top
Qadın futbolçu: “Elə yanaşırlar ki, sanki hər şeyi yalnız oğlanlar edə bilərlər” – MÜSAHİBƏ
17 yanvar 2025, 03:06
- ↺ +

Qadın futbolçu: “Elə yanaşırlar ki, sanki hər şeyi yalnız oğlanlar edə bilərlər” – MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda qadın futbolu son illərdə inkişaf etməyə başlasa da, ümumilikdə kişi futbolu qədər populyar deyil. Lakin bu sahədə bəzi irəliləyişlər və təşəbbüslər müşahidə olunur. Eyni zamanda son illərdə görülən işlər və artan dəstək bu sahənin gələcəyini ümidverici edir.

Azərbaycanda qadın futbolunun inkişafı, bəzən cəmiyyətin və ənənələrin təsiri kimi çətinliklərlə qarşılaşır. Ancaq son illərdə qadınların idman sahələrindəki, xüsusilə futboldakı uğurları sosial stereotipləri pozmağa kömək edir və gənc qızların bu sahəyə olan marağını artırır.

Sumqayit24.az-ın əməkdaşı  azərbaycanlı peşəkar idmançı, futbol üzrə Azərbaycan Yüksək Qızlar Liqasında çıxış edən “Sumqayıt” klubunun, həmçinin Azərbaycanın qadınlardan ibarət U19 millisinin müdafiəçisi Fidan Abışova ilə danışıb.

Müsahibəni təqdim edirik:

– Fidan xanım, ilk növbədə özünüz haqqında məlumat verməyinizi istərdim.

– Mən 2006-cı il may ayının 18-də dünyaya göz açmışam. Hazırda Bakı şəhəri, Xətai rayonunun Əhmədli qəsəbəsində yaşayıram.

– Futbolu necə sevdiniz və bu idmanla tanışlığınız necə başladı?

– 2012-ci ildən qardaşım futbolla məşğul olur. Mən də onunla birlikdə futbola baxmağa gedirdim və özüm üçün məşq edirdim. Divarla paslaşırdım. Elə o vaxtlar məşqçi Xanlar Əliyev valideynimə yaxınlaşaraq “bu qızı futbola yazdırın” deyib. O gündən futbola başladım. Mən futbolu çox sevirəm.

– Futbol karyeranıza başlamadan əvvəl hansı idmanla məşğul olurdunuz?

–  Futbola başlamamışdan öncə milli rəqslə məşğul olmuşam.

– Futbol üzrə ən böyük motivasiyanız nədir?

– Futbol üzrə ən böyük motivasiyam uğurlarıma ailəmin sevinməyidir. İnsanlar arasında valideynlərimin qızım futbolçudur deyib, qürurlanmaları mənim ən böyük motivasiya qaynağımdır.

– İlk dəfə hansı komandada oynadınız və o anı necə xatırlayırsınız?

– İlk dəfə “Əhmədli Yunayted” komandasında futbola başlamışam. Bayaq vurğuladığım kimi Xanlar müəllimin komandasında olmuşam. O zamanlar çox həyəcanlı idim. Çünki 6 yaşım var idi. Nələrlə üzləşəcəyimi bilmədən maraq olsun deyə getdiyim komandaya indi hazırda həyatımın ən önəmli parçası kimi yanaşıram.

– Futbolçu qız olaraq qarşılaşdığınız ən böyük çətinliklər nədir? Futbolun kişi sənəti olduğunu deyirlər. Hətta bəzən qız nədir, futbol nədir də deyirlər. Bu barədə nə düşünürsünüz?

– Bu sözləri demək olar ki, məndən nə ilə məşğulsan soruşan insanlara futbolçuyam dediyim zaman çox eşidirəm. Cəmiyyətimiz qadın futbolunun Azərbaycanda inkişaf etməsinə mane olub.

Elə yanaşırlar ki, sanki hər şeyi yalnız oğlanlar edə bilərlər, qızlar bacarmaz. Bu da heç doğru fikir deyil. Çünki futbol özü çətin sənətdir. Əgər futbolçu olacaqsansa, hər haqsızlığa, ayrı-seçkiliyə, stressə və ən önəmlisi də zədələrə hazır olmalısan. Amma əgər işini sevərək edirsənsə, bunlar o qədər də gözə görsənmir.

– Ailənizin futbolu seçməyinizə münasibəti necə oldu?

– İlk başlarda maraq üçün qoymuşdular. Sonradan daha çox bağlandığımı görəndə valideynlərim narazı oldular, hətta çıxarmaq istədilər. Məşqlərə və oyunlara getməyə qoymurdular.

O zamanlarda məşqlərimiz mənim oxuduğum məktəbin idman zalında keçirilirdi. Dərsdən gizlin şəkildə çıxaraq, məşqlərə gedirdim. Amma uzun illər sonra razılaşdılar. Hətta getməyimi özləri çox istəyirdilər. Buna səbəb də uğurlarım idi.

– İdman həyatınızda ən böyük uğurunuz nə olub? Futbolun təkcə fiziki deyil, eyni zamanda zehni tərəfi haqqında nə düşünürsünüz?

– İdman həyatımda məncə ən böyük uğurum Milli karyeram olub. Eyni zamanda  Azərbaycanın ən yaxşı komandalarından olan Sumqayıt komandasında olmağımdır.

– Karyeranızda hansı məşqçi və ya futbolçu sizin üçün örnək olub?

– Futbol karyeramda demək olar bütün məşqçilərim yaxşı olub. Amma ilk məşqçim Xanlar Əliyevin əziyyətini illər keçsə də itirə bilmərəm. Bu gün qadın futbolunda olmağımın səbəbkarı odur.

– Sizin fikrinizcə, futbol sahəsində qadınların rolunun artması üçün hansı addımlar atılmalıdır?

– Məncə qadın futbolunda qadınların rolunun artmasına səbəb ancaq maliyyə ola bilər. Bu reallıqdır. Tək bununla təbii ki, bitmir. Sadəcə əsas nüansa toxunmaq istədim.

– Gələcəkdə milli komanda və ya xarici klublarda oynamaq kimi hədəfləriniz varmı?

– Təbi ki var. Bu, hər bir futbolçunun xəyalıdır. Amma xəyal olaraq qalmaması üçün çox çalışmaq lazımdır. Milli komanda üzvü olmuşam. İndi sıra xarici klubdur. Mən özümə güvənirəm ki,  bu da olacaq.

– Futbolu və şəxsi həyatınızı necə balanslaşdırırsınız?

– Şəxsi həyatımla futbol arasında heç bir çətinlik çəkmirəm. Çünki öncəliyim futboldur.

– Futbolun qadınlar arasında daha çox yayılması üçün nə etməliyik?

– Oğlan futbolunu cəmiyyət arasında necə tanıdırıqsa, qadın futbolunda da inkişaf etdirməliyik.

– Komanda yoldaşlarınızla olan münasibətlərinizi necə dəyərləndirirsiniz?

– Hazırda komanda yoldaşlarımla ünsiyyətim yaxşıdır. Sadəcə komanda yoldaşı olaraq münasibətimiz var.

– Futbol karyeranızı bitirdikdən sonra hansı sahədə fəaliyyət göstərmək istərdiniz?

– Futbol karyeramı bitirmək istəmərəm. Ancaq elə bir şey olsa, oxuduğum sahə, yəni turizm üzrə işləmək istəyərəm.

– Gələcəkdə futbol sahəsində hansı yenilikləri görmək istəyirsiniz?

– Daha çox tanınmaq, legioner oyunçularımızı görmək, qalibiyyət və çox uğur..

– Milli komanda ilə bağlı danışa bilərsiniz? “Sumqayıt” klubundakı şərait necədir?

– Hazırda A milli komandamızdan danışmaq istərdim. Son zamanlar çox uğur qazanıblar. Bu da U19, U17, U15 milli komandalarına, hətta klublara çox müsbət təsir göstərir. İnşallah ki, davamlı olar. Sumqayıt komandasında şərait normaldır.

– Əlavə olaraq nələr ilə məşğulsunuz?

– Əlavə olaraq badminton milli komandasında çıxış etmişəm. Bu idman növü ilə dörd il məşğul olmuşam. Modellik və aktyorluq sahəsində də üç il çıxış etmişəm. Bu sahədə bir çox kinolarda yer almışam.

Nəzrin Vahid 

Son xəbərlər

Cəmiyyət
Dünən, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
Dünən, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
Dünən, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
Dünən, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
Dünən, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
Dünən, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
Dünən, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
Dünən, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
Dünən, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
Dünən, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
Dünən, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
Dünən, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
Dünən, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Siyasət
29 oktyabr 2026, 12:28

Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb - FOTO

Cəmiyyət
29 oktyabr 2026, 12:10

Beynəlxalq terror təşkilatları ilə əlaqəli, terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət
29 oktyabr 2026, 11:39

Azərbaycanda son on ildə nikahların sayı təxminən 30%, doğulan uşaqların sayı isə 42% azalıb - İNSANOİD.COM-un ARAŞDİRMASI

Cəmiyyət
29 oktyabr 2026, 11:28

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib

Oxşar xəbərlər