Almaniyada mühacirətdə olan və Azərbaycan tərəfindən axtarışa verilən Müsavat fəalı Mehdi Xəlilbəylinin məhkəmə prosesi yekunlaşıb.
APA xəbər verir ki, Səbail Rayon Məhkəməsində prokuror onun 4 il şərti cəza ilə 3 il sınaq müddəti təyin olunmasını istəyib. Məhkəmə isə 2 il sınaq müddəti ilə 4 il şərti cəza verərək, onu məhkəmə zalından azad edib.
Mehdi Xəlilbəyli bu ilin əvvəlində Avropadan Bakıya qayıdıb və hava limanında saxlanılıb. O, 2003-cü ildə Cinayət Məcəlləsinin 220, 221 və 315-ci maddələri ilə ittiham olunmuş və Azərbaycana könüllü olaraq qayıtdığını, burada yaşamaq istədiyini bildirmişdi.