Avqustun 2-də Kəlbəcərin minalardan təmizlənməmiş ərazilərinə daxil olmaq istəyən iki nəfər saxlanılıb. Bu barədə 5 avqust tarixində Daxili İşlər Nazirliyindən məlumat verilib.
Həmin şəxslər polis şöbəsinə dəvət olunub, mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edilib.
4 iyun 2021-ci il tarixində Kəlbəcər rayonunun Susuzluq kəndi yaxınlığında iki azərbaycanlı jurnalist və bir icra nümayəndəsi minaya düşərək həlak olmuşdur. Dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.