"Bakıya səfərimdə Azərbaycanın zəngin mədəniyyəti ilə tanış olmaq imkanı qazandım”.
İnsanoid.com xəbər verir ki, bunu Bakı Kristal Zalında fanatları ilə görüşü zamanı əfsanəvi futbolçu Lionel Messi deyib.
"Hər kəsi salamlayıram. Bu cür isti münasibətə görə təşəkkür edirəm. Dəstəyə görə çox sağ olun. Mən öz komanda yoldaşlarım adından bu görüşün təşkilinə görə hər kəsə təşəkkür edirəm", - futbolçu vurğulayıb.
Qeyd edək ki, ABŞ-nin "Inter Miami" futbol klubunun əfsanəvi oyunçusu Lionel Messi və komanda yoldaşları Luis Suarez, Serxio Buskets (Sergio Busquets) və Xordi Albanın (Jordi Alba) Bakıda səfərdədirlər.