top
Gəncəli opera müğənnisi: “Paxıllığımı çəkənlər də az olmadı” – MÜSAHİBƏ
23 dekabr 2024, 10:51
- +

Gəncəli opera müğənnisi: “Paxıllığımı çəkənlər də az olmadı” – MÜSAHİBƏ

Gəncəli opera müğənnisi, Azərbaycan Milli Konservatoriyasının üçüncü kurs tələbəsi, Respublika və Beynəlxalq müsabiqələr laureatı Altun Süleymanov IV Azərbaycan Vokalçılar festivalında çıxış edib“Griseldo” operasından Ernestonun ariyasını ifa edib.

Gencexeber.az-ın əməkdaşı Altun Süleymanovilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

– Özünüz haqqında məlumat verməyinizi istərdim.

– 2002-ci il sentyabrın 12-də Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşam. Hazırda Bakı şəhərində yaşayıram. Azərbaycanın Milli Konservatoriyasının III kurs tələbəsiyəm. Milli vokal ixtisası üzrə Opera və Balet Teatrının solisti, Prezident mükafatçısı Taleh Yahyayevin sinfində təhsil alıram.

2018-ci ildə Gəncə musiqi kollecinə qəbul olmuşam. Fərqlənmə diplomu ilə oranı  bitirdim. Opera müğənnisi Vasif Bayramovun sinfində təhsil alırdım.

– Musiqiyə olan marağınız necə başladı? Uşaq yaşlarınızda hansı təsirlər oldu?

Musiqiyə uşaq yaşlarından marağım var idi. Çünki həmin dövrdə Şövkət Ələkbərova, Rəşid Behbudov kimi milli musiqiçilərimizi dinləmişəm. Onları dinlədikcə çox gözəl hisslər keçirirdim. Sanki ruhumla onlarla söhbət edirdim.

Uşaq yaşlarında bir toy məclisində ifa etdim. Kəmalə Tağızadə səsimi eşidib çox bəyəndi. Məni 4 saylı Gəncə musiqi məktəbinə qəbul etdilər. Oranı da uğurla bitirdim.

– Opera ilə tanışlığınız necə oldu? Hansı opera əsərləri və ya sənətkarlar sizin üçün ilham mənbəyi oldu?

– Dünya şöhrətli opera müğənniləri var. Onları hər zaman dinləmişəm. Azərbaycandan da Samir Cəfərov, Yusif Eyvazov, Taleh Yahyayev, Azər Zeynalovu dinləyirdim.

Operaya gəlmək mənim arzum idi. Dünya şöhrətli opera müğənnilərinin master-klasslarında olmuşam. Və xeyli təcrübə toplamışam. Təcrübəni də öz üzərimdə inkişaf etdirdim. Xalq artisti Fidan Hacıyevanın musiqi məktəbinin nəzdində yaratdığı opera teatrında solist olaraq fəaliyyət göstərirəm.

– Ailənizdə musiqi ilə məşğul olan var?

– Xeyr, yoxdur.

– Hansı çətinliklərlə qarşılaşmısınız və bu çətinlikləri necə aşdınız?

– Ümumiyyətlə, hər bir peşənin, sənətin özünəməxsus çətinlikləri olur. Kim deyirsə asanlıqla gəlmişəm, yanlışdır. Düzdür, bir çox insanlar mənim üçün maneə yaradıb. Paxıllığımı çəkənlər də az olmadı. Amma buna baxmayaraq hər zaman mən öz təcrübəmlə, müəllimlərimin mənə öyrətdiyi taktika və ideyalarla layiqincə sözümü demişəm. Bir çox beynəlxalq müsabiqələrdə iştirak etmişəm.

Laçın şəhəri günü keçirildi. Mən o tədbirdə iştirak etdim. Cənab prezidentin qarşısında “Qarabağ” mahnısını ifa etdim. Bu ifanı edərkən çox duyğulandım. 2013-cü ildən Gəncə şəhərində ictimai sferadayam.

– Böyük səhnəyə ilk çıxışınız necə keçdi?

– İlk böyük səhnəm Gəncə Dövlət Filarmoniyasında oldu. Həmçinin beynəlxalq opera festivalında çıxışım olub.

– Səhnəyə çıxarkən və ya musiqini ifa edərkən hansı emosiyalar sizin üçün önəmlidir?

– İnsan səhnəyə çıxarkən emosiyaları ifa etdiyi musiqidən asılıdır. Sevgiyə aid bir mahnı ifa edirəmsə, biz onu yaşamalıyıq. Çox əl-qol hərəkətləri də olmamalıdır. Bəzən yanlış görünə bilər. Çalışmalıyıq ki, musiqiyə uyğun hərəkətlərlə tamaşaçının qarşısında obrazda olaq.

– Gənc bir opera müğənnisi olaraq hansı hədəfləriniz var? 5-10 il sonra özünüzü harada görürsünüz?

Ümumiyyətlə, bütün opera müğənnilərinin ən böyük arzusu “La Skala” səhnəsində çıxış etməkdir. Ən böyük arzum budur ki, hər zaman Azərbaycanımızın bayrağını qaldırım. Vətənimi çox sevirəm.

Gənclər və İdman Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən Xudayar Yusifzadənin “Vətən yaxşıdır” mahnısı jest dilində ictimaiyyətə təqdim olundu. Mədəniyyət kanalında da yayımlandı. Bu layihənin ideya müəllifi mənəm.

– Opera sənətindəki yenilikləri izləyirsinizmi?

– Əlbəttə, izləyirəm. Vokalçılar festivalı, opera festivalı keçirildi. Opera sənəti yeni dünyaya açılan bir qapıdır. Bu dünyanı hər bir kəs görə bilər. Buna düzgün şəkildə baxmaq lazımdır.

– Musiqinin və operanın gələcəyi haqqında nə düşünürsünüz?

Operanın gələcəyi var. Gənc nəslin əlindədir. Gənc nəsil təəssüf ki, tanınmış ifaçıları tanımır.

– Təhsiliniz haqqında planlarınız varmı?

– Təhsilimi xaricdə davam etdirməyi düşünürəm. Xaricdə davam etdirdikdən sonra Azərbaycana gəlməyi düşünürəm.

– Festivallarda çıxış edirsinizmi?

– Bir çox beynəlxalq və yerli festivallarda olmuşam, IV Azərbaycan Vokalçıları Festivalında, Fidan Hacıyevanın Opera Festivalında çıxış etmişəm.

18 oktyabr 2021-ci il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Heydər Əliyev Sarayının dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin və F.Əmirov Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında II Azərbaycan  Beynəlxalq Vokalçılar Festivalının iştirakçısıyam.

– Mükafatlarınızdan danışmağınızı istərdim.

– 2019 ildə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin “Gənc İstedad” festivalında “Xalq mahnısı və vokal” nominasiyası üzrə birinci yerə layiq görülmüşəm. 2020-ci ildə Ulu öndər Heydər Əliyevin 98-ci ildönümünə həsr olunan “ZƏFƏR” beynəlxalq musiqi yarışmasında “Vokal və xanəndəlik istiqaməti” üzrə fəxri diplomla təltif edildim.

Nəzrin Vahid

Son xəbərlər

Bütün Xəbərlər
Dünən, 17:30

Azərbaycanda 15 yaşlı qızla evlənən bəy HƏBS OLUNDU

Bütün Xəbərlər
Dünən, 16:19

"Opera Hotel"də tutulan tanınmış cərraha 9 il həbs verildi

Bütün Xəbərlər
Dünən, 15:57

Mahir Məmmədov FIDE-nin vitse-prezidenti postuna namizəd olacaq

Bütün Xəbərlər
Dünən, 15:36

Zaqatalada 14 nəfərin dönərdən zəhərləndiyi ehtimal olunan kafenin fəaliyyəti dayandırılıb

Bütün Xəbərlər
Dünən, 15:16

Bakıda qarajların 1 kvadratmetrinin qiyməti 1 400 manatı keçib

Bütün Xəbərlər
Dünən, 13:08

Türkiyədə milyonluq fırıldaq şəbəkəsi ifşa edildi – Aralarında azərbaycanlılar da var+VİDEO

Bütün Xəbərlər
Dünən, 12:50

Nazir sənədi imzalamaqdan imtina etdi - Ərdoğanın reaksiyası gündəm oldu

Bütün Xəbərlər
Dünən, 12:15

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Bütün Xəbərlər
Dünən, 11:39

Bu il 150 balla qəbul olunan ixtisasların sayı arta bilər

Bütün Xəbərlər
Dünən, 10:46

Vəfadar Misirov: "Keçid ballarında böyük dəyişiklik gözlənilmir"

Bütün Xəbərlər
Dünən, 10:11

Təranə Quliyeva yüksək vəzifəyə TƏYİN OLUNUB

Bütün Xəbərlər
Dünən, 09:54

Ali məktəblərə ixtisas seçiminə avqustun 10-dan sonra başlanılacaq

Bütün Xəbərlər
Dünən, 09:47

Hikmət Hacıyev "AnewZ"un Şuşa həbsxanası ilə bağlı hazırladığı sənədli filmi paylaşıb

Bütün Xəbərlər
Dünən, 09:08

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Bütün Xəbərlər
Dünən, 09:01

Türkiyədə daha bir bələdiyyə sədri saxlanılıb

Bütün Xəbərlər
28 iyul 2026, 17:35

İyulun 12-də keçirilən qəbul imtahanının nəticəsi AÇIQLANDI

Bütün Xəbərlər
28 iyul 2026, 17:03

"Xəzər sahillərindən gələn sehrli səs": Sona Moqubeliyeva Böyük Britaniyanı Azərbaycan musiqisinə necə aşiq edir

Bütün Xəbərlər
28 iyul 2026, 16:34

Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb

Bütün Xəbərlər
28 iyul 2026, 16:00

Müəllimini güllələyən Əli: "Mənə deyirdi ki, "Sən heç nə bilmirsən, sənin gələcəyin yoxdur" - TƏFƏRRÜAT

Bütün Xəbərlər
28 iyul 2026, 15:05

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Bütün Xəbərlər
28 iyul 2026, 14:12

XİN Perunu Milli Günü münasibətilə təbrik edib

Bütün Xəbərlər
28 iyul 2026, 14:11

Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırılıb

Bütün Xəbərlər
28 iyul 2026, 14:08

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb

Bütün Xəbərlər
28 iyul 2026, 14:05

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Oxşar xəbərlər