top
İslam dini meyitin yandırılmasını qəbul edirmi?
03 fevral 2025, 23:32
- +

İslam dini meyitin yandırılmasını qəbul edirmi?

Azərbaycanda meyitlərin yandırılması üçün kremasiya mərkəzləri yaradılacaq.

Bu barədə millət vəkili Ceyhun Məmmədov məlumat verib. O bildirib ki, Azərbaycan dünyəvi dövlətdir:

"Bu gün ölkədə müxtəlif din, etiqad nümayəndələri yaşayır. Onların etiqad azadlığı təmin olunur. Elə buna görə də meyitlərin yandırılması üçün xüsusi mərkəzlər yaradılacaq. Bu ona görə ediləcək ki, gələcəkdə hansısa etiqad nümayəndəsinin belə arzusu olduqda, bu, qanuna istinadən tənzimlənsin".

Ceyhun Məmmədov onu da qeyd edib ki, meyitlərin yandırılması üçün nəzərdə tutulan xüsusi mərkəzlərlə bağlı araşdırma aparılır. O da əlavə edib ki, hazırda cəsədinin yandırılmasını istəyən az sayda insan var, bu kütləvi deyil.

Bəs, İslam dini meyitin yandırılmasını qəbul edirmi?

Suala ilahiyyatçı Tural İrfan aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, meyitlərin yandırılması bəzi din və adətlərdə mövcuddur:

"Lakin İslam dininə görə müsəlman ölülər torpağa dəfn edilməlidir. İmkan və şərait olduğu müddətdə torpağa dəfn etmək vacibdir. Lakin istisna hallarda islam dininə görə ölünü dənizə atmağa, yaxud yandırmağa icazə verilir. Tutaq ki, dəniz səyahəti zamanı vəfat etmiş insanın sahilə çıxanacan cəsədinin xarab olması və ehtiramının aradan getməsi ehtimalı varsa, şəriət qüsl, kəfən edilib ağır bir daş bağlayıb dənizə atmağa izn verir.

Yaxud dəhşətli pandemiyalar, epidemiyalar zamanı yoluxucu xəstəlikdən ölmüş adamın mütəxəssis rəyi ilə yandırılmasına da izn verilir. Lakin adi halda, yer çatışmazlığı, maddi imkansızlıq kimi bəhanələrlə ölüləri yandırmağa şəriət icazə vermir.

Azərbaycanda isə təkcə müsəlmanlar yaşamır, başqa dinlərin və konfessiyaların mənsubları da var. Eyni zamanda, ölkəmiz müsəlman ölkəsi sayılır. Ona görə digər inancların da dəfn qaydalarını icra etməsi üçün şərait olmalıdır. Krişnaçılar, buddistlər və bir qism ateistlər də öldükdən sonra cəsədlərinin yandırılmasını istəyə bilərlər".

"Hər kəs meyitinin yandırılmasını istəyə bilər"

Müsahibimiz onu da əlavə edib ki, inancından asılı olmayaraq hər bir vətəndaş cəsədinin yandırılmasını istəyə bilər:

"Əgər bu olmasa, bir növ onun hüquqlarını məhdudlaşdırmış olarıq. Kimsə ölüsünü qanun çərçivəsində başqa ölkəyə apara, oradan gətirə, eyni zamanda yandıra da bilər. Lakin bunun üçün müvafiq şərait olmalıdır ki, başqalarına ziyan vurulmasın və cəmiyyətdə ikrah və anlaşmazlıq yaranmasın.

Bəziləri bunu eşidib elə düşünür ki, hamını məcbur edəcəklər ki, ölüsünü yandırsın. Bu, belə deyil, sadəcə inanc və dinində, əqidəsində meyitin yandırılması olan vətəndaşlar üçün bu bir imkandır ki, yaradılır. Bəlkə də heç orada meyit yandıran olmayacaq. Amma bu şərait hüquq və azadlıqlar baxımından olmalıdır".

"İslamın dəfn qaydaları sırf müsəlmanlar üçün nəzərdə tutulub"

Tural İrfan sonda onu da deyib ki, islam dininə görə din və etiqadında meyilləri yandırma olan şəxslərin meyiti yandırıla bilər yaxud istədikləri kimi dəfn edə bilərlər:

"Çünki islamda dəfn qaydaları sırf müsəlmanlar üçün nəzərdə tutulub, başqalarının işinə qarışmır. Biz krişna dininin mənsubunu məcbur edə bilmərik ki, ölüsünü kəfənə büküb üzü qibləyə torpağa dəfn etsin. Onda gərək Hindistanda da müsəlmanları məcbur etsinlər ki, siz də ölülərinizi yandırmalısınız? Xeyr. Ona görə də gərək fərqli din, inanc və ya inancsızların da adət və hüquqlarını qoruyaq.

Müsəlmanlar yenə də öz ölüsünü torpağa dəfn edəcək, sadəcə vətəndaşlardan kim yandırmaq istəsə, onun üçün də şərait yaradılır".

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 15:37

Prezident: "Bu gün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir"

Bütün Xəbərlər
Bu gün, 14:44

Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib

Bütün Xəbərlər
Bu gün, 14:31

Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb

Bütün Xəbərlər
Bu gün, 13:53

Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub

Bütün Xəbərlər
Bu gün, 13:33

Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub

Bütün Xəbərlər
Bu gün, 13:05

Prezident İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib

Bütün Xəbərlər
Bu gün, 12:47

Ötən il 46 qadın insan alverinin qurbanı olub

Bütün Xəbərlər
Bu gün, 12:37

Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb

Bütün Xəbərlər
Bu gün, 11:39

Azərbaycan Prezidenti İlham Əliyev Efiopiyanın milli bayramı münasibətilə Abiy Əhməd Əlini təbrik edib

Bütün Xəbərlər
Bu gün, 10:15

Mehriban Əliyeva Müstəqillik Günü münasibətilə paylaşım edib

Bütün Xəbərlər
Bu gün, 09:15

ABŞ dövlət katibi Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib

Bütün Xəbərlər
Bu gün, 06:12

Bu gün Azərbaycanın Müstəqillik Günüdür

Bütün Xəbərlər
Dünən, 23:30

Prezident İlham Əliyev sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım edib

Bütün Xəbərlər
Dünən, 17:55

Yeni səhmlərin hamısını Cahangir Əsgərov aldı - Payı artdı

Bütün Xəbərlər
Dünən, 17:14

Stilist Vladislav Lisovets Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

Bütün Xəbərlər
Dünən, 15:33

Hindistan Prezidenti İlham Əliyevi təbrik edib

Bütün Xəbərlər
Dünən, 12:45

ABŞ qrin-kartların alınması prosedurunda kütləvi dəyişikliklər edib

Bütün Xəbərlər
Dünən, 08:29

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib

Bütün Xəbərlər
Dünən, 00:21

Qurban Bayramınız mübarək!

Bütün Xəbərlər
26 may 2026, 18:03

Azərbaycanda maliyyə inklüzivliyinin genişləndirilməsinə dair Dövlət Proqramı təsdiq edilib

Bütün Xəbərlər
26 may 2026, 17:00

Azərbaycanda üç elm və mədəniyyət xadiminə Dövlət Mükafatı verilib

Bütün Xəbərlər
26 may 2026, 16:54

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün Xəbərlər
26 may 2026, 15:43

AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib

Bütün Xəbərlər
26 may 2026, 13:52

Xankəndidə qəhvə və çay festivalı təşkil olunacaq

Oxşar xəbərlər