top
Otuz bir il əvvəl uğurla yekunlaşan Horadiz əməliyyatı düşməni dəyirmi masa arxasında oturmağa məcbur edib
05 yanvar 2025, 12:16
- ↺ +

Otuz bir il əvvəl uğurla yekunlaşan Horadiz əməliyyatı düşməni dəyirmi masa arxasında oturmağa məcbur edib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yanvarın 5-də Azərbaycan Silahlı Qüvvələrinin uğurlu Horadiz əməliyyatından 31 il ötür.

1993-cü ilin dekabrından başlayan və 1994-cü il yanvarın 6-dək davam edən, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı nəticəsində qısa müddətdə 21 min hektar ərazi, Füzuli rayonunun Arazboyu 20 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib. Düşmən ağır itkilər verərək və cəsədlərini döyüş meydanında qoyaraq geri çəkilib. 1994-cü il yanvarın 5-də Azərbaycan Ordusunun əsgərləri Horadizə daxil olaraq Azərbaycan Bayrağını ucaldıblar. Horadiz əməliyyatında misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bu uğurlu əməliyyat Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilib. 

AZƏRTAC xəbər verir ki, bu münasibətlə əməliyyatın iştirakçısı olmuş 702 saylı briqadanın keçmiş döyüşçüləri yanvarın 5-də Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri qoyulub.

Sonra briqadanın keçmiş döyüşçüləri Şəhidlər xiyabanında döyüş yoldaşlarının məzarlarını ziyarət ediblər. Həmçinin İkinci Şəhidlər xiyabanında uyuyan qəhrəmanların da məzarları ziyarət olunub. 

Horadiz əməliyyatının iştirakçıları - ikinci batalyonun komandiri Zahir Həsənov, ehtiyatda olan kapitan, batareya komandiri Bərəhman Zairov, ikinci qrup Qarabağ əlili Habil Məmmədov və həmin əməliyyatın iştirakçısı olmuş şəhid Qasim Məmmədhəsənovun atası Bilal Məmmədhəsənov mediaya müsahibələrində əməliyyatın keçirilməsindən, Azərbaycan Ordusunun ozamankı dövr üçün qazandığı bu nailiyyətin əhəmiyyətindən danışıblar. Bildirilib ki, 11 min əsgər və zabit həmin əməliyyatın iştirakçısı olub. Əməliyyat zamanı Azərbaycan Silahlı Qüvvələrinin qazandığı qələbə düşməni dəyirmi masa arxasına gətirib. 

Nəticədə atəşkəs elan olunub.

@insanoidcom

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Dünən, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
Dünən, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
Dünən, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
Dünən, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
Dünən, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
Dünən, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
Dünən, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
Dünən, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
Dünən, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
Dünən, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
Dünən, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
Dünən, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
Dünən, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Siyasət
29 oktyabr 2026, 12:28

Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb - FOTO

Cəmiyyət
29 oktyabr 2026, 12:10

Beynəlxalq terror təşkilatları ilə əlaqəli, terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət
29 oktyabr 2026, 11:39

Azərbaycanda son on ildə nikahların sayı təxminən 30%, doğulan uşaqların sayı isə 42% azalıb - İNSANOİD.COM-un ARAŞDİRMASI

Oxşar xəbərlər