top
Qadından bacılarına qarşı iddia: Qızıma deyiblər anan pozğundur
05 dekabr 2024, 05:12
- ↺ +

Qadından bacılarına qarşı iddia: "Qızıma deyiblər anan pozğundur"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Lənkəranda üç qadın xüsusi ittiham qaydasında rayon məhkəməsinə müraciət edib.

Publika.az xəbər verir ki, şikayətçi qadınlar 1983-cü il təvəllüdlü Gülbəniz Quliyevanın (ad şərtidir) "TikTok" sosial şəbəkəsində onları təhqir etdiyini, barələrində həqiqətə uyğun olmayan məlumatlar yaydığını bildiriblər.

Məlum olub ki, şikayətçi qadınlardan ikisi Gülbənizin bacısı, biri isə Gülbənizin bacısının qayınanasıdır. Onlar Gülbənizin nevroloji problemlərinin olduğunu, sosial şəbəkələrdə şər-böhtan xarakterli sözlər danışdığını və həbs edilməsinin vacibliyini bildiriblər.

Araşdırmalar zamanı məlum olub ki, bacılar arasında münasibətlər bir neçə ildir pisləşib. Gülbəniz atası evində, digər bacılar isə öz ailələri ilə birgə yaşayırlar.

G.Quliyeva ifadəsində bacısının onun həyatını məhv etdiyini, cinsi təcavüzə məruz qoyduğunu iddia edib:

"Əksinə, ittihamçılar mənə qarşı qanunsuz hərəkətlər ediblər, kənddə mənim üzümə tüpürdülər, qızıma deyiblər ki, anan pozğundur. Səkkiz dəfə buna görə "102" xidmətinə zəng də etmişəm, lakin nəticəsi olmayıb. Haqsızlıqlar barədə "TikTok" sosial şəbəkəsində paylaşım etdim.

İş o dərəcəyə çatdı ki, işlədiyim "Düşbərə" restoranın rəhbərliyi işimə xitam verdi. Bacım Sevər (şərti ad) mənim uşağımı vurduğuna görə onun qayınanasına şikayət etmişəm. Həyat yoldaşımın adı Sərvət olub. Digər bacım Səhanə (şərti ad) onunla münasibət qurub sevgili oldu, onları yataqda tutmuşam. Buna görə də Sərvətdən boşandım. Bacım Sevər məni Zaur adlı şəxsə ərə vermək istəyirdi. Buna görə də Sevər məni Bakı şəhərində, metronun "Neftçilər" stansiyasının yanındakı əxlaqsızlıq yuvasına apardı. Zaur məni orada zorladı. Bundan əvvəl isə həb verib məni yatırdıblar".

G.Quliyevaya Zaurla bağlı iddiasına görə sual verildikdə, o, həmin şəxsdən polisə şikayət etmədiyini bildirib.

Lənkəran Rayon Məhkəməsi araşdırmalardan sonra 26 noyabr tarixində Gülbəniz Quliyevaya hökm elan edib.

O, Cinayət Məcəlləsinin 147.1-ci maddəsi (böhtan) ilə təqsirli bilinərək 1300 manat cərimə cəzasına məhkum edilib.

Son xəbərlər

İqtisadiyyat
Dünən, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
Dünən, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
Dünən, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Dünən, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
30 oktyabr 2026, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
30 oktyabr 2026, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
30 oktyabr 2026, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
30 oktyabr 2026, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
30 oktyabr 2026, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
30 oktyabr 2026, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
30 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər