İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən 2006-cı ildən bəri verilən ipoteka kreditlərinin ümumi məbləği 2 milyard manata yaxın təşkil edib. Xidmətdən yararlanan ailələrin sayı isə 34 mini ötüb. Bunu 31 avqust tarixində İKZF-in katibi Trend-ə bildirib.
Katibin sözlərinə əsasən, 620 milyon manata yaxın güzəştli ipoteka krediti ayrılıb. Ayrılan kreditlərin 70%-i gənclərə və gənc ailələrə verilib.
Hər bir Azərbaycan vətandaşı 18 yaşına çatdıqda və rəsmi gəliri olduqda ipoteka kreditindən yararlana bilər. İpoteka əldə etmək üçün vətandaş asan və ya elektron imza almalıdır. Həmin şəxs imza vasitəsi ilə www.e-gov.az saytında elektron kabinet yaratdıqdan sonra müvəkkil bankların birinə elektron müraciət göndərməlidir.