Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Sənəddə deyilir:
"Azad Sevindik oğlu Novruzov Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilsin".