top
Naxçıvanda dəhşət: Evli qadınla cinsi əlaqədə oldu, pul istədiyinə görə öldürdü
23 dekabr 2024, 06:30
- ↺ +

Naxçıvanda dəhşət: Evli qadınla cinsi əlaqədə oldu, pul istədiyinə görə öldürdü

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Naxçıvanda evli qadınla münasibət quran kişi ondan pul istədiyi üçün sevgilisini boğub.
İnsanoid.com-un əldə etdiyi məlumata görə, hadisənin istintaqı Naxçıvan Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Belə ki, Nicat Əsgərov (ad şərtidir) 1985-ci ildə Naxçıvan şəhərində doğulub. Nicat Sevil Vəliyeva (ad şərtidir) ilə tanış olduqdan sonra evli olduğunu öyrənsə də, mütəmadi olaraq onunla görüşməyə başlayıb. Cütlük müxtəlif vaxtlarda könüllü olaraq cinsi əlaqədə olub. Hadisə günü yenə də ehtiraslarını söndürdükdən sonra hamamda yuyunaraq çarpayıda uzanıblar. Sevil Nicatdan 700 manat pul istəyib. Nicat 320 manat pulunun olduğunu dedikdən sonra Sevil nalayiq ifadələr işlətməyə başlayıb. Nicat təhqirlərdən sonra Sevili öldürmək qərarına gəlib. Çiynində olan dəsmalla sevgilisini boğmağa başlayıb. 6-7 dəqiqə dəsmalı sıxdıqdan sonra qadının cansız bədəni döşəməyə yıxılıb.

Nicat Əsgərov Azərbaycan Respublikası CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Nicat Əsəgərov ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərib:

“Bir gün Naxçıvanda avtobusa minəndə bir xanımın mənə baxdığını gördüm. Fikir vermədən düşüb getdim. Səhəri gün həmin xanımın yenə mənə baxdığını hiss etdim. Əhəmiyyət vermədim. 1 həftə bu davam etdikdən sonra Sevilə yaxınlaşaraq mənə niyə baxdığını, baxıb güldüyünü soruşdum. O da mənə evli olduğunu dedi. İşə tələsdiyim üçün əlaqə nömrəmi verərək “nə sözün varsa, nömrəmə yaz” dedim. İşdə olan zaman tanımadığım nömrədən zəng gəldi, həmin qadının olduğunu bildim. Sevil növbəti gün görüşmək üçün vaxt təyin etdi, mən də getdim. İkimiz də evli olsaq da, bir-birimizə bağlandığımız üçün görüşməyə davam etdik. Sevil hər görüşəndə məndən pul istəyirdi. Amma məcbur etmirdi. Mən öz istədiyim üçün ona pul verirdim. Onun övladına geyimlər alıb, evi üçün bazarlıq edib, “Su səsi” və “Xan çinarı” restoranlarına aparmışam. Sevil məndən bacısı üçün 250 manat, qardaşı üçün 150 manat istəyib və bu pulu vermişəm.

Hadisə günü Sevil məndən 700 manat pul istədi. 320 manat verə biləcəyimi dedim. Bütün ehtiyaclarını ödədiyim halda 700 manatı nə edəcəyini soruşdum, cavab vermədi. Sevil qışqıraraq "ay şəxsiyyətsiz, şərəfsiz, sən kişi deyilsən, nakişisən. Sən kişi olsaydın, o pulu mənə verərdin" deyə nalayiq ifadələr işlətməyə başladı. Mən də əsəbiləşdim və gözüm döndü. Boynumdakı dəsmalla onu boğdum”.

Məhkəmədə zərərçəkmişin hüquqi varisi, Fazilə Ələkbərova heç nədən xəbəri olmadığını deyib:

“Hadisə ilə bağlı heç nə bilmirəm. Nicatın qızımla əlaqəsi olduğundan, onun qızım üçün pul xərcləyib nələrisə aldığından məlumatsızam. Hadisədən sonra əlaqələrinin olduğunu və qızımı onun öldürdüyünü öyrənmişəm. Nə söyləsəm də, fayda etməyəcək, qızımı geri qayıtmayacaq. Ən azından Sevilin körpə övladına görə insaf edib onu öldürməməli idi.
Şikayətçiyəm. Nicatın ömürlük həbs edilməsini, güllələnməsini, ya da asılmasını istəyirəm”.

Məhkəmədə aparılan istintaq və tərəflərin çıxışları ilə Nicat Əsgərov cinayət üzrə təqsirli bilinib.
Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə Nicat Əsgərov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Fidan İlqar

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
Bu gün, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
Bu gün, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Bu gün, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
Dünən, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
Dünən, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
Dünən, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
Dünən, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
Dünən, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
Dünən, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
Dünən, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
Dünən, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
Dünən, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
Dünən, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
Dünən, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
Dünən, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
Dünən, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər