top
Otellərdə yanğına görə kim məsuliyyət daşıyır? – Yatdığımız yerdə kül olmamaq üçün…
26 yanvar 2025, 01:00
- +

Otellərdə yanğına görə kim məsuliyyət daşıyır? – Yatdığımız yerdə kül olmamaq üçün…

Türkiyənin Bolu əyalətində yerləşən Kartalkaya xizəkçilik mərkəzində baş verən məlum yanğın insanları ciddi şəkildə narahat edib. Bu, olduqca üzücü bir hadisədir. Həm belə bir hadisənin qardaş ölkədə yaşanması, həm də günahsız insanların istirahət etdikləri zaman faciəvi şəkildə həlak olmaları hər kəsi kədərə boğur. Bədbəxt hadisə yalnız otellərdə deyil, yaşayış binalarında da yanğın təhlükəsizlik məsələsini gündəmə gətirib.

Yalnız Türkiyədə yox, digər ölkələrdə də əksər otellərdə təhlükəsizlik məsələləri ilə bağlı bəzi boşluqların olduğu istisna olunmur. Bəs turist kimi üz tutduğumuz ölkələrə gedərkən biz nələrə diqqət etməliyik? Otelə yerləşən şəxsin müəssisə rəhbərliyindən təhlükəsizliklə bağlı vəziyyətin necə olmasını soruşmağa, məlumat tələb etməyə ixtiyarı varmı?

Ümumiyyətlə, otellərdə təhlükəsizlik tədbirləri necə yoxlanılır?

Globalinfo.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev deyib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən ildə bir dəfədən az olmayaraq yoxlamalar həyata keçirilir.

Onun sözlərinə görə, hər hansısa bir obyektdə uyğunsuzluq və ya nöqsanlar aşkarlanarsa, aidiyyəti dövlət qurumu tərəfindən növbədənkənar yoxlamalar təyin oluna bilər:

“Otellərdə və digər istirahət mərkəzlərində yanğın təhlükəsizliyi ilə bağlı sistemlərin mövcudluğundan əlavə onların saz vəziyyətdə saxlanılması xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, bu tip obyektlərdə yanğın təhlükəsizliyinin təmin olunmasına cavabdeh şəxs müəssisə rəhbəri sayılır. Ona görə də müəssisə rəhbərləri yanğın təhlükəsizliyi məsələlərinə vəsait ayırmaqdan çəkinməməlidirlər. Onu da nəzərə almalıdırlar ki, hər hansı bir yanğın hadisəsindən sonra müəssisəyə dəyən zərər daha öncə ayrılan vəsaitdən 5-10 dəfə çox olur. Bunu statistikalar da sübut edir. İri ticarət mərkəzlərində, xüsusi plazalarda, yanğın və digər fövqaladə hallara hazırlıq çərçivəsində maarifləndirici və təbliğat xarakterli işlər aparılmalıdır, praktiki məşğələlər keçirilməlidir. İnsanların bu cür vəziyyətlərə hazırlıq səviyyəsi yoxlanılmalıdır”.

Fövqaladə Hallar Nazirliyindən saytımıza verilən məlumata görə, mehmanxanalarda yanğın təhlükəsizliyi qaydalarının tələblərinə əməl olunmalıdır:

“Ölkə ərazisində mehmanxanaların yanğın təhlükəsizliyi “Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu”, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları” və “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi Qaydaları” ilə tənzimlənir. Qüvvədə olan qanunvericiliyə görə, mülkiyyət formasından asılı olmayaraq bütün obyektlərdə olduğu kimi mehmanxanalarda və mehmanxana tipli obyektlərdə də binaların, qurğu və otaqların yanğın təhlükəsizliyinin təmin olunmasında məsuliyyət bu müəssisələrin rəhbərlərinin üzərinə düşür. Mehmanxanaların və mehmanxana tipli obyektlərin müvafiq vəzifəli şəxsləri, eləcə də mühəndis-texniki xidmətləri binaların avtomatik yanğınsöndürmə, tüstü xaric edən və yanğına qarşı su təchizatının texniki vəziyyətinə görə məsuliyyət daşıyırlar. Yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti öz səlahiyyətləri çərçivəsində mehmanxanalarda hər il planlı şəkildə yanğın-texniki müayinələr keçirir. Müayinələr zamanı mehmanxanalarda yanğın təhlükəsizliyi qaydalarının tələblərinin yerinə yetirilməsi vəziyyəti yoxlanılır, nöqsanlar aşkar edildikdə tələbnamə yazılı şəkildə obyekt rəhbərinə təqdim olunur. Əgər qeyd olunan nöqsanlar aradan qaldırılmasa, qanunvericilikdə nəzərdə tutulmuş qaydada İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun inzibati xəta haqqında protokol tərtib edilir”.

FHN-dən bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti, həmçinin mehmanxanalarda mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirir, otelin əməkdaşları yanğın təhlükəsizliyi qaydaları barədə məlumatlandırılır, əməkdaşlarına Nazirlik tərəfindən hazırlanmış maairfləndirici vəsaitlər (videoçarx, broşür və s.) təqdim olunur:

“Bununla yanaşı, mütəmadi olaraq mehmanxananın əməkdaşları, o cümlədən xidməti və texniki heyətinin iştirakı ilə praktiki məşq və təlimlər keçirilir. O da qeyd olunmalıdır ki, müəssisə rəhbərləri otellərin fəhlə və qulluqçuları ilə (ilkin və təkrar) yanğına qarşı təlimatların, eləcə də yanğın-texniki minimum üzrə dərslərin keçirilməsini və ildə iki dəfədən az olmayaraq, xidməti heyət ilə yanğın zamanı köçürmə planı üzrə hərəkətlərin (yanğınsöndürmə xidmətinin çağırılması, insanların təxliyə edilməsi və yanğınsöndürmə qurğularının düzgün istifadə edilməsi) təlim-məşqlərini təşkil etməyə borcludurlar”.

Qurumdan verilən məlumata görə, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, obyektlərdə, o cümlədən mehmanxanalarda və mehmanxana tipli obyektlərdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları bu sahədə lisenziyası olan şirkətlər tərəfindən quraşdırılmalıdır:

“Belə ki, həmin şirkətlər tərəfindən bu qurğulara texniki servis xidməti göstərilməlidir. Mülkiyyət formasından asılı olmayaraq, bütün obyektlərdə olduğu kimi mehmanxanalarda və mehmanxana tipli obyektlərdə də binaların, qurğu və otaqların yanğın təhlükəsizliyinin təmin olunması, o cümlədən avtomatik yanğınxəbərverici siqnalizasiya qurğularının təmin edilməsi üzrə məsuliyyət bu müəssisələrin rəhbərlərinin üzərinə düşür. FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri çərçivəsində obyektlərdə yanğın təhlükəsizliyi qaydalarının tələblərinin yerinə yetirilməsi, o cümlədən avtomatik yanğınxəbərverici siqnalizasiya qurğularının, eləcə də digər yanğından müdafiə vasitələrinin mövcudluğu və sazlığına müvafiq dövrülüklə həyata keçirdiyi yoxlamalar zamanı nəzarəti təmin edir”.

Son xəbərlər

Bütün Xəbərlər
Dünən, 16:47

İranda AzTV-ni "düşmən media" adlandırdılar – Bakının sərt cavabı

Bütün Xəbərlər
Dünən, 16:43

Avarçəkmə, kanoe və kayak üzrə açıq Bakı çempionatının vaxtı dəyişilib

Bütün Xəbərlər
Dünən, 16:25

Azərbaycanda ən çox izlənilən televiziya verilişi hansıdır? — TOP-15

Bütün Xəbərlər
Dünən, 14:46

Azərbaycanın İstanbulda yeni konsulu kimdir? –DOSYE

Bütün Xəbərlər
Dünən, 13:48

Prezident İlham Əliyev Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı Sərəncam imzalayıb

Bütün Xəbərlər
Dünən, 13:35

Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırılıb, yeniləri təyin edilib

Bütün Xəbərlər
Dünən, 13:22

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Bütün Xəbərlər
Dünən, 13:19

Azərbaycanda alimlərin maaşları artırılacaq? – Ölkədə nə qədər elm adamı var?

Bütün Xəbərlər
Dünən, 12:41

Sabah külək əsəcək, 41 dərəcə isti olacaq

Bütün Xəbərlər
Dünən, 12:03

Bakıda güclü külək səbəbindən 2 nəfər təcili yardıma müraciət edib

Bütün Xəbərlər
Dünən, 10:07

25 yaşlı oğlunun ölüm xəbərini alan ananın ürəyi dayandı

Bütün Xəbərlər
Dünən, 09:46

Magistraturaya ixtisas seçiminin vaxtı uzadılıb

Bütün Xəbərlər
Dünən, 09:32

UFC prezidenti: Makqreqor bir illik sıradan çıxıb

Bütün Xəbərlər
26 iyul 2026, 11:59

Prezident İlham Əliyev maldivli həmkarına təbrik məktubu ünvanlayıb

Bütün Xəbərlər
25 iyul 2026, 16:42

Xırdalanda kişi ona yemək verməyən arvadını döydü

Bütün Xəbərlər
25 iyul 2026, 15:56

Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib

Bütün Xəbərlər
25 iyul 2026, 15:53

"Kanalı borcla təhvil almışdıq, maaş ödənişləri mənim hesabıma olub" - Vado Korovin

Bütün Xəbərlər
25 iyul 2026, 15:23

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

Bütün Xəbərlər
25 iyul 2026, 14:34

Reper P. Diddy həbsxanadakı davadan sonra təkadamlıq kameraya köçürülüb

Bütün Xəbərlər
25 iyul 2026, 14:15

Milix Yevdayev "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

Bütün Xəbərlər
25 iyul 2026, 13:47

İtaliyanın müdafiə naziri Mixail Fyodorova müşavir vəzifəsini təklif edib

Bütün Xəbərlər
25 iyul 2026, 13:04

Avropa Liqası: "Qarabağ" azarkeşləri üçün ÇSKA ilə cavab oyununun biletləri satışa çıxarılır

Bütün Xəbərlər
25 iyul 2026, 12:35

Bazar günü Azərbaycanda 41 dərəcə isti olacaq

Bütün Xəbərlər
25 iyul 2026, 09:36

İspaniya millisi DÇ-2026-dakı çempionluğa görə 15 milyon dollar vergi ödəyəcək

Bütün Xəbərlər
25 iyul 2026, 09:29

Tramp ermənipərəst konqresmen Adam Şiffi yekəbaş adlandırıb

Bütün Xəbərlər
25 iyul 2026, 00:17

"Dövlət xəstəxanalarında ürəyin MRT-si niyə yoxdur?" - Aparıcıdan ETİRAZ

Bütün Xəbərlər
24 iyul 2026, 20:38

"Speys"dən açıqlama: Məsuliyyət onun üzərinə düşür!

Bütün Xəbərlər
24 iyul 2026, 16:01

Dövlət Proqramı üzrə təqaüdçülərin siyahısı müəyyən olundu

Bütün Xəbərlər
24 iyul 2026, 14:18

"Space TV"nin bank hesablarına həbs qoyuldu - SƏBƏB

Bütün Xəbərlər
24 iyul 2026, 13:57

Rəşad Aslanov Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılıb, Türkiyəyə təyin edilib

Bütün Xəbərlər
24 iyul 2026, 13:52

Rəşad Məmmədov Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən geri çağırılıb, Özbəkistana təyin olunub

Bütün Xəbərlər
24 iyul 2026, 13:48

Məmməd Musayevlə əlbir olub 100 milyonu "yeyiblər" - Vəzifəli şəxslər həbs edildi

Oxşar xəbərlər