top
Məşhur Azərbaycan mahnısı 66 il sonra dünyanı qorxuya saldı – VİDEO
06 yanvar 2025, 05:06
- ↺ +

Məşhur Azərbaycan mahnısı 66 il sonra dünyanı qorxuya saldı – VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın ən məşhur uşaq mahnılarından “Cücələrim” bütün dünyada trend olub.

Globalinfo.az xəbər verir ki, mahnının orijinal və remiks versiyaları sosial şəbəkələrdə aktiv şəkildə paylaşılaraq milyonlarla insan tərəfindən izlənir.

Mahnının ilk remiks versiyası geniş izləyici kütləsi olan xarici sosial şəbəkə səhifələrində paylaşılıb. Daha sonra 1959-cu ildə geniş auditoriyada ifa olunduğu kadrlar tapılıb və o da yayılıb. Bir müddətdir sürətlə paylaşılan mahnı daha geniş auditoriyaya çatdıqca barəsində reallığa uyğun gəlməyən qorxulu hekayələr uydurulub.

Belə ki, musiqisi bəstəkar Qəmbər Hüseynli, sözləri isə şair Tofiq Mütəllibova aid olan "Cücələrim"i daha böyük tamaşaçı qarşısında 1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında Əməkdar artist Suğra Bağırzadə ifa edib. Müxtəlif səhifələr ifanın orijinal videosunu "sözlərini anlamır, hansı dildə olduğunu bilmirik, lakin qorxu hiss etdirir" başlıqları ilə paylaşırlar. Bir çox sosial şəbəkə istifadəçisi də musiqi və ifanın onlara qorxu hiss etdirdiyini, lakin sözlərin mənasını öyrəndikdən sonra bunu xoş bir uşaq mahnısı kimi dinlədiklərini yazıblar.

Bəzi səhifələrdə ifa ilə bağlı guya görnütülərin SSRİ dövründə yaşamış bir qrup uşağın nasist Almaniyasının təcrübə qurbanı olmadan son anları olduğu qeyd edilir. Bəziləri də bu uşaqların kütləvi qırğına məruz qaldığını, ifanın yaxşı məna daşımadığını yazır. Lakin bir çox azərbaycanlı sosial şəbəkə istifadəçisi paylaşımlara rəy bildirərək bunun sadəcə pozitiv bir uşaq mahnısı olduğunu bildirir, "Cücələrim" haqqında məlumatları qeyd edirlər.

Mahnının ifaçısı Suğra Bağırzadə də mahnının dünyada trend olması fonunda öz "İnstagram" hesabında 1959-cu ildəki ifanı paylaşıb. Əməkdar artist mahnının yazılış tarixi, ilk dəfə ifa olunması ilə bağlı məlumatları qeyd edib.

Qeyd edək ki, "Cücələrim" uzun illərdir bütün dünyada ən çox tanınan Azərbaycan mahnılarından biridir. Mahnının musiqi ilk olaraq 1949-cu ildə ərsəyə gətirilib, daha sonra sözlər yazılıb. Məlumatlara görə, 1950-ci illərdə Azərbaycan kinosunun bir qrup nümayəndəsi Fransaya dəvət alır. Kino işçiləri həmin tədbirdə aktyor Çarli Çaplinlə görüşürlər. Çaplin qonaqların haradan gəlməsi ilə maraqlanır. Azərbaycan adı eşitikdən sonra pianonun arxasına keçərək "Cücələrim"in melodiyasını ifa edir və deyir: "Demək siz bu melodiyanın vətənindənsiniz? Məndən o bəxtəvər bəstəkara salam yetirin".

Həmçinin, 1955-ci ildə İsveçrəyə gedən SSRİ nümayəndələrinin təyyarə meydanında "Cücələrim" melodiyası ilə qarşılandıqları bildirilir. Elə həmin illərdə Çexoslovakiyaya dəvət alan sovet nümayəndələrini qarşılayanda SSRİ himni əvəzinə səhvən "Cücələrim" melodiyası ifa edilib.

1969-cu ildə "Cücələrim" məşhur Sovet cizgi filmi "Nu, poqodi!"nin bir bölümünə salınıb və Azərbaycan dilində səslənib.

Sosial şəbəkələrdəki paylaşımlardan bir neçəsini təqdim edirik:

[playlist type="video" ids="213055"]

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Dünən, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
Dünən, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
Dünən, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
Dünən, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
Dünən, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
Dünən, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
Dünən, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
Dünən, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
Dünən, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
Dünən, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
Dünən, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
Dünən, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
Dünən, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Siyasət
29 oktyabr 2026, 12:28

Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb - FOTO

Cəmiyyət
29 oktyabr 2026, 12:10

Beynəlxalq terror təşkilatları ilə əlaqəli, terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət
29 oktyabr 2026, 11:39

Azərbaycanda son on ildə nikahların sayı təxminən 30%, doğulan uşaqların sayı isə 42% azalıb - İNSANOİD.COM-un ARAŞDİRMASI

Oxşar xəbərlər