top
Eritreyada girov götürülən gəmilərdə saxlanılanların yaxınları aksiya keçirib
07 fevral 2025, 02:51
- +

Eritreyada girov götürülən gəmilərdə saxlanılanların yaxınları aksiya keçirib

Eritreyada saxlanılan “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmilərinin azərbaycanlı heyətinin yaxınları “Caspian Marine Services B.V.” şirkətinin qarşısında aksiya keçirib.

APA xəbər verir ki, aksiyanın məqsədi gəmilərin buraxılmasına dair danışıqlar prosesi barədə məlumat almaq olub.

Girov götürülən Saleh Poladovun atası Vələd Poladov bildirib ki, oğlundan 3 aydır xəbər ala bilmirlər: “Biz şirkətdən məlumat almaq istəyirik. Artıq 3 ay keçib. Bunun sonu necə olacaq? Gəmidə olarkən onlar bizimlə həftədə bir dəfə əlaqə saxlayırdılar. İndi isə heç bir xəbər yoxdur”.

Mahmud Rüstəmovun atası Əmrah Rütəmov deyib ki, hadisə ilə bağlı bir neçə dəfə şirkət rəsmiləri ilə, eləcə də Xarici İşlər Nazirliyində görüşdə olublar: “Xarici İşlər Nazirliyində də olmuşuq, amma heç bir nəticə olmayıb. Biz dövlətimizdən övladlarımızı bizə qovuşdurmağını xahiş edirik. Gəmini nə vaxt istəsələr qurtararlar, bu şirkətin öz işidir. Ən son şirkətdən 2 həftə öncə demişdilər ki, 3 günə sənədləri götürüb çıxacaqlar. Dəqiq vaxt deyən yoxdur. 18 nəfərlik heyət artıq 3 aydır ailəsindən uzaqdır”.

Daha sonra girov saxlanılan şəxslərin yaxınlarını sözügedən şirkətin direktor müavini Aqşin Rəhimov qəbul edib. Görüş media nümayəndələri üçün qapalı keçirilib.

Görüşdən sonra görüş iştirakçıları bildirib ki, onları qəbul edən Aqşin Rəhimov prosesin gecikməsinə bir neçə səbəbin olduğunu deyib və əlavə olaraq vurğulanıb ki, Eritreyada Azərbaycanın diplomatik nümayəndəliyi yoxdur. Belə ki, məsələ ilə ilə bağlı viza verilmir, müraciət edilsə də imtina cavabı gəlir. Şirkətdən saxlanılanların ailələrinə onu da bildirilblər ki, onların azad edilməsi istiqamətində işlər davam etdirilir.

“Caspian Marine Services B.V.” şirkətindən məsələ ilə bağlı hər hansı açıqlama verilməyib.

Xatırladaq ki, 7 noyabr 2024-cü il tarixində “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunan Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreya Dövlətinin ərazi sularına məcburi giriş edib. Keçid zamanı Eritreya Dövlətinin liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra Eritreya Dövlətinin müvafiq qurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq, sözügedən gəmilər saxlanılıb. Adları qeyd olunan gəmilərdə heyət üzvlərindən 18 nəfər Azərbaycan Respublikasının vətəndaşlarıdır. Baş vermiş hadisə ilə bağlı ilkin məlumatlar 07.11.2024-cü il tarixində işçi qaydada Xarici İşlər Nazirliyinə daxil olduqdan sonra, tərəfimizdən hadisəyə dərhal reaksiya verilərək məsələ nəzarətə götürülüb. Zəruri tədbirlərin görülməsi məqsədilə, Eritreya Dövlətinin ərazi sularına girişin beynəlxalq hüquq normaları ziddiyyət təşkil etmədiyinə dair hüquqi əsaslandırma Efiopiya Federativ Demokratik Respublikasında və Rusiya Federasiyasındakı səfirliklərimiz vasitəsilə Eritreya tərəfinə müvafiq nota vasitəsilə çatdırılıb. Eritreya XİN-də, Eritreyanın Türkiyə və Moskvadakı səfirliklərində müvafiq görüşlər keçirilib.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 14:46

Azərbaycanın İstanbulda yeni konsulu kimdir? –DOSYE

Bütün Xəbərlər
Bu gün, 13:48

Prezident İlham Əliyev Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı Sərəncam imzalayıb

Bütün Xəbərlər
Bu gün, 13:35

Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırılıb, yeniləri təyin edilib

Bütün Xəbərlər
Bu gün, 13:22

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Bütün Xəbərlər
Bu gün, 13:19

Azərbaycanda alimlərin maaşları artırılacaq? – Ölkədə nə qədər elm adamı var?

Bütün Xəbərlər
Bu gün, 12:41

Sabah külək əsəcək, 41 dərəcə isti olacaq

Bütün Xəbərlər
Bu gün, 12:03

Bakıda güclü külək səbəbindən 2 nəfər təcili yardıma müraciət edib

Bütün Xəbərlər
Bu gün, 10:07

25 yaşlı oğlunun ölüm xəbərini alan ananın ürəyi dayandı

Bütün Xəbərlər
Bu gün, 09:46

Magistraturaya ixtisas seçiminin vaxtı uzadılıb

Bütün Xəbərlər
Bu gün, 09:32

UFC prezidenti: Makqreqor bir illik sıradan çıxıb

Bütün Xəbərlər
Dünən, 11:59

Prezident İlham Əliyev maldivli həmkarına təbrik məktubu ünvanlayıb

Bütün Xəbərlər
25 iyul 2026, 16:42

Xırdalanda kişi ona yemək verməyən arvadını döydü

Bütün Xəbərlər
25 iyul 2026, 15:56

Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib

Bütün Xəbərlər
25 iyul 2026, 15:53

"Kanalı borcla təhvil almışdıq, maaş ödənişləri mənim hesabıma olub" - Vado Korovin

Bütün Xəbərlər
25 iyul 2026, 15:23

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

Bütün Xəbərlər
25 iyul 2026, 14:34

Reper P. Diddy həbsxanadakı davadan sonra təkadamlıq kameraya köçürülüb

Bütün Xəbərlər
25 iyul 2026, 14:15

Milix Yevdayev "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

Bütün Xəbərlər
25 iyul 2026, 13:47

İtaliyanın müdafiə naziri Mixail Fyodorova müşavir vəzifəsini təklif edib

Bütün Xəbərlər
25 iyul 2026, 13:04

Avropa Liqası: "Qarabağ" azarkeşləri üçün ÇSKA ilə cavab oyununun biletləri satışa çıxarılır

Bütün Xəbərlər
25 iyul 2026, 12:35

Bazar günü Azərbaycanda 41 dərəcə isti olacaq

Bütün Xəbərlər
25 iyul 2026, 09:36

İspaniya millisi DÇ-2026-dakı çempionluğa görə 15 milyon dollar vergi ödəyəcək

Bütün Xəbərlər
25 iyul 2026, 09:29

Tramp ermənipərəst konqresmen Adam Şiffi yekəbaş adlandırıb

Bütün Xəbərlər
25 iyul 2026, 00:17

"Dövlət xəstəxanalarında ürəyin MRT-si niyə yoxdur?" - Aparıcıdan ETİRAZ

Bütün Xəbərlər
24 iyul 2026, 20:38

"Speys"dən açıqlama: Məsuliyyət onun üzərinə düşür!

Oxşar xəbərlər