ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messi komanda yoldaşları - Luis Suares, Serxio Buskets və Jordi Alba ilə birlikdə Bakıda Qarabağ atlarını izləyiblər.
Baku TV xəbər verir ki, futbol ulduzları maraqlı anlar yaşayıblar və gördüklərindən məmnun qalıblar.
Bu gün həmçinin Bakı Kristal Zalında keçirilən tədbirdə pərəstişkarlar dünyanın ən yaxşı futbolçusu - dünya çempionu, səkkiz dəfə "Qızıl top" mükafatı qazanan Lionel Messi və komanda yoldaşlarını görmək imkanı qazanacaqlar.
Biletlərin satışından əldə olunacaq vəsait xeyriyyə məqsədinə yönəldiləcək.