top
İnsan alverçisi: “Qızlara “görüşmək istəyən kişi var” deyəndə sevinə-sevinə gəlirdilər”
06 yanvar 2025, 05:49
- ↺ +

İnsan alverçisi: “Qızlara “görüşmək istəyən kişi var” deyəndə sevinə-sevinə gəlirdilər”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyada insan alveri ilə məşğul olan azərbaycanlı qadına hökm oxunub.

İnsanoid.com-un əldə etdiyi məlumata görə, hadisənin məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə aparılıb.

Belə ki, 1979-cu il təvəllüdlü Mətanət Əliyeva (ad şərtidir) aldatma və hədə-qorxu yolu ilə bir çox şəxsin fiziki zəifliyindən istifadə edərək Moskvaya aparıb. Nəticədə həmin şəxslərə qarşı cinsi istismar və insan alveri cinayətlərini törədib.

Mətanət Əliyeva Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Mətanət Əliyeva ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib:

“32 il ərzində 4-cü dəfədir ki, Azərbaycana anamın məzarını ziyarət etmək üçün gəlmişəm. Rusiya Federasiyasının Moskva şəhərində daimi yaşayıram. 3 yaşım olanda qardaşım ailəmizə məxsus evi satıb, məni Rusiyaya apardı. Elə oradaca məni atıb getdi. 14 yaşıma qədər internat məktəbində oxumuşam. Sonradan qarışıq millətdən olan Anatoli adlı şəxslə evləndim. Hazırda 3 övladım var. Son 2 ildir ki, Moskva şəhərində müğənnilərə kafe, restoran işlərində təşkilatçılıq edirəm. Heç bir intim münasibət göstərməmişəm. Zərərçəkmiş şəxsləri tanıyanda onsuz da onlar əvvəlcədən kişilərlə cinsi əlaqədə olaraq pul qazanmaqla məşğul idilər. İlk olaraq mənim yanıma Özbəkistan Respublikası vətəndaşı Jasmin gəlib. Daha sonra Jasmin başqa qızları mənim yanıma gətirərək kişilərlə görüşdürürdü. Beləliklə, qızlar özləri bir-birlərini mənim yanıma gətirməyə başladılar. Düzdür, bəzən mən də görüş təşkili üçün qızların nömrəsini kişilərə verirdim.

Amma qızları kişilərlə cinsi əlaqədə olmağa və əldə etdikləri pulları mənə verməyə məcbur etməmişəm. Qızlara “görüşmək istəyən kişi var” deyəndə sevinə-sevinə gəlirdilər. Bəzi qızların pasportlarını evə qeydiyyata salmaq üçün götürmüşdüm. Başqa məqsədim olmayıb.

Yanımda neçə qızın işlədiyini xatırlamıram. Heç kimə hədə-qorxu gəlib, zorakılıq etməmişəm. Qızların ailələri də nə işlə məşğul olduqlarını bilirdilər. Məsələn, zərərçəkmiş kimi tanınan Zeynəbin anası onsuz da qızı ilə birlikdə Türkiyəyə cinsi yolla pul qazanmaq məqsədi ilə gedib-gələnlərdən olub. Türkiyədən deport olunduqları üçün mənim yanıma, Moskva şəhərinə gəliblər.

Daha sonra, Günayın 20 yaşlı oğlu da Moskvadakı evimə qonaq gəlib. Yəni, oğul anasının gördüyü işdən xəbərdar idi. Həmçinin, Günay mənim yanımda işləyəndən sonra Dubayda olan bacısı Ləmanı da işləməyə gətirdi. Məclislərdə, kafelərdə qızların kişilərlə görüşünə dair sübutlar mobil telefonumda var. Həmin şəkillərdən görünür ki, qızları zorla göndərməmişəm. Qızlar bəzən özləri mənə yaxınlaşıb kişi ilə görüşəcəklərini deyib gedirdilər”.

Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zeynəb Vəliyeva (ad şərtidir) ifadəsində deyib:

“Mətanəti 2018-ci ildə Türkiyədə olarkən tanıdım. İstanbulda restoranda xadimə işləyirdim. Həmin restoranda xadimə işləyən özbək əsilli Şahnaz adlı xanım vardı. Mənə yerlisi Mətanət adlı xanımın Rusiyada restoranlarının olduğunu dedi. Ona orada “Maşa” deyirmişlər. Xadimə qadın Mətanətlə aramda əlaqə yaratdı. O, mənə yaxşı pul təklif etdiyi üçün razılaşdım. Mənim təyyarə biletimi də özü aldı.

Moskvaya gəldikdə işimin xadiməlik deyil, kişilərlə görüşmək olduğunu bildim. Buna etiraz etsəm də, Mətanət yola və mənə xərclədiyi pulları ödəməyim üçün məcbur işləyəcəyimi dedi. Təxminən 13-14 gün borcumu ödəmək üçün onun yanında işlədim. Müxtəlif kişilərlə görüşüb, cinsi əlaqədə olurdum. Borcum bitdikdən sonra Azərbaycana qayıtdım. Amma Mətanət məndən əl çəkmədi. “WhatsApp”da kişilərlə cinsi əlaqədə olduğum videoları mənə göndərib, onun yanına qayıtmasam, həmin görüntüləri yayacağını dedi. Mən də rüsvay olmamaq üçün onun yanına qayıtdım və işləməyə başladım. Ondan şikayətçiyəm, ən ağır cəza verilməsini istəyirəm”.

Məhkəmə iclasında dindirilən digər zərərçəkmiş Sevinc Quliyeva (ad şərtidir) deyib ki, yaxşı maaş verdiyi üçün razılaşdım:

“2020-ci ildə qrup yoldaşımın ad günündə Elçin adlı şəxslə tanış oldum. Elçin kafe və restoranlarda mahnı oxuyurdu. Arabir Elçinlə telefonla danışırdım. Mənim işsiz olduğumu bildiyi üçün Moskvada tanışının kafesində iş təklif etdi. Yaxşı maaş verdiyi üçün təkliflə razılaşdım. Elçin mənə Mətanətin nömrəsini yönləndirdi. Mətanətlə telefonla danışdıqdan sonra Rusiyaya getmək üçün gün təyin etdim. Orada məni Mətanət qarşıladı və evə apardı. Getdiyimiz evdə fərqli ölkələrdən olan qızlar vardı. Amma Azərbaycandan Bahar, Zeynəb və Mədinə adlı 3 xanım tanıdım. Orada işimin restoran yox, kişilərlə görüşmək olduğunu öyrəndim. Narazı olsam da, Mətanət xərclədiyi pulları qaytarmağım üçün cinsi əlaqədə olmağa məcbur etdi.

İşimiz isə belə idi ki, Mətanət özü kişilərlə danışır və pulu götürürdü. Bizi isə gündə 3-4 kişi ilə məcbur görüşdürürdü. Ondan şikayətçiyəm, ağır cəza verilməsini istəyirəm”.

Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə cinsi istismar və insan alverində təqsirləndirilən Mətanət Əliyeva 2 il müddətində azadlıqdan məhrum edilib.

 

Fidan İlqar

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Dünən, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
Dünən, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
Dünən, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
Dünən, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
Dünən, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
Dünən, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
Dünən, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
Dünən, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
Dünən, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
Dünən, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
Dünən, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
Dünən, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
Dünən, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Siyasət
29 oktyabr 2026, 12:28

Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb - FOTO

Cəmiyyət
29 oktyabr 2026, 12:10

Beynəlxalq terror təşkilatları ilə əlaqəli, terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət
29 oktyabr 2026, 11:39

Azərbaycanda son on ildə nikahların sayı təxminən 30%, doğulan uşaqların sayı isə 42% azalıb - İNSANOİD.COM-un ARAŞDİRMASI

Oxşar xəbərlər