Bakıda səfərdə olan dünya futbolunun əfsanələrindən biri Lionel Messi və komanda yoldaşları Luis Suares, Serxio Buskets və Xordi Alba dekabrın 11-də Heydər Əliyev Mərkəzində olublar.
İnsanoid.com xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovla görüşən qonaqlar mərkəzdə təqdim olunan sərgiləri də ziyarət ediblər.
Lionel Messi və komanda yoldaşları "Azərbaycan xalçası - ilmələrin rəqsi" adlı xalça kolleksiyası, "Klassik avtomobil sərgisi" və digər ekspozisiyalarla tanış olublar.
[gallery size="full" ids="209428,209429,209430,209431,209432,209433,209434,209435,209436,209437,209438,209439,209440,209441"]