Hacıqabul rayonunun Muğan qəsəbəsində səhər saatlarında yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilənMingəçevir rayon sakini Q.Gözəlov idarə etdiyi “Mercedes Benz” markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman idarəetməni itirib və nəticədə avtomobil aşıb.
Hadisə nəticəsində sürücü dünyasını dəyişib, iki sərnişin isə xəsarət alıb.
Araşdırmalar aparılır.
[gallery size="full" ids="208536,208535"]