top
Əməkdar rəssam: “Zülfüqar” qılıncının ən gerçək prototipi Gəncədədir” – MÜSAHİBƏ
07 fevral 2025, 08:57
- ↺ +

Əməkdar rəssam: “Zülfüqar” qılıncının ən gerçək prototipi Gəncədədir” – MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol



Gencexeber.az-ın bugünkü müsahibi Əməkdar rəssam, bədii metal sənətini yaşadan Mübariz Əkbərovdur.





Müsahibəni təqdim edirik:

– Mübariz bəy, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

– Gəncə şəhərində dünyaya göz açmışam. 70 yaşım var.  Kiçik yaşlarımda uşaq bağçasına getdiyim zamanlardan rəsm çəkməyə marağım var idi. Müəlliməm məndə o həvəsi yaratdı. IV sinifdə oxuyan zaman Uşaq Rəssamlıq Məktəbində dərs almağa başladım. Dörd il orada təhsil aldım. Daha sonra Rəssamlıq Texnikumunda təhsilimi davam etdirdim. Oranı bitirəndən sonra hərbi xidmətə yollandım. Beş il Rəssamlıq Akademiyasında təhsil aldım. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüyəm.

– Necə oldu bədii metal sənəti ilə məşğul olmaq qərarına gəldiniz?

– Bu da rəssamlığın bir qoludur. Uşaqlıqdan məşğul olmuşam. İlk dəfə sərgidə bir işimi nümayiş etdirdim. Bir xəncər hazırlamışdım. Həmin iş Azərbaycandan Danimarkaya aparıldı. Daha sonra onu Moskvaya göndərdilər.

– Bu sənətdə istifadə olunan ənənəvi alətlər və texnikalar nələrdir?

– Ağacın üstündə gümüşü həkk etməyi hər adam bacarmır. Kim baxır, inanmır. Onun da sirləri var.

– Bədii metal sənətinin ən çətin tərəfi nədir?

– Çox çətin sənətdir. Fikirləşmək ən çətin tərəfidir. Bir ideya gəlir, eskiz üzərində edirsən. Ondan sonra da yavaş-yavaş ərsəyə gəlir. Əziyyətli sənətdir. Çox vaxt gümüşdən hazırlayıram.

– Kiçik emalatxanada xəncər, qılınc, beybud, yamən, şpaqa, kukri və digər silah növlərini hazırlamaqla məşğulsunuz. Bu barədə danışardınız.

– 20 ildir ki, “Zülfüqar” qılıncının forması və onun üzərində hansı naxışların olduğu haqqında araşdırmalar aparırdım. Bir çox ölkələrin muzey işçiləri, ədəbiyyatçıları və din xadimləri ilə söhbət etmişəm. Araşdırmalarım nəticəsində belə qərara gəlmişəm ki, “Zülfüqar” qılıncının uc hissəsi daxildən ikitərəflidir. Bunun isə bir çox üstünlükləri var. Bir çox mənbələrdə isə qılınc ikihaçalı təsvir olunur. Məncə bu, yanlış fikirdir, çünki fiziki olaraq ikihaçalı qılıncı idarə etmək çox çətin olar. Uzun araşdırmalardan sonra bir il ərzində polad və gümüşdən “Zülfüqar”ı ərsəyə gətirdim. Qınını İslamın müqəddəs daşlarından sayılan əqiq və naxışlarla bəzədim. Qılıncın üzərində isə ərəb dilində “Əli kimi igid, Zülfüqar kimi qılınc yoxdur” sözləri yazılıb. Qılıncın təxmini qiyməti əlli min manatdan yuxarıdır.

Ümummilli lider Heydər Əliyev də demişdi ki, “sən “Zülfüqar” qılıncını hazırlaya  bilərsənmi?” Bu sözlər beynimdən çıxmırdı. 20 il sonra sanki Allah tərəfindən vəhy gəldi ki, dur, elə – alınacaq! Bir il üzərində işlədim. Çox gözəl alındı. “Zülfüqar” qılıncının ən gerçək prototipi Gəncədə bizim evdədir. Nə qədər pul təklif etsələr də, satmadım. Dua etmək üçün gələnlər də var.

– Bir iş nə qədər vaxta ərsəyə gəlir?

– Müxtəlif vaxtlara ərsəyə gələ bilər.

– Hazırda hansı növ işlər və ya layihələrlə məşğul olursunuz?

– İrəvan xəncəri üzərində çalışıram. Çox gözəl bir xəncərdir. Yaşlı bir kişi yaxınlaşdı, təsvir etdi, mən də eskiz kimi hazırladım.

– Bədii metal sənətini gələcək nəsillərə ötürmək istəyirsiniz?

– Heyif bu sənətdən. Bu sənət sanki Allah tərəfindən bizə hədiyyə olunub. Amma indi işləməyə yerim yoxdur.

– Tələbələriniz varmı?

– Yerimiz olmadığından tələbə hazırlaya bilmirəm. Şagirdlərim lap əvvəl olub. Ümumiyyətlə istəyirəm ki, bu sənət ölməsin. Düzdür, bacarığı olmayana özünü öldürsən də nə isə öyrətmək mümkünsüzdür. İstədiyim tələbə də hələ yoxdur. Biri Baltikyanı ölkədədir, digəri isə Moskvadadır. Bizdə bədii metal sənətinə diqqət edən yoxdur.

– Gəlir əldə edə bilirsinizmi?

– Bəli, dolanmaq üçün əl işlərimi satıram. Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan üçün sifariş veriblər. Onu da hazırlayıram.

– Xarici ölkələrdə sərgiləriniz olubmu?

–  2001-ci və 2004-cü illərdə Gəncədə, 2003-cü ildə Bakıda fərdi sərgilərim təşkil olunub. Əsərlərim Türkiyə, Almaniya, İngiltərə, Fransa və Rusiya kimi bir çox xarici ölkələrdə nümayiş olunub, əl işlərim məşhur muzeylərdə və fərdi kolleksiyalarda saxlanılır.

– Gəncəlilərin bu kimi əl işlərinə marağı necədir?

– Maraq hər zaman var.

Nəzrin Vahid


Son xəbərlər

Cəmiyyət
Bu gün, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
Bu gün, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
Bu gün, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
Bu gün, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
Bu gün, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
Bu gün, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
Bu gün, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
Bu gün, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
Bu gün, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
Bu gün, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
Bu gün, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
Dünən, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
Dünən, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
Dünən, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
Dünən, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
Dünən, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
Dünən, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Siyasət
Dünən, 12:28

Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb - FOTO

Cəmiyyət
Dünən, 12:10

Beynəlxalq terror təşkilatları ilə əlaqəli, terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət
Dünən, 11:39

Azərbaycanda son on ildə nikahların sayı təxminən 30%, doğulan uşaqların sayı isə 42% azalıb - İNSANOİD.COM-un ARAŞDİRMASI

Cəmiyyət
Dünən, 11:28

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib

Cəmiyyət
Dünən, 11:10

Ermənistan parlamentində kütləvi dava baş verib - VİDEO

Cəmiyyət
Dünən, 10:36

Məhkəmədə cəzaların toplanması qaydası dəqiqləşdi: Amnistiya alanlarla bağlı qərar

Oxşar xəbərlər