top
İnternet provayderlərin “Speedtest” sürəti saxtadır? - YOXLAMA BAŞLAYIR
06 fevral 2025, 02:44
- ↺ +

İnternet provayderlərin “Speedtest” sürəti saxtadır? - YOXLAMA BAŞLAYIR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) internet telekommunikasiya xidməti göstərən operator və provayderlərin nümayəndələri ilə görüş keçirilib.

İKTA-dan Marja-ya verilən məlumata görə, görüş abunəçilərə təqdim edilən internetin sürətinin, həmçinin təqdim olunan xidmətin digər keyfiyyət göstəricilərinin etibarlı olaraq təqdim edilməsinə və Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılmasına həsr edilib.

İKTA İdarə heyətinin sədri Nail Mərdanov görüşü giriş sözü ilə açaraq Agentlik tərəfindən aparılmış müşahidə və monitorinqlərin nəticələrini açıqlayıb.

Natiq qeyd edib ki, tənzimləyici qurum “Ookla” şirkəti ilə rəsmi əməkdaşlıq edir. Rəsmi razılıq əsasında ölkə ərazisində şirkət tərəfindən aparılan bütün ölçmələrin cihaz qeydləri Agentliyə təqdim edilir. Agentlik böyük həcmdə məlumatların (Big DATA) təhlilləri əsasında bir sıra araşdırmalara başlayıb. Belə ki, aparılan müşahidələrə görə, bu gün Azərbaycanda 36 operator və provayderdə “Ookla”nın “Speedtest” serverləri mövcuddur. Amma müəyyən səbəblərdən onların istifadəsinə nəzarət istənilən səviyyədə deyil. Bu isə ümumilikdə ölkədə internetin sürətinin ölçmə nəticələrinin 10-20%-dək təhrif olunmasına səbəb olur. Nəticədə isə bu hal ölkəmizin internetin sürəti ilə bağlı beynəlxalq reytinqlərdə irəliləməsinə mənfi təsir göstərir.

İKTA sədri, eyni zamanda operator və provayderlər arasında məlumat mübadiləsi üçün qurulan və internet sürətinə təsir edən “Local Exchange” arabağlantıların yaxşılaşdırılmasına ehtiyac olduğunu bildirib.

Nail Mərdanov ölkəmizi qlobal internetə bağlayan 3 əsas “Backbone” operator arasında arabağlantının şərtlərinin Agentlik tərəfindən nəzərdən keçirildiyini və ən qısa müddətdə 3 əsas operator arasında arabağlantı resurslarının təcili şəkildə artırılmasının zəruri olduğunu vurğulayıb.

O əlavə edib ki, “Ookla” sponsor serverlərinin performans və əməliyyat göstəriciləri nəzarətdən kənar qaldığı üçün İKTA bunun biznes fəaliyyətinə təsiri olmadığını, ölkənin isə beynəlxalq reytinq cədvəllərində mövqeyinə birbaşa təsirini nəzərə alaraq müştərək baxışın keçirilməsini məqsədəuyğun hesab edir:

“Bu səbəbdən də ilkin olaraq mövcud serverlərin minimal texniki tələblərə uyğunluğunu müəyyən etmək üçün serverlərə birlikdə baxış keçiriləcək, operator və provayderlər qarşısında yeni tələblər qoyulacaq. Bütün serverlərin texniki parametrlərinə yenidən baxılmalı və tələb olunan sazlamalar həyata keçirilməlidir. Tənzimləyici qurum tərəfindən tələblərə uyğun qurulmayan serverlərin fəaliyyətinin uyğunlaşdırılması tələb ediləcək. Şəbəkə dayanıqlılığı layihəsi çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən “Ookla” sponsor serverlərinin əsas fəaliyyət göstəriciləri (KPI) barədə dövri hesabatlıq tələb olunacaq. Növbəti hesabat dövründən etibarən operator və provayderlərdən serverlərin əməliyyat və performans göstəriciləri ilə də bağlı məlumatların toplanılması həyata keçiriləcək”, – deyə Nail Mərdanov əlavə edib.

Tədbirdə çıxış edən internet operator və provayderlərin nümayəndələri qarşılaşdıqları çətinliklər və çağırışlarla bağlı fikirlərini bölüşüblər. Bildirilib ki, “Local Exchange” arabağlantıların imkanlarının artırılmasına və fəaliyyətin tənzimlənməsinə ehtiyac var. Arabağlantı münasibətlərində trafik mübadiləsinə görə operatorlararası hesablaşma məsələləri internetin inkişaf prinsipləri nəzərə alınmaqla həll edilməlidir.

Çıxış edənlər, eyni zamanda alternativ sürətölçmə alətlərinin yaradılmasına, yaxud inteqrasiya edilməsinə ehtiyac olduğunu və bu prosesdə dövlətin dəstəyinə ehtiyac yarandığını bildiriblər.

Qarşılıqlı dialoq şəraitində keçən görüşdə şəbəkələrin inkişafının təmin edilməsi üçün dövlət-özəl tərəfdaşlığı modelindən istifadə imkanları da müzakirə edilib, ümumilikdə belə müzakirələrin davamlı keçirilməsi qərara alınıb.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
Bu gün, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
Bu gün, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
Bu gün, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
Bu gün, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
Bu gün, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
Bu gün, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
Bu gün, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
Bu gün, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
Bu gün, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
Bu gün, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
Bu gün, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
Dünən, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
Dünən, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
Dünən, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
Dünən, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
Dünən, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
Dünən, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Siyasət
Dünən, 12:28

Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb - FOTO

Cəmiyyət
Dünən, 12:10

Beynəlxalq terror təşkilatları ilə əlaqəli, terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət
Dünən, 11:39

Azərbaycanda son on ildə nikahların sayı təxminən 30%, doğulan uşaqların sayı isə 42% azalıb - İNSANOİD.COM-un ARAŞDİRMASI

Cəmiyyət
Dünən, 11:28

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib

Cəmiyyət
Dünən, 11:10

Ermənistan parlamentində kütləvi dava baş verib - VİDEO

Oxşar xəbərlər