Dekabrın 3-də saat 08 radələrində Mingəçevir şəhərində Rauf Şamilovun idarə etdiyi “DAF” markalı yük avtomobili ilə yolu keçən piyada, 1978-ci il təvəllüdlü İradə Əliyeva vurulub.
İnsanoid.com DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı şəhər polis şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.