Bu gün günorta saatlarında “Həzi Aslanov-Dərnəgül” istiqamətində hərəkət edən qatarların hərəkətində gecikmə olub.
Bakuplus.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Bakuplus.az-a açıqlamasında faktı təsdiqləyib.
Onun sözlərinə görə, qatarda heç bir nasazlıq yoxdur:
“Hazırda 1-ci və 2-ci dərs növbələri arasında metroda pik saatdır. Bu saatlarda Nərimanov-Gənclik-28 May-Elmlər Akademiyası stansiyalarında sərinişin sıxlığı olur. Ehtiyat qatar bu zaman xəttə buraxılır. Sərinişin sıxlığı səbəbi ilə qatarların gecikməsi baş verir. Hazırda metroplitendə gündəlik monitoriqlər aparılır. Texniki baxımdan nasazlıq yoxdur”.
Fidan İlqar