top
Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı - FOTO
24 dekabr 2024, 05:58
- ↺ +

Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı - FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ötən gün hüquq-mühafizə orqanları Səhiyyə Nazirliyində əməliyyat keçirib və 6 nəfər vəzifəli şəxs saxlanılıb. Hələlik onlardan yalnız birinin kim olduğu bəllidir. Həmin şəxs adı son günlərdə saxta setifikat məsələsi ilə bağlı gündəmə gələn nazirliyin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovadır.

Rəsmi açıqlama olmadığından daha hansı vəzifəli şəxsərin saxlanıldığı bəlli deyil. Ancaq nəzər alsaq ki, hazırkı həbslər bir müddət əvvəl Baş Prokurorluq və DİN-in saxta plastik cərrahlarla bağlı araşdırması çərçivəsində baş tutub, o zaman saxlanılanlar arasında nazirlikdə və ona tabeli qurumlarda məhz bu sahəyə cavabdeh olanların, eləcə də Sertifikasiya Komissiyasının üzvlərinin ola biləcəyini ehtimal etmək mümkündür.

Bu sırada ağıla gələn ilk isim səhiyyə nazirinin müavini İlqar Qasımovdur. Səhiyyə Nazirliyi ilə bağlı yayılan əksər qalmaqallı məsələlərdə - mübahisəli kadr təyinatları, şübhəli tender əməliyyatları və nəhayət, sertifkasiya işlərinə onun rəhbərlik etdiyi bildirilir. Ona görə də aparılan əməliyyatlarda İlqar Qasımovun kənarda qalacağı inandırıcı deyil.

Məsələ burasındadır ki, Azərbaycanda son 14 ildə müxtəlif sahələrdən olan həkimlərə plastik cərrah sertifikatının verilməsi prosedurunun necə həyata keçirilməsi müəmmalarla doludur. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.14-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti 18 mart 2010-cu ildə “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları” təsdiq edib (https://e-qanun.az/framework/19507). Bu qaydaların təsdiqindən sonra hansısa həkimin kurs bitirməklə plastik cərrah olmasına rəsmən qadağa qoyulub.

Ancaq buna baxmayaraq, həmin tarixdən sonra da plastik cərrahlara Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası tərəfindən sertifikatlar verilməkdə davam edib. Bəzi plastik cərrahların sosial şəbəkədə paylaşdıqları sertifikatlar da bunu təsdiq edir. Maraqlıdır, 2010-cu ildə Həkimləri Təkmilləşdirmə İnstitunda plastik cərrahlar üçün kursların qadağan edilməsindən sonra Sertifikasiya Komissiyası hansı əsasla müxtəlif sahə həkimlərinə plastik cərrah sertifikatı verib? İlqar Qasımov, eləcə də digər vəzifəli şəxslər bu sertifikatları imzalayarkən, qanunvericiliyin tələblərinə əməl ediblərmi? Həmin həkimlər doğrudan da rezidentura təhsili aldıqdan sonra sertifikat əldə ediblər, yoxsa bu məsələdə də ciddi saxtakarlığa yol verilib? Bu sualların cavabı hələ də açıq qalıb.

Ancaq faktiki olaraq, son 14 ildə yüzlərlə həkimə plastik cərrahiyə ilə məşğul olmaq icazəsi verilib. 2019 və 2020-ci illərdə plastik cərrahlara verilən sertifikatlardan isə aydın olur ki, hazırda saxlanılan Səidə Rüstəmova bu sənədləri Sertifikasiya Şurasının katibi kimi imzalayıb. Sədr kimi isə 2019-cu ildə həmin sertifikatları səhiyyə nazirinin hazırkı müavini, o zaman isə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun “Travmatologiya və ortopediya” kafedrasının müdiri vəzifəsində çalışan İlqar Qasımov imzalayıb. Halbuki belə sənədlər nazir və ya nazir müavini səviyyəsində imzalanmalıdır. Ancaq İlqar Qasımov nazir müavini vəzifəsinə 2022-ci ilə təyin edilib.

Bəlkə düşünmək olardı ki, həmin vaxt, yəni 2019-cu ildə o, Sertifkasiya Şurasının sədri olub. Amma heç bir mənbədə onun bu komissiyanın sədri olması barədə məlumata rast gəlmək mümkün deyil.

Axar.az xəbər verir ki, Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutun dosenti, tibb üzrə fəlsəfə doktoru Akif Əfəndiyev bildirib ki, İ.Qasımov heç vaxt bu komissiyanın sədri olmayıb:

"İlqar müəllim heç vaxt Sertifikasiya Komissiyasının sədri olmayıb. O, nazir müavinidir və sertifikata nazir müavini kimi qol çəkir. Seftifikatları komissiya hazırlayır, verir Səhiyyə Naziliyinə, nazirlikdə isə ya nazir, ya da onun müavini imzalayır. Sertifikatları imzalamaq İlqar müəllimə həvalə olunub".

Göründüyü kimi, İlqar Qasımov nazir müavini olduqdan sonra sertifikatların hazırlanması və imzalanması birbaşa ona həvalə olunub. Amma o, nazir müavini təyin olunmazdan əvvəl də bu işlərlə məğul olub. Bu necə baş verib? Bəlli deyil. Bəlli olan isə odur ki, əgər bu istiqamətdə əməliyyatlar keçirilirsə, İlqar Qasımovun kənarda qalacağı az ehtimal olunandır.

Daha ziddiyətli bir məqam isə Komissiyanın adi ilə bağlıdır. Belə ki, Səhiyyə Nazirliyinin sayıtında sertifikasiyaya cavabdeh qurumun adı "Sertifikasiya Komissiyası" kimi gedir, verilən sertifikatlarda isə "Sertifikasiya Şurası" sözləri keçir.

[gallery columns="2" link="file" size="full" ids="211511,211512"]

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
Bu gün, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
Bu gün, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Bu gün, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
Dünən, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
Dünən, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
Dünən, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
Dünən, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
Dünən, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
Dünən, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
Dünən, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
Dünən, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
Dünən, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
Dünən, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
Dünən, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
Dünən, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
Dünən, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər