Türkiyə mətbuatı Fatih Terimin “Neftçi”yə baş məşqçi təyin ediləcəyi ilə bağlı iddia irəli sürüb.
Sportinfo.az xəbər verir ki, “Akşam” nəşri məşhur məşqçinin mövsümün sonunda Azərbaycan təmsilçisinin “sükanı arxası”na keçəcəyini yazıb.
Tərəflərin mövsümün sonunda rəsmi şəkildə müqavilə imzalayacağı bildirilib.
Fatih Terimin Adrian Mutu istefaya göndərildiyi zaman “Neftçi”yə gələcəyi barədə də xəbərlər yayılmışdı. Lakin həmin vaxt bu keçid baş tutmamışdı.