top
Gəncəli paralimpiya çempionu: “Fiziki məhdudiyyətli uşaqlara örnək olduğum üçün məğlub olmaq istəmirəm” – MÜSAHİBƏ
28 noyabr 2024, 10:14
- ↺ +

Gəncəli paralimpiya çempionu: “Fiziki məhdudiyyətli uşaqlara örnək olduğum üçün məğlub olmaq istəmirəm” – MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda taekvondonun inkişafı beynəlxalq arenada parlaq qələbələrlə, dayanq ustalarımızın dünya və Avropa çempionatlarında qazandıqları medallarla təsdiqini tapıb. Zəfər qazanan taekvondoçularımızdan biri də “Paris-2024” Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edən və fəxri kürsünün ən yüksək pilləsinə qalxan parataekvondoçu İmaməddin Xəlilovdur.

O, K44 kateqoriyasında, 70 kiloqram çəki dərəcəsində mübarizə aparıb. Finalda türkiyəli Fatih Çeliklə qarşılaşan idmançımız onu 15:2 hesabı ilə məğlub edib.

Gencexeber.az İmaməddin Xəlilovla həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

– İmamədin bəy, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

– 1998-ci ildə Gəncə şəhərində anadan olmuşam.

– Taekvondo ilə nə vaxt və necə tanış oldunuz?

– Mənim taekvondo ilə tanışlığım 2006-cı ilə təsadüf edir. Komplekslərimdən qurtulmaq üçün bu idman növünə başlamaq qərarına gəldim.

– Taekvondo ilə məşğul olmağınızın səbəbi nədir? Sizi bu idman növünə cəlb edən nə olub?

– Taekvondo ilə məşğul olmağımın səbəbi odur ki, digər fiziki məhdudiyyətli uşaqlar kimi olmayım. Həyata bağlanmaq üçün bu idman növünü seçdim.

– Əvvəlki təcrübələrinizdən hansılarını bu idmanda tətbiq edirsiniz?

– Düşünürəm ki, hər şey beyindən gəlir. Hər şey psixologiyadan asılıdır. Taekvondoda da bunu tətbiq etməyə çalışıram.

-Taekvondo sizin üçün nə deməkdir?

– Taekvondo mənim üçün həyat deməkdir. O məni həyata bağlayır. Yaşamaq hissimi artırır.

– Məşqlərinizi necə təşkil edirsiniz? Gündəlik proqramınız necədir?

– Gündəlik məşqlərimiz hər zaman olur. Təlim-məşq toplanışlarına da davam edirik.

– Fərqli fiziki və ya psixoloji çətinliklərlə üzləşdiyiniz zaman necə mübarizə aparırsınız?

– Psixoloji çətinliyə düşən kimi öncə ailəm yadıma düşür. Bilirəm ki, mən çöksəm, ailəm də çökəcək. Ona görə də özümü toparlamalıyam. Ailəmi ayaqda tutmaqdan ötrü özümü ancaq belə düzəltməyə çalışıram.

– Çətinliklərlə qarşılaşdığınızda sizi motivasiya edən nədir?

– Digər fiziki məhdudiyyətli uşaqların məni özünə örnək göstərməsi məni motivasiya edir. Demək olar ki, motivasiya edən tək şey budur.

– Son zamanlarda əldə etdiyiniz ən böyük uğur nə olub?

– Mənim ən böyük uğurum paralimpiya çempionu olmağımdır. Onunla bərabər ikiqat dünya çempionuyam. Dünya reytinqində son iki ildə birinci sıradayam. İlk azərbaycanlı idim ki, dünya reytinqində birinci sıraya yüksəldim. İlk parataekvondoçuyam ki, həm paralimpiya, həm də dünya çempionuyam.

– Hədəfləriniz barəsində nə düşünürsünüz?

– Mən məğlubiyyəti sevmirəm. Hədəfim də hər zaman o olub ki, heç kəs məni məğlub edə bilməsin.

– Ən çətin rəqibiniz kim olub? Bu rəqiblə mübarizə etmək necə bir təcrübə oldu?

– Ən çətin rəqibim meksikalı idmançı olub. O məndən öncəki paralimpiya çempionu idi. Həmişə onunla döyüşlərimdə qızıl xala keçirdik. 0-0, 1-1 olurdu. Ən çətinlik çəkdiyim idmançı o idi.

– Gələcəkdə hansı nailiyyətləri əldə etmək istəyirsiniz?

– Demək olar ki, bir idmançı karyerasında bütün nəticələri əldə etmişəm. Məni özünə örnək götürən fiziki məhdudiyyətli uşaqlar olduğu üçün məğlub olmaq istəmirəm. İstəmirəm ki, onlar məğlubiyyətimi görsün. Növbəti dəfə paralimpiya çempionu olmaq istəyirəm.

– Taekvondo həyatınızda nə kimi dəyişikliklərə səbəb olub?

– Mən əvvəl qolumda olan qüsura görə protez taxırdım. Taekvondoda insanlar məni tanıdıqdan sonra komplekslərimdən qurtuldum.

– Həyatınızda ən böyük dəstəkçiləriniz kimlərdir?

– Ən böyük dəstəkçim təbii ki, ailəmdir. Yaxınlarım hər zaman yanımda olub. Mən yeddi il boyunca məğlub olmuşam. Həmin an ailəm və dostlarımdan başqa heç kəs mənə inanmırdı.

Nəzrin Vahid

Son xəbərlər

İqtisadiyyat
Dünən, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
Dünən, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
Dünən, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Dünən, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
30 oktyabr 2026, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
30 oktyabr 2026, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
30 oktyabr 2026, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
30 oktyabr 2026, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
30 oktyabr 2026, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
30 oktyabr 2026, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
30 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər