top
Leyla Əliyeva COP29-da gənclərin ekoloji təhsilinin əhəmiyyətini vurğuladı
18 noyabr 2024, 04:20
- ↺ +

Leyla Əliyeva COP29-da gənclərin ekoloji təhsilinin əhəmiyyətini vurğuladı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva COP29 çərçivəsində gənclərin ətraf mühit savadlılığının artırılmasına dair müzakirələrdə iştirak edib.

İnsanoid.com xəbər verir ki, Beynəlxalq Təbiəti Mühafizə İttifaqı (BTMİ) və IDEA İB-nin birgə təşkilatçılığı ilə həyata keçirilən “İqlim dayanıqlığı üçün təhsilə investisiya: erkən inkişaf və ətraf mühit savadlılığının artırılması” mövzusunda müzakirələrdə Leyla Əliyeva çıxış edərək gənclərin ekoloji problemlərin həllində fəal iştirakının qlobal miqyasda iqlim dəyişmələri ilə mübarizədə vacib rol oynadığını vurğulayıb.

IDEA İB-nin təsisçisi və rəhbəri ekoloji təhsil və maarifləndirmə proqramları, eləcə də müxtəlif beynəlxalq platformalar vasitəsilə gənclər üçün bilik və təcrübə mübadiləsinin aparılması imkanlarının genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

IDEA-nın həyata keçirdiyi layihə və tədbirlərə toxunan Leyla Əliyeva bildirib ki, təşkilatın ötən müddət ərzində gənclərin iqlim dəyişmələri məsələləri və təbiətə məsuliyyətli yanaşma kimi mövzulara həsr etdiyi bir sıra fəaliyyətlər icra olunub. Leyla Əliyeva təşkil olunan ekodüşərgələr, məlumatlandırma kampaniyaları və hazırlanan sənədli filmlər, eləcə də görülən işlərin nəticələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Leyla Əliyeva IDEA təşkilatının 2014-cü ildən etibarən BTMİ-yə üzv olduğunu qeyd edərək 10 il ərzində qurumlararası əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətləri qeyd edib. Dayanıqlı və sağlam gələcəyin, eləcə də daha bilikli gənc nəslin yetişdirilməsinin təmin olunması baxımdan beynəlxalq həmrəylik və əməkdaşlığın əhəmiyyətli rolu müzakirə iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbir çərçivəsində həmçinin Azərbaycanın təhsil naziri Emin Əmrullayev, BTMİ-nin baş direktoru Grethel Aguilar, “Earthday.org” təşəbbüsünün tədris məsələləri üzrə direktoru Bryce Coon və Qlobal Təhsil Mərkəzinin #Decarbonize proqramını təmsil edən gənc ekofəal Janina Guevara çıxış edərək müzakirə mövzusu ilə bağlı müxtəlif fikirlər irəli sürərək ətraf mühit savadlılığının rolunu qeyd ediblər.

 

Son xəbərlər

İqtisadiyyat
Dünən, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
Dünən, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
Dünən, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Dünən, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
30 oktyabr 2026, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
30 oktyabr 2026, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
30 oktyabr 2026, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
30 oktyabr 2026, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
30 oktyabr 2026, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
30 oktyabr 2026, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
30 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər