top
Fəzail Ağamalı, övladları və nəvələri məhkəməyə verildi
27 noyabr 2024, 06:46
- ↺ +

Fəzail Ağamalı, övladları və nəvələri məhkəməyə verildi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ana Vətən Partiyasının (AVP) qurucusu, keçmiş deputat Fəzail Ağamalı və övladları - Elçin Ağamalı, Günay Ağamalı və Yalçın Ağamalı məhkəməyə verilib.

“Qaynarinfo” xəbər verir ki, iddiaçı “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətidir.

QSC-nin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. Ülkər Həsənova iş üzrə hakim təyin edilib. Məhkəmə çəkişməsi kredit müqaviləsinə dair mübahisələrlə bağlıdır.

“Aqrarkredit” QSC Fəzail Ağamalı və övladları ilə yanaşı, “Agricola” şirkətini, Ağamalı Samirə Akif qızı, Ağamalı Kamran Yalçın oğlu, Ağamalı Orxan Yalçın oğlu və İmanova Suğra Sevindik qızı adlı vətəndaşları da məhkəməyə verib.

Məlumata görə, Samirə Ağamalı, Kamran Ağamalı və Orxan Ağamalı sabiq deputatın nəvələridir.

“Agricola” MMC-yə gəlincə, açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. Hətta Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında belə, şirkətin adına rast gəlinmir.

Sayt məsələ ilə bağlı Fəzail Ağamalı ilə əlaqə saxlayıb. Eks-deputat məlumatı təsdiqləyib.

Fəzail Ağamalı bildirib ki, kredit bir neçə ilə əvvəl “Agricola” şirkəti üçün götürülüb. Lakin pandemiya dövründə şirkətin işi axsayıb: “Bu baxımdan, kredit ödənilməsində müəyyən problem yaranmışdı. Artıq “Aqrarkredit”in rəhbərliyi ilə danışıqlar aparılıb və kreditin hissə-hissə ödənilməsi barədə razılıq əldə olunub”.

Keçmiş deputat kreditin məbləğini açıqlamaq istəməyib. Amma məlumata görə, söhbət böyük məbləğdə kreditdən gedir.

Xatırladaq ki, Fəzail Ağamalı Milli Məclisin 6 çağırış deputatı olub. O, cari ilin sentyabrında keçirilən parlament seçkilərinə qatılmayıb. Bu dəfəki seçkidə keçmiş deputatın qızı Günay Ağamalı namizədliyini irəli sürüb və 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən mandat qazanıb.

Son xəbərlər

İqtisadiyyat
Dünən, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
Dünən, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
Dünən, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Dünən, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
30 oktyabr 2026, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
30 oktyabr 2026, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
30 oktyabr 2026, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
30 oktyabr 2026, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
30 oktyabr 2026, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
30 oktyabr 2026, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
30 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər