top
Mahnı oxumaq bacarığım varsa, niyə də istifadə etməyim? - Deputat
10 yanvar 2025, 04:53
- ↺ +

Mahnı oxumaq bacarığım varsa, niyə də istifadə etməyim? - Deputat

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hazırda Milli Məclisdə 15 komitə fəaliyyət göstərir ki, onlardan da biri mədəniyyət sahəsinə aiddir. Parlamentin Mədəniyyət komitəsinə keçmiş səfir, bəstəkar və müğənni Polad Bülbüloğlu sədrlik edir. Bəziləri düşünür ki, Mədəniyyət komitəsinə Polad Bülbüloğlu kimi məşhur deputatın sədrlik etməsilə bu sahədə daha mütərəqqi addımlar atılacaq. Bəs Polad Bülbüloğli Milli Məclisdə musiqi bacarığı olan yeganə deputatdırmı?

Modern.az xəbər verir ki, 114 saylı Şəki şəhər seçki dairəsinin deputatı Vüqar İskəndərov da musiqi bacarığına sahibdir. O, ötən il Milli Məclisin nümayəndə heyətinin tərkibində 12-16 may tarixlərində Şimali Kipr Türk Cümhuriyyətində rəsmi səfərdə olub. Azərbaycanlı deputat Şimali Kiprdə xalq mahnısı "Qaragilə"ni ifa etmişdi. Onun bu bacarığı sosial şəbəkələrdə də maraqla qarşılanmışdı.

Maraqlıdır, Vüqar İskəndərovdan yeni ifa gözləyə bilərikmi?Deputat əməkdaşımıza bildirib ki, mədəniyyət sahəsi ücrə bacarığı olan şəxslərin parlamentə üzv seçilməsi müsbət haldır:

“Zaman-zaman Mədəniyyət komitəsində qanunlar hazırlanıb, müzakirə çıxarılıb, plenar iclaslarda qəbul olunub və cənab Prezident tərəfindən imzalanıb. Həmin bu gün də qüvvədədir. Lakin qanunlar əbədi deyil. Cəmiyyət dəyişir, günümüzdə yeni-yeni çağırışlar yaranır. Buna görə də qanunlar da dəyişilə bilər. Ümumiyyətlə, mədəniyyət böyük sahədir. Ona görə də Milli Məclisdə bu sahə ilə bağlı komitənin olması vacibdir.

Mədəniyyətimizi təmsil edən simaların zaman-zaman deputat seçilməsinin şahidi oluruq. Bu, təbii haldır və müsbət baxılır. Mədəniyyət sahəsinin nümayəndələrinin Milli Məclisdə olması parlamenti rəngarəngləşdirir və lazımi qanunların hazırlanıb işlənməsində o insanların təcrübəsi böyük rol oynayır. Nəticədə parlamentin belə rəngarəngliyi qanunvericilik sahəsində inkişafa da müsbət təsirini göstərir".

Musiqi sahəsində xüsusi planlarının olub-olmaması gəlincə, Vüqar İskəndərov bunları deyib:

"Mən mahnı bəstələmirəm. Lakin musiqi təhsilim var və tar sinfini bitirmişəm. 13-dən çox musiqi alətində ifa edirəm. Son illər daha qapalı, dostlarla olduğumuz məclislərdə, karaokelərdə mahnılar ifa edirəm. Bu bacarığım peşəkar musiqiçi dostlarımız tərəfindən də qiymətləndirilir. Mən özüm buna bir hobbi kimi baxıram. Bu bir bacarıqdır, niyə ondan istifadə etməyək... Asudə vaxtlarımda bu bacarığımdan təbii olaraq istifadə edirəm. Şimali Kiprdə bizə verilən ziyafətdə məqamı düşdü və mən “Qaragilə” mahnısını səsləndirdim. Əslində, əvvəlcə “Çırpınırdın Qara dəniz” mahnısını müşayiət etdim. Daha sonra məndən başqa bir mahnını də ifa etməyi istədilər. Ağlıma Şuşa gəldi, dedim şükür azad etmişik, bütün Qarabağı da həmçinin. Ona görə də Təbriz həsrətli mahnı düşündüm və “Qaragilə” mahnısını ifa etdim. Həmin ifadan kiçik bir hissənin videosunu dostlarımız paylaşmışdı. Düşünürəm ki, yaxşı da qarşılandı. Ulu öndər Heydər Əliyev də mahnı ifa etmişdi. Rəcəb Tayyib Ərdoğandan da ifa eşitmişik. Hər bir siyasətçinin belə bacarıqlarının olması müsbət qarşılanmalıdır.
Peşəkar musiqiçi olmadığımdan hər hansı xüsusi planım da yoxdur. Amma Şimali Kiprdə olduğu kimi, məqam yetişsə, yenə də mahnı ifa edə bilərəm. Mən bunu inkar etmirəm. Bunun özü də təmsilçilik idi".

Son xəbərlər

Cəmiyyət
Dünən, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
Dünən, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
Dünən, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
Dünən, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
Dünən, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
Dünən, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
Dünən, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
Dünən, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
Dünən, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
Dünən, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
Dünən, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
Dünən, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
Dünən, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Siyasət
29 oktyabr 2026, 12:28

Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb - FOTO

Cəmiyyət
29 oktyabr 2026, 12:10

Beynəlxalq terror təşkilatları ilə əlaqəli, terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət
29 oktyabr 2026, 11:39

Azərbaycanda son on ildə nikahların sayı təxminən 30%, doğulan uşaqların sayı isə 42% azalıb - İNSANOİD.COM-un ARAŞDİRMASI

Cəmiyyət
29 oktyabr 2026, 11:28

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib

Oxşar xəbərlər