürəm. Hazırda yeni bir mahnımız var. Bir mahnını yazmışıq, digərini də bitiririk. Solo konsert hələ gözlənilmir. Yalandan demək istəmirəm. Amma yubiley konsertlərində iştirak edəcəyəm.

Nəzrin Vahid

Son xəbərlər

İqtisadiyyat
Dünən, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
Dünən, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
Dünən, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Dünən, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
30 oktyabr 2026, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
30 oktyabr 2026, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
30 oktyabr 2026, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
30 oktyabr 2026, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
30 oktyabr 2026, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
30 oktyabr 2026, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
30 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər