top
Həyata barmaqları ilə baxan Zəkəriyyə: “1 həftəyə nöqtə ilə oxumağı öyrəndim” – ÖZƏL MÜSAHİBƏ
13 noyabr 2024, 03:39
- ↺ +

Həyata barmaqları ilə baxan Zəkəriyyə: “1 həftəyə nöqtə ilə oxumağı öyrəndim” – ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol


Bu gün qaranlıqla işığın qovuşduğu, dünyanı gözləri ilə yox, barmaqları ilə görənlərin günüdür…

13 Noyabr – Beynəlxalq Gözdən Əlillər günü!

Gözdən əlillərin necə kitab oxuduğunu düşünmək insana çox çətin gəlir. Amma onlarla ünsiyyətdə olduqca, gözdən əlil olsa belə insanın nələrə qadir olduğunu anlayırsan. Yetər ki, inan…

Belə şəxslərdən biri də Respublika Gözdən Əlillər Kitabxanasının işçisi, biləsuvarlı Zəkəriyyə Qurbanovdur.

Cenublu.az-ın əməkdaşının Zəkəriyyə Qurbanovla müsahibəsini təqdim edirik:

– Zəkəriyyə bəy, öncə özünüz barədə məlumat verməyinizi istəyərdim.

– Zəkəriyyə Əli oğlu Qurbanov. 1988-ci il iyulun 11-də Biləsuvar rayonunun Amankənd kəndində anadan olmuşam. 36 yaşım var. I qrup gözdən əliləm. Artıq 3 ildir ki, Respublika Gözdən Əlillər Kitabxanasında çalışıram.

– Gözünüzdəki problem doğulandan var? Yoxsa sonradan yaranıb?

– Xeyr, sonradan yaranıb. 6 yaşıma qədər görmə qabiliyyətim yerində olub. 6 yaşımdan sonra gözümə mirvari suyu gəldi, bir gözüm tutuldu. İkinci sinfə gedəndə isə o biri gözüm zəifləməyə başladı. Və tədricən gözlərimin hər ikisi tamamilə tutuldu. Deyirlər irsidir. Çünki atamda da var bu problem. Genetik olaraq mənə də keçdi.

– Bəs atanızda bu problem nə zaman yaranıb?

– Deyilən görə, atamda da sonradan yaranıb. Deyəsən, narkoz çox verilib və bunun nəticəsində görmə problemi yaranıb.

– Ailənizdə bu problemdən əziyyət çəkən başqa kimsə varmı?

– Bəli, 3 qardaşıq. Üçümüz də gözdən əlilik. Sadəcə mən və kiçik qardaşım I qrup gözdən əlildir, ortancıl qardaşım isə II qrupdur. Ortancıl qardaşım demək olar ki, kitab da oxuya bilir.

– 6 yaşa qədər gördüyünüzü dediniz. Nə isə xatırlayırsınızmı?

– Hər bir şeyi xatırlayıram. Qəribədir ki, indi gözüm açılsa, o qədər də təəccüblənmərəm. Həyatıma qaldığım yerdən davam edərəm. Çünki insanların təsvirləri, rənglər tamamilə yadımdadır. Ola bilər ki, bəzi yeniliklərdən xəbərim olmasın.

– Görmənizdə olan problem təhsilinizə mane oldumu?

– Əlbəttə, xeyr. 12 yaşımda Bakıya gəldim. Sağlamlıq imkanları məhdud uşaqlar üçün Respublika İnternat Məktəbində oxudum. 2010-cu ildə oranı bitirdim. Həmin il Bakı Sosial Pedaqoji Kollecə daxil oldum. 2014-cü ildə fərqlənmə ilə bitirdim. 2014-cü ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq və İnformasiya fakültəsinə daxil oldum. 2018-ci ildə bitirdim. 2022-ci ildən bəri də burada çalışıram.

Düzdü, 2020-ci ilə qədər oxumaq çox çətin idi. Çünki universitetə qəbul olmaq üçün oxumalı olduğumuz kitabları tapa bilmirdik. Amma indiki dövrdə çox asandı.

– Brayl əlifbasını necə öyrəndiniz? Deyirlər, görmə problemi sonradan yaranan insanlar üçün bu əlifbanı öyrənmək çətin olur.

– 2000-ci ildə Bakıya gələndə Sağlamlıq imkanları məhdud uşaqlar üçün Respublika İnternat Məktəbində oxumağa başladım. Siz inanmazsınız ki, həmin əlifbanı 1 həftəyə öyrəndim. Mənə çox asan oldu.

Bizim məktəb 12 il təhsil verir. Təsəvvür edin, elə şagirdlər var ki, 10 il oxuyur, öyrənə bilmir. Sonra qəfil necə sıçrayış baş verirsə, braylı 1 günə öyrənib, iki il sonra universitetə daxil olur. Amma elələri var ki, heç vaxt öyrənə bilmirlər. Bu hissiyyat məsələsidir. Barmaqda hissiyyat yaranmır.

– Telefondan necə istifadə edirsiniz?  

– Heç bir problem yaranmır. Çünki hər şey dostumuz Elnur Sadiqin sayəsindədir. Elnur Sadiq gözdən əlil müəllimdir. O, bizim ölkədə gözdən əlillər üçün səsli proqram yaratdı. Həmin proqram vasitəsi ilə bütün istədiyimiz kitabları rahatlıqla dinləyə bilirik. Eyni zamanda, həmin proqramla kompüterdə işləmək, telefonla oynamaq çox asanlaşıb.

– Gözünüz açılanda ilk nəyi və kimi görmək istəyərdiniz?

– Gözüm indi açılsa, sizi görəcəkdim (gülür). Ya da gözümün sarğısını açacaq həkimi.

 

Bildirək ki, günün məhz bu tarixdə qeyd olunması görməyənlər üçün relyefli əlifbanın müəllifi, gözdən əlillər üçün ilk təhsil müəssisələrinin yaradıcısı olan məşhur fransalı xeyriyyəçi Valentin Qayuinin doğum günü ilə bağlıdır.

Onu da deyək ki, gözdən əlillərin kitab oxuması üçün Brayl əlifbası köməklərinə çatır. Brayl şriftlərinin öyrənilməsi üçün aparat “bribor” adlanır. Həmin aparatın üzərindəki hər kvadratın içərisində 6 nöqtə var. O nöqtələr də Brayl əlifbasında bir hərfdir. Bu aparata qoyulan vərəq digərlərindən qalın olur.

Bu da belə… Bəli, onların görən dünyası qaranlıq olsa da, barmaqları ilə həyata işıq salırlar.

 

Fidan İlqar


Son xəbərlər

İqtisadiyyat
31 oktyabr 2026, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
31 oktyabr 2026, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
31 oktyabr 2026, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
31 oktyabr 2026, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
30 oktyabr 2026, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
30 oktyabr 2026, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
30 oktyabr 2026, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
30 oktyabr 2026, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
30 oktyabr 2026, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
30 oktyabr 2026, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
30 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər