top
Lənkəranlı yazar: “Ədəbiyyatımızı hələ dünyaya tanıda bilməmişik” – MÜSAHİBƏ
18 dekabr 2024, 06:48
- ↺ +

Lənkəranlı yazar: “Ədəbiyyatımızı hələ dünyaya tanıda bilməmişik” – MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cenublu.az-ın bugünkü müsahibi yazar Ağamir Cavadovdur.

Müsahibəni təqdim edirik:

– Ağamir müəllim, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

–  1963-cü il, fevral ayının 5-də Lənkəran rayonunun Veravul kəndində anadan olmuşam. Lənkəran Dövlət Universitetinin humanitar elmlər fakültəsini qiyabi bitirib, əmək fəaliyyətinə sovxoz təsərrüfatında fəhləliklə başlamışam. Daha sonra sovxozda hesabdar, universitetdə oxuduğum illərdə pedaqoji fəaliyyətlə yanaşı “Cənub” Televiziya şirkətində redaktor işləmişəm. 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin Lənkəran Bölməsində ədəbi məsləhətçi işləyirəm. Eyni zamanda AMEA Lənkəran Regional Elm Mərkəzinin əməkdaşıyam.

– Şeir yazmağa başladığınız ilk illərlə indiki dövrünüzdəki yanaşmalarınızda fərqlər varmı?

–  Orta məktəbdə oxuduğum illərdə şeir yazmağa başladım. İnsan daim inkişaf edir. Dünən yazdığımızı bu gün çox vaxt qəbul etmirik. Həyata, dünyaya baxış dəyişdikcə, bu, yaradıcılıqda da özünü göstərir.

– Əvvəlki illərə qayıdaq. Yaradıcılığınıza necə başladınız və bu sahəyə olan marağınızın qaynağı nədir?

–  Atam və qohumların bir çoxu mütaliəni sevən insanlar idi. Mən də ilk məktəb illərindən kitablar aləminə düşdüm. Gündəlik mütaliə mənim üçün sanki iş rejiminə çevrildi. Bu rejim bu gün də davam edir.  Mənə yaradıcılıq stimulu verən də atam və bir də kitablar olub.

–  Şeir və ədəbiyyat bu gün hansı vəziyyətdədir? Fikrinizcə, bu sahədə hansı dəyişikliklər baş verməlidir?

– Ədəbiyyat cəmiyyətin güzgüsüdür. Ədəbiyyatın inkişafı üçün cəmiyyətin mədəni və iqtisadi səviyyəsi çox yüksək olmalıdır. Bu gün mətbuatın, yazarların sayının çoxluğu dövründə zəif əsərlərlə yanaşı çox güclü əsərlər də yazılır. Bu, tarixən belə olub. Mən Azərbaycan ədəbiyyatından razıyam. Biz öz ədəbiyyatımızı hələ dünyaya lazımi şəkildə tanıda bilməmişik. Bu gün bizdə kitabın ideoloji təbliğinə və kitab ticarətinin inkişaf etdirilməsinə böyük ehtiyac var.

– Hər hansı bir yeni kitab, layihə üzərində çalışırsınızsa, bu barədə bizi məlumatlandıra bilərsiniz? Neçə kitabınız var?

– İndiyə kimi səkkiz kitabım işıq üzü görüb. Onların 7-si şeirlər və poemalar, biri isə publisistik kitabdır. “Füzuli”  pyesim Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulub. Bir neçə şeir kitabım da çapa hazır vəziyyətdədir. Yaxın vaxtlarda elmi məqalələrdən və esselərdən ibarət kitabımı çap etdirmək fikrindəyəm.

–  Yaradıcılığınızda hansı mövzulara daha çox diqqət yetirirsiniz?

–  Yaradıcılığımda ictimai, mənəvi-psixoloji, məhəbbət mövzularına daha çox yer ayırıram. Mənim üçün yaradıcılıq saflıq və məhəbbətin vəhdətidir.

– Gənc şairlərə hansı məsləhətləri verərdiniz?

– Gənc yazarlara həyatı və dünya ədəbiyyatını yaxşı öyrənməyi məsləhət görərdim.

–  Yaşadığınız Lənkəranda sakinlərin şeirə, ədəbiyyata, kitaba marağı necədir?

–  İnternetin, sosial şəbəkələrin inkişaf etdiyi indiki dövrdə hər yerdə olduğu kimi Lənkəranda da kitab oxumağa meyl bir az azalıb. Lənkəranda universitet varsa, demək kitab oxuyan da var.

– Sizdən başqa ailənizdə yaradıcı ruhda olan şəxs varmı?

– Oğlum Ağanur ixtisasca həkimdir. Ancaq arabir şeir də yazır.

– Müasir şairlərə nə demək istərdiniz?

– Müasir şairlərə hərtərəfli elmə yiyələnməyi və həyatı müşahidə qabiliyyətlərinin güclü olmasını arzulayıram.

 

Nəzrin Vahid

Son xəbərlər

İqtisadiyyat
Dünən, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
Dünən, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
Dünən, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Dünən, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
30 oktyabr 2026, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
30 oktyabr 2026, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
30 oktyabr 2026, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
30 oktyabr 2026, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
30 oktyabr 2026, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
30 oktyabr 2026, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
30 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər