Yasamal və Abşeron rayonlarında avtomobil oğurluğu ilə məşğul olan şəxslər saxlanılıb.
İnsanoid.com xəbər verir ki, noyabrın 29-da gecə saatlarında Yasamal rayonu ərazisindən “KİA” markalı avtomobilin qaçırılması barədə polisə məlumat verilib.
Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən 28 yaşlı T.Salahov avtomobili idarə edərkən tutulub.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Xırdalan şəhəri ərazisindən “KİA” markalı avtomobil qaçırmaqda şübhəli bilinən digər şəxs, 28 yaşlı S.Aydınov, Digah qəsəbəsində avtomobillə birgə saxlanılıb.
Hazırda hər iki hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.