top
Juninyo Sevilya təklifinə görə sevincindən yuxusuz qalıb
19 dekabr 2024, 06:36
- ↺ +

Juninyo "Sevilya" təklifinə görə sevincindən yuxusuz qalıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İspaniyanın "Sevilya" klubu "Qarabağ"ın braziliyalı hücumçusu Olavio Juninyonun transferini demək olar ki, tamamlayıb. Bu barədə İspaniyanın "Ficherio.com" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, futbolçu ilə şəxsi müqavilə şərtləri artıq razılaşdırılıb və transfer üçün yalnız "Qarabağ" klubunun rəsmi təsdiqi gözlənilir. Əvvəlcə əndəlüslülər transfer üçün 2 milyon avro təklif etsələr də, Ağdam klubu bu məbləği qəbul etməyib. Nəticədə, "Sevilya" transferin baş tutması üçün 3+1 milyon avro ödəməyi qəbul edib.

Olavionun Misli Premyer Liqasının III turundan təxirə salınan "Şamaxı" ilə oyunda iştirak etməməsinin səbəbi də məlum olub. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında futbolçunun transfer danışıqları səbəbilə oyuna hazır olmadığını bildirib.

"Olavio transfer söhbətlərinə görə bir neçə gündür ki, az yatdığını və oyuna tam hazır olmadığını dedi. Ona bu səmimiyyətinə görə təşəkkür etdim. Komandamızdan gedən hər futbolçu mənim üçün problem yaradır. Yeni gələnlərin uyğunlaşması vaxt tələb edir və bu, işimizi çətinləşdirir," - deyə Qurbanov vurğulayıb.

Baş məşqçi, "Sevilya"dan rəsmi təklif almanın müsbət bir addım olduğunu bildirib: "Avropa bazarına çıxmışıq. "Böyük Beşlik"dən təklif gəlməsi irəliyə doğru bir addımdır. Juninyonun özü də getmək istəyir. Digər liqalardan təklif gələndə onun marağı az olurdu. İndi isə bu təklifdən o qədər sevinib ki, yuxusuz qaldığını deyir."

Qeyd edək ki, 2023-cü ilin yayından "Qarabağ"da çıxış edən Olavio Juninyo 47 çempionat oyununda 23 qol vuraraq komandanın əsas hücumçularından biri olub.

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
Bu gün, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
Bu gün, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Bu gün, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
Dünən, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
Dünən, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
Dünən, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
Dünən, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
Dünən, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
Dünən, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
Dünən, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
Dünən, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
Dünən, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
Dünən, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
Dünən, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
Dünən, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
Dünən, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər