Astara sakini olan Elnur Vaqif oğlu Məmmədov axtarışa verilib.
İnsanoid.com xəbər verir ki, bu barədə Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində məlumat verilib.
Bildirilib ki, Astaranın Seləkəran kəndindən olan Elnuru Belarus dövlət qurumları axtarırlar.
Məlumata görə, o, 10 ildir ki, Astarada yaşamır və hazırda Bakıdadır, evlidir və iki uşağı var.
Belə ki, Elnur illər əvvəl Moskvada Anna adlı belaruslu xanımla rəsmi nikaha girib və ondan qız övladı dünyaya gəlib.
9 yaşlı Əminə hazırda anası Anna həbs edildiyinə görə Belarusda sığınacağa yerləşdirilib və dövlət qurumları onun atası Elnur Məmmədovu axtarırlar.
Ətraflı süjetdə: