top
Fransada Azərbaycanın Milli Film Günü keçirilib
07 noyabr 2024, 21:33
- ↺ +

Fransada Azərbaycanın Milli Film Günü keçirilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fransanın paytaxtı Parisdə Azərbaycanın Milli Film Günü keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyinin, UNESCO yanındakı Daimi Nümayəndəliyinin və respublikamızın UNESCO üzrə Milli Komissiyasının dəstəyi ilə Parisdəki Rex kinoteatrında 2-ci Beynəlxalq "Kino irsi" kino festivalı çərçivəsində baş tutan tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, isveçli fotoqraf və rejissor Mikael Silkebeq və digər şəxslər iştirak ediblər.

Festivalda Azərbaycan M.Silkebeq tərəfindən ölkəmizin UNESCO üzrə Milli Komissiyası və respublikamızın İsveçdəki Səfirliyinin dəstəyi ilə çəkilmiş "Xarıbülbül Əfsanəsi" və "Odin Kodu" sənədli filmləri ilə təmsil olunub.

Tədbirdə çıxış edən E.Abdullayev xarıbülbülün İkinci Qarabağ müharibəsində şəhid olan əsgərlərin xatirəsinin rəmzi olaraq qəbul edildiyini, həmçinin Azərbaycan Ordusunun zəfər simvoluna çevrildiyini bildirib.

Filmin rejissoru M.Silkebeq çıxış edərək türk xalqlarının mədəniyyətinə olan xüsusi marağından danışıb və qonaqlara filmlərin çəkilişi haqqında məlumat verib.

"Xarıbülbül Əfsanəsi" Azərbaycanın musiqi paytaxtı Şuşanın işğaldan azad olunmasından sonra çəkilmiş ilk sənədli filmdir və onun tarixi əhəmiyyəti, zəngin mədəni irsindən bəhs edir. Filmdə həmçinin qələbə və azadlıq simvoluna çevrilən xarıbülbül çiçəyinin simvolik rolu haqqında da məlumat verilir.

Festival çərçivəsində nümayiş olunan "Odin Kodu" filmi isə Azərbaycan ilə Skandinaviya ölkələri arasında qədim tarixə əsaslanan əlaqələrdən bəhs edir. Filmdə, bu əlaqələrin öyrənilməsinə böyük əhəmiyyət verən məşhur norveçli alim və səyyah Tur Heyerdalın Azərbaycana səfəri, eləcə də Ümummilli Lider Heydər Əliyevlə görüşlər zamanı səsləndirilən fikirlər haqqında məlumat verilir.

[gallery link="file" columns="2" size="full" ids="203823,203824"]

Son xəbərlər

İqtisadiyyat
31 oktyabr 2026, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
31 oktyabr 2026, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
31 oktyabr 2026, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
31 oktyabr 2026, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
30 oktyabr 2026, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
30 oktyabr 2026, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
30 oktyabr 2026, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
30 oktyabr 2026, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
30 oktyabr 2026, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
30 oktyabr 2026, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
30 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər