top
IT mütəxəssisi: “Yeniyetmələrin “TikTok”dakı fəaliyyəti fəlakətdir” – AÇIQLAMA
29 noyabr 2024, 04:28
- +

IT mütəxəssisi: “Yeniyetmələrin “TikTok”dakı fəaliyyəti fəlakətdir” – AÇIQLAMA

“TikTok” platforması yetkinlik yaşına çatmayan istifadəçilərin psixoloji rifahını qorumaq məqsədilə video çəkilişi zamanı gözəllik filtrlərindən istifadəyə qadağa qoymağı planlaşdırır. Filtrlər üz cizgilərini dəyişdirərək istifadəçiləri daha cazibədar göstərə bilər. Xüsusilə göz və dodaqların ölçüsünün artırılması, dəri rənginin dəyişdirilməsi bu filtrlərin əsas funksiyalarındandır.

Bu addım, xüsusilə gənc istifadəçilər arasında estetik təzyiqlərin azaldılması və onların real özlərini olduğu kimi qəbul etmələri üçün nəzərdə tutulub. Sosial mediada gözəllik filtrlərinin geniş yayılması, xüsusilə yeniyetmələrdə bədən imajı problemləri və psixoloji narahatlıqların artmasına səbəb ola bilər.

Gözəllik filtrləri, bəzən istifadəçilərin özlərini cəmiyyətin təyin etdiyi gözəllik standartlarına uyğunlaşmağa məcbur etmələrinə səbəb olur və bu, onların psixoloji sağlamlıqlarına zərər verə bilər.

Bəs görəsən, bu yeniliyin təsirləri necə olacaq? Ümumiyyətlə, sosial şəbəkələrdə yeniyetmələrə tətbiq ediləcək daha hansı məhdudiyyətlər zəruridir?

Mövzu ilə bağlı Bakuplus.aza açıqlama verən psixoloq Gülnar Orucovanın sözlərinə görə, son zamanlar sosial şəbəkələrdə yeniyetmələrin aktivliyi artıb:

[gallery link="file" columns="1" size="full" ids="207489"]

“Ümumiyyətlə son zamanlar yeniyetmələr sosial şəbəkələrdə ön plandadırlar. Onlar bir-birilərini incitmək, təhqir etmək ilə önə çıxmağa çalışırlar. Çox tərbiyəsiz gəncliyi görürük. Əvvəllər digər ölkələrdə görüb, dəhşətə gəlirdik. İndi bu hallar Azərbaycana yayılıb.

Bəzən deyirlər ki, “TikTok” insanları pozur. Xeyr, bu belə deyil. İnsanlar öz əsil üzünü açıb göstərirlər. Pul qazanmaq dəb olmadığı zamanlarda bu vəziyyət yox idi. Pul qazanmaq mümkün olandan sonra bu kimi hallar ilə qarşılaşırıq. İnsanlar pul qazanmaq üçün hər şey edirlər. Bəzən “TikTok”u izləyəndə azərbaycanlı olduğundan utanırsan. Bütün ölkələrdə bu platformadan istifadə olunur. Lakin bu səviyyədə deyil. “TikTok” pozğunluğu yayır. LGBT üzvlərinin aktivliyini görürük. Yazılan rəylər biabırçılıqdır”.

Psixoloq qeyd edib ki, 17 yaşından aşağı gənclər “TikTok”a girməsə yaxşıdır:

“Ümumilikdə insanı heyvana bənzətmək kobudluq və acizlikdir. Bir-birilərinə qeyri-etik hədiyyələr atırlar. 17 yaşından aşağı gənclər “TikTok”a girməsə yaxşıdır. Qızlar bu platformada tanışlıq qurur, sonra da atalarından böyük kişilərə qoşulub qaçırlar. Yeniyetmələrin mobil telefondan istifadəsinə müəyyən yaşdan sonra icazə verilməlidir. Bizdə bu erkən yaşdan edilir deyə uşaqlarımız aqressivləşirlər. Telefon versək də, sosial şəbəkəni qadağan etməliyik. Əvvəllər ata-analarımız bizi qaranlıq olan küçələrdən qorumağa çalışırdılar. İndi sosial şəbəkə qaranlıq dünyadır. Yeniyetmələr boşluq yaşayırlar. Heç bir məşğuliyyətləri, maraq və məqsədləri yoxdur. Valideyn onun üçün hər şeyi edir, yeyib-içib əylənirlər”.

G.Orucova əlavə edib ki, effektlə özlərini çəkdikləri üçün adi hallarını bəyənmirlər:

“Bəzən elə olur ki, baxırıq, yeniyetmədir, özünə qəribə filtrlər tətbiq edir.. Cərrahların yanına gözəl gənc xanımlar gəlir. Deyirlər ki, burnumu, dodağımı, qaşımı belə et. Effekti o qədər qoyur ki, psixoloji olaraq ruhu alışır. Sonra da üzünə tətbiq edir. Və nəticədə bədbəxt hadisə baş verir. O qədər effektlə çəkirlər ki, adi hallarını bəyənmirlər”.

“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası”nın (AİKTSA) İdarə Heyətinin sədri, ekspert Elvin Abbasovun sözlərinə görə, “TikTok” rəhbərliyi hesab edir ki, gözəllik filtrlərinin istifadəsi yeniyetmələrdə narahatlıq və özünəinamın azalmasına səbəb ola bilər:

[gallery link="file" columns="1" size="full" ids="207490"]

“Buna görə də, sosial şəbəkə bu funksiyaya yeniyetmələrin girişini məhdudlaşdırmağı nəzərdə tutur. Bununla belə, gənc istifadəçilər hələ də dovşan qulağı, it burnu kimi virtual heyvan maskalarını istifadə edə biləcəklər. Bu qadağa bütün dünyada tətbiq ediləcək.

Sosial şəbəkələrdə yeniyetmələrə tətbiq ediləcək digər məhdudiyyətlər də zəruri ola bilər. Məsələn, “YouTube”da video yükləyərkən “uşaqlar üçün” seçimi və +18 məzmun filtrləri kimi tədbirlər mövcuddur. Bu cür məhdudiyyətlər yeniyetmələrin zərərli məzmunlardan qorunmasına kömək edə bilər”.

E.Abbasov bildirib ki, valideynlər uşaqlarının sosial media istifadəsini izləməli və onlara təhlükəsiz internet istifadəsi haqqında məlumat verməlidirlər:

“Valideynlər də bu prosesdə mühüm rol oynayır. Sosial şəbəkələrdə tətbiq edilən məhdudiyyətlər yeniyetmələrin psixoloji rifahını qorumağa kömək edə və onların sosial həyatına müsbət təsir göstərə bilər.

Bu cür məhdudiyyətlərin yeniyetmələrin sosial həyatına müsbət təsir göstərəcəyini düşünürəm. Yeniyetmələr sosial mediada daha sağlam və təhlükəsiz bir mühitdə vaxt keçirə bilərlər. Bu, onların özünəinamını artırar və narahatlıqlarını azaldar. Valideynlərin də bu prosesdə aktiv rol alması uşaqlarının internet istifadəsini daha yaxşı idarə etmələrinə kömək edər. Bu cür tədbirlər yeniyetmələrin psixoloji və emosional rifahını qorumaq üçün vacibdir”.

“Bu tip məhdudiyyətlər bütün ölkələr üçün tətbiq edilir. Uşaqların və yeniyetmələrin “TikTok”dakı fəaliyyəti özü bir fəlakətdir. Hər internet resursunun əlçatanlığını dəstəkləyirəm. Lakin “TikTok” özü mənfi məkandır. Yeniyetmələrin sağlam mühitdə nə isə öyrənəcəyi ehtimalı yoxdur”, – deyə Elvin Abbasov fikrini tamamlayıb.

Nəzrin Vahid

 

Son xəbərlər

Bütün Xəbərlər
Dünən, 17:18

Sura Mirac Abbassoyun Azərbaycan güləş yığmasında çıxış etməsinə nə mane olur? - ARAŞDIRMA

Bütün Xəbərlər
Dünən, 17:12

Əri süpürgəçi qadını 8 Martda ona verilən güllərə görə öldürübmüş...

Bütün Xəbərlər
Dünən, 16:56

AZAL Qarsa ilk reysini həyata keçirib - FOTO

Bütün Xəbərlər
Dünən, 16:52

Yevlaxda zəhərlənərək ölən qızın atası danışdı: "Xalasının evində olub, amma ..." - TƏFƏRRÜAT

Bütün Xəbərlər
Dünən, 16:43

Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir

Bütün Xəbərlər
Dünən, 16:42

Tiktoker Müjgan həbs edildi

Bütün Xəbərlər
Dünən, 16:25

Azərbaycanlı dənizçilərin olduğu gəmi bu gün səhər Odessa sahillərində PUA hücumuna məruz qalıb

Bütün Xəbərlər
Dünən, 15:14

Yeni marketinq trendi - telefonla çəkilmiş təsadüfi fotolar

Bütün Xəbərlər
Dünən, 13:09

Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq

Bütün Xəbərlər
Dünən, 11:50

"Kuboku kəndimizə gətirən uşaqlar idi" - Qəzada ölən futbolçuların məşqçisi DANIŞDI

Bütün Xəbərlər
Dünən, 11:41

Məleykə Abbaszadə: "Boş qalan yerlərə yenidən müsabiqə keçiriləcək"

Bütün Xəbərlər
Dünən, 11:13

Prezident İlham Əliyev Mərakeş Kralını milli bayram münasibətilə təbrik edib

Bütün Xəbərlər
Dünən, 09:55

Bakıda iki futbolçu qəzada faciəli şəkildə öldü

Bütün Xəbərlər
Dünən, 09:29

UEFA Konfrans Liqası: "Zirə" Sumqayıtda, "Neftçi" Bolqarıstanda meydana çıxacaq

Bütün Xəbərlər
29 iyul 2026, 17:30

Azərbaycanda 15 yaşlı qızla evlənən bəy HƏBS OLUNDU

Bütün Xəbərlər
29 iyul 2026, 16:19

"Opera Hotel"də tutulan tanınmış cərraha 9 il həbs verildi

Bütün Xəbərlər
29 iyul 2026, 15:57

Mahir Məmmədov FIDE-nin vitse-prezidenti postuna namizəd olacaq

Bütün Xəbərlər
29 iyul 2026, 15:36

Zaqatalada 14 nəfərin dönərdən zəhərləndiyi ehtimal olunan kafenin fəaliyyəti dayandırılıb

Bütün Xəbərlər
29 iyul 2026, 15:16

Bakıda qarajların 1 kvadratmetrinin qiyməti 1 400 manatı keçib

Bütün Xəbərlər
29 iyul 2026, 13:08

Türkiyədə milyonluq fırıldaq şəbəkəsi ifşa edildi – Aralarında azərbaycanlılar da var+VİDEO

Bütün Xəbərlər
29 iyul 2026, 12:50

Nazir sənədi imzalamaqdan imtina etdi - Ərdoğanın reaksiyası gündəm oldu

Bütün Xəbərlər
29 iyul 2026, 12:15

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Bütün Xəbərlər
29 iyul 2026, 11:39

Bu il 150 balla qəbul olunan ixtisasların sayı arta bilər

Bütün Xəbərlər
29 iyul 2026, 10:46

Vəfadar Misirov: "Keçid ballarında böyük dəyişiklik gözlənilmir"

Oxşar xəbərlər