top
Məşhur bəstəkar: “Birinci gərək “Allahın konservatoriyasını bitirəsən” – ÖZƏL MÜSAHİBƏ
27 noyabr 2024, 07:37
- ↺ +

Məşhur bəstəkar: “Birinci gərək “Allahın konservatoriyasını bitirəsən” – ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bəstəkarlar, musiqi əsərləri yaradan və yazan şəxslərdir. Onlar, musiqi alətləri və ya vokal üçün müxtəlif janrlarda kompozisiyalar yaradır, həmçinin musiqinin ritmik, melodik və harmonik strukturunu təşkil edirlər. Bəstəkarlar müxtəlif dövrlərdə, mədəniyyətlərdə və musiqi üslublarında fəaliyyət göstəriblər.

Bəstəkarların bəstələdiyi əsərlər, çox vaxt dərin ifadə və bədii düşüncə ilə əlaqələndirilir. Onlar həm klassik musiqi janrlarında, həm də müasir musiqi üslublarında, məsələn, caz, rok, pop, və ya elektron musiqi sahələrində fəaliyyət göstərə bilərlər.

Bəstəkarlar musiqinin inkişafında əvəzsiz rol oynayır və musiqi mədəniyyətinə verdikləri töhfələr dövrümüzə qədər davam edir. Onlardan biri də bəstəkar Mahir Tahir oğlu Abdullayevdir.

Sumqayit24.az-ın əməkdaşı bəstəkar ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

– Mahir bəy, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

– Mən 1964-cü ildə avqustun 22-də Sumqayıt şəhərində anadan olmuşam.

–  Bəstəkarlıq yoluna necə başladınız? Həmin dövrdə sizi motivasiya edən nə idi?

– Uşaqlıqdan musiqiyə həddindən artıq həvəsim olub. Mənim dayım qarmon ifaçısı idi. Rayona gedəndə hər zaman qulaq asırdım. Daha sonra gedib, qarmonu götürüb ifa etməyə, səs çıxarmağa çalışırdım. Qarmonu güclə qucağımda tuturdum. Nə eşidirdimsə, tətbiq edirdim. Dayım görürdü ki, eşitdiyimi ifa edə bilirəm. Allahın verdiyi istedad idi. Yaşa dolduqca hiss edib, başa düşürsən.

– Musiqi təhsiliniz varmı?

– Ailəm məni musiqi məktəbinə yazdırdı. 5 il oxudum. 2-3-cu sinifdə müəllim artıq mahnını ilk mənə öyrədirdi, sonra deyirdi ki, sən bunlara öyrət. Müəllim harasa çıxanda mənə tapşırırdı ki, uşaqlara öyrət.

Birinci gərək “Allahın konservatoriyasını bitirəsən”. Sonra isə adi konservatoriyadan məzun olasan. Çünki istedad olmasa, konservatoriyada oxusan belə, yaxşı musiqiçi ola bilməzsən. Məktəbi bitirdikdən sonra mənə instrumental alət aldılar. Orta məktəbdə oxuyanda toylara gedirdim.

Daha sonra mahnı yazmağa başladım. İmprovizə etdim. 40 il keçib. Mən qarmon çalanda Aftandil İsrafilova qulaq asırdım. O mənim kumirim idi. Sən özün də bilmədən bütün musiqiləri dinləyib, hərədən bir şey öyrənirsən. Bütün bəstəkarlar belə edir. Orta musiqi məktəbində qarmon sinfini bitirmişəm.

– Daha çox hansı janrlara üstünlük verirsiniz?

– Mən həm bəstəkarlıq, həm də aranjmanla məşğul oluram.

Bütün janrlarda bəstələmişəm. İki il hərbi orkestrda çıxış etmişəm. Uşaqlıdan caz rok janrına həvəsim olub.

– Bir kompozisiya üzərində işləyərkən hansı prosesdən keçir və hansı mərhələlərə bölünür?

– Kompozisiyanı işləyəndə baxır hansı janrda aranjiman edib və ya yazırsan. Bir mahnını yazanda əvvəlcədən hansı janrda olacağını fikirləşirəm. Hər musiqinin özünün janrı var. Hər janrın da özünün çalğı metodikası var. Mahnı yazanda şeirin içində özümü hiss edirəm. Hiss etməsən, mahnı yaxşı alınmaz. Mahnını bəstələsən, əgər içində hissiyyat olmasa, samballı əsər alınmaz.

– Sizin üçün musiqinin ən vacib elementləri hansılardır?

– Hər üçü əsasdır. Üçündən biri olmasa, musiqidən musiqi olmur. Onun harmoniyası, ritmi, melodiyası olmalıdır. Melodiya olmasa, musiqi yaşaya bilməz. Bunların hamısı olmalıdır ki, melodiya olsun və yaşaya bilsin.

– İlham mənbəyiniz nədir? Həyatınızda və ya ətrafınızdakı hansı hadisələr musiqinizə ilham verir?

– Təbiət haqqında mahnı yazıramsa, təbiətdən güc alıram, hiss edirəm. Vətəndən yazıramsa, vətəndən güc alıram. Özümü vətənpərvər hiss etməliyəm. Məni ilhama gətirən birinci sözlərdir. Söz əsasdır. Ailəmizdən də bəzən ilham almışıq.

– Bəstələdiyiniz əsərlərdən hansını ən çox bəyənirsiniz və nə üçün?

– Mənim üçün hamısı əzizdir. Bütün bəstələrinə böyük hörmətim var. 2000-ci il ilə 2015-ci ildə bəstələdiyim musiqi eyni deyil, səviyyəcə fərqlənir. İnsan yaşa dolduqca müdirikləşir.

– Bəstələdiyiniz əsərləri təqdim etdikdə hansı reaksiyaları alırsınız? Bu reaksiyalar sizin işinizə necə təsir edir?

– Mahnılarımın 70 faizi Azərbaycan televiziyalarında səslənib. Qürur hissi keçirmişəm. Elə bəstəm var idi ki, böyük səhnələrdə ilin musiqisi kimi təqdim edilib. Həmin an qürur hissi keçirdim.

– Musiqi ilə əlaqədar gələcək planlarınız və layihələriniz haqqında bizə məlumat verə bilərsinizmi?

– Moskvada olsam da ölkəmdəki məşhur müğənnilərlə də çalışıram. İranda yaşayan azərbaycanlı müğənnilərlə də çalışıram. Mahnılarını aranjman edirəm.

– Əsərlərinizin özünəməxsusluğu barədə nə düşünürsünüz? Hansı xüsusiyyətlər sizi digər bəstəkarlardan fərqləndirir?

– Bütün bəstəkarlara böyük hörmətim var, doğmalarımdır. Hər biri ilə yaxşı münasibətim var. Onlar kimi mənim də dəsti-xəttim var. Mahnı səslənəndə artıq bilirlər ki, bunu Mahir Tahiroğlu yazıb. Mənim gördüyüm işlər seçilir.

– Gələcəkdə hansı böyük musiqi layihələrini həyata keçirmək istəyirsiniz?

– Hazırda böyük musiqi layihəm yoxdur. Ola bilsin ki, gələcəkdə olsun.  Moskvada Alla Ritlə çalışıram. Onun janrına uyğun mahnılar aranjman edirəm.

– Sonda Sumqayıtla bağlı xatirənizdən danışmağınızı istərdim.

– Mənim uşaqlığım, gəncliyim Sumqayıtda keçib. Ora mənim üçün doğmadır. 10 ildir ki, Moskvadayam. Sumqayıta gəlib-gedirəm. Həyatım Sumqayıtla bağlıdır.

Nəzrin Vahid

Son xəbərlər

İqtisadiyyat
Dünən, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
Dünən, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
Dünən, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Dünən, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
30 oktyabr 2026, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
30 oktyabr 2026, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
30 oktyabr 2026, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
30 oktyabr 2026, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
30 oktyabr 2026, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
30 oktyabr 2026, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
30 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər