Ağsu rayonu S.Mikayılov adına tam orta məktəbin sabiq direktoru həbs edilib.
“Qafqazinfo” xəbər verir ki, direktor Fəxrəddin Həsənov məktəbdəki qanun pozuntuları ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib.
Ağsu Rayon Prokurorluğunda F.Həsənova Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.
İş üzrə ilkin istintaq tamamlanıb. Toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Dağlıq-Şirvan Regional Təhsil İdarəsindən bildirilib ki, sabiq direktor əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə ötən il iyulun 3-də tutduğu vəzifədən azad edilib.