Qəbələdə güclü külək marketin dam örtüyünü uçurub.
APA xəbər verir ki, hadisə Qəbələnin Zarağan kəndində baş verib. Güclü külək kənddə yerləşən marketin dam örtüyünü uçuraraq magistral yola atıb.
Xəsarət alan olmayıb. Bir neçə avtomobilə ziyan dəyib.
Bir müddət yolda avtomobillərin sıxlığı yaranıb. Sonradan hərəkət bərpa olunub.
[gallery link="file" size="full" ids="210286,210287,210288"]