top
Instagram quldurlarının işində YENİLİK - Hakimlər axtarış qərarı verdi
07 yanvar 2025, 01:35
- +

"Instagram quldurları"nın işində YENİLİK - Hakimlər axtarış qərarı verdi

"Instagram"da qız adı ilə kişilərlə tanış olaraq onlara qarşı quldurluq etməkdə təqsirləndirilən Məmixan Məmmədov, Sadiq ƏzizovSultanə Həsrətovanın cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Rauf Malışov vəsatət qaldıraraq təqsirləndirilən şəxslərdən biri olan Sultanə Həsrətovanın dəfələrlə prosesdən yayındığı üçün məhkəmə zalından həbs edilərək barəsində axtarış elan edilməsini təklif edib.

Məmixan Məmmədovun vəkili Toğrul Rzayev bildirib ki, təqsirləndirilən şəxs Sultanə Həsrətova dəfələrlə proseslərə gəlmir və açıq şəkildə məhkəməyə hörmətsizlik edir.

Məhkəmə qısa müşavirədən sonra dövlət ittihamçısının vəsatətini təmin edib.

Qərara əsasən, Sultanə Həsrətova barəsində olan ev dustaqlığı qətimkan tədbiri həbs-qətimkan tədbiri ilə dəyişdirilib və barəsində axtarış elan edilib.

Məhkəmənin növbəti iclası fevralın 11-nə təyin olunub.

İstintaqla müəyyən edilib ki, Məmixan Məmmədov tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Sadiq Əzizov və qeyri-rəsmi ər-arvad münasibətində birlikdə yaşadığı Sultanə Həsrətova ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə giriblər.

Məqsəd Sultanǝ Həsrətovanın müxtəlif vətəndaşlarla sosial şəbəkə vasitəsi ilə tanış olub yaşadıqları evə dəvət etmək, Məmixan Məmmədov və Sadiq Əzizovun sonradan evə daxil olaraq həmin şəxslərin əmlaklarını quldurluq yolu ilə ələ keçirib öz aralarında bölmək olub.

Bu ilin fevralın 10-da Məmixan Məmmədov və Sadiq Əzizov "İnstagram" sosial şəbəkəsində özlərini "Fatimə" adı ilə təqdim edərək Vüsal Zeynalov adlı şəxslə tanış olublar. Onlar iş üzrə zərərçəkmiş olan Vüsalı "Sevgililər günü" yəni fevral 14-də kirayə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə dəvət ediblər.

İttiham aktında göstərilib ki, qrupun üzvü olan Sultanǝ Həsrətova Vüsal Zeynalovu qarşılayaraq həmin evə gətirdikdən sonra əvvəlcədən əldə edilmiş razılığa görə Məmixan Məmmədov və Sadiq Əzizov otağa daxil olaraq Məmixan Məmmədov özünü Sultanǝ Həsrətovanın əri kimi təqdim edib. Guya qısqanclıq zəminində Vüsal Zeynalovun Sultanǝ Həsrətova ilə mesajlaşmasını bəhanə gətirməklə ona yumruq təpik zərbələri ilə vuraraq xəsarətlər yetirib. Sadiq Əzizov isə əlində olan silah qismində istifadə etdiyi dəmir boru ilə Vüsal Zeynalovu vuraraq yüngül dərəcəli bədən xəsarətləri yetirib.

Daha sonra Məmixan və Sadiq zərərçəkmişin smart qol saatını götürüblər, eyni zamanda Vüsalın pul kartından 999 manat, digər kart hesabından isə 196 manat pulu özlərinə göndərərək ümumilikdə 1.455 manat məbləğində ziyan vurublar.

Təqsirləndirilən şəxslərin hər üçü onlara qarşı elan edilən ittihamla özlərini təqsirli bilməyiblər.

Qeyd edək ki, Məmixan Məmmədova və Sultanə Həsrətovaya qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və Sadiq Əzizova isə 181.2.5. (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) və 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 16:19

"Opera Hotel"də tutulan tanınmış cərraha 9 il həbs verildi

Bütün Xəbərlər
Bu gün, 15:57

Mahir Məmmədov FIDE-nin vitse-prezidenti postuna namizəd olacaq

Bütün Xəbərlər
Bu gün, 15:36

Zaqatalada 14 nəfərin dönərdən zəhərləndiyi ehtimal olunan kafenin fəaliyyəti dayandırılıb

Bütün Xəbərlər
Bu gün, 15:16

Bakıda qarajların 1 kvadratmetrinin qiyməti 1 400 manatı keçib

Bütün Xəbərlər
Bu gün, 13:08

Türkiyədə milyonluq fırıldaq şəbəkəsi ifşa edildi – Aralarında azərbaycanlılar da var+VİDEO

Bütün Xəbərlər
Bu gün, 12:50

Nazir sənədi imzalamaqdan imtina etdi - Ərdoğanın reaksiyası gündəm oldu

Bütün Xəbərlər
Bu gün, 12:15

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Bütün Xəbərlər
Bu gün, 11:39

Bu il 150 balla qəbul olunan ixtisasların sayı arta bilər

Bütün Xəbərlər
Bu gün, 10:46

Vəfadar Misirov: "Keçid ballarında böyük dəyişiklik gözlənilmir"

Bütün Xəbərlər
Bu gün, 10:11

Təranə Quliyeva yüksək vəzifəyə TƏYİN OLUNUB

Bütün Xəbərlər
Bu gün, 09:54

Ali məktəblərə ixtisas seçiminə avqustun 10-dan sonra başlanılacaq

Bütün Xəbərlər
Bu gün, 09:47

Hikmət Hacıyev "AnewZ"un Şuşa həbsxanası ilə bağlı hazırladığı sənədli filmi paylaşıb

Bütün Xəbərlər
Bu gün, 09:08

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Bütün Xəbərlər
Bu gün, 09:01

Türkiyədə daha bir bələdiyyə sədri saxlanılıb

Bütün Xəbərlər
Dünən, 17:35

İyulun 12-də keçirilən qəbul imtahanının nəticəsi AÇIQLANDI

Bütün Xəbərlər
Dünən, 17:03

"Xəzər sahillərindən gələn sehrli səs": Sona Moqubeliyeva Böyük Britaniyanı Azərbaycan musiqisinə necə aşiq edir

Bütün Xəbərlər
Dünən, 16:34

Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb

Bütün Xəbərlər
Dünən, 16:00

Müəllimini güllələyən Əli: "Mənə deyirdi ki, "Sən heç nə bilmirsən, sənin gələcəyin yoxdur" - TƏFƏRRÜAT

Bütün Xəbərlər
Dünən, 15:05

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Bütün Xəbərlər
Dünən, 14:12

XİN Perunu Milli Günü münasibətilə təbrik edib

Bütün Xəbərlər
Dünən, 14:11

Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırılıb

Bütün Xəbərlər
Dünən, 14:08

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb

Bütün Xəbərlər
Dünən, 14:05

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Bütün Xəbərlər
Dünən, 14:00

Azərbaycanda ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılıb

Oxşar xəbərlər