Avqustun 6-sı saat 12:45-dən etibarən Ermənistan silahlı qüvvələri Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunu atəşə tutublar. Cavab atəşi ilə qarşı tərəf susdurulub.
Atəş Ermənistanın Vedi rayonunda yerləşən mövqelərdən aparılıb.
Azərbaycan Ordusundan həlak olan və yaralanan yoxdur.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.