top
Qarabağda vəfat edənlər orada dəfn olunmur - Komitə sədrindən ETİRAZ
24 dekabr 2024, 04:18
- ↺ +

Qarabağda vəfat edənlər orada dəfn olunmur - Komitə sədrindən ETİRAZ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Tarixi zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra azad edilmiş ərazilərdə bərpa və geniş quruculuq işləri aparılır. İşğaldan azad edilmiş ərazilərdə təhlükəsiz yaşayışın təmini, əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı məskunlaşma ölkə Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın prioritet istiqamətlərini təşkil edir.

Hazırda Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur sakinlərinin azad olunmuş ərazilərə davamlı köçü həyata keçirilməkdədir. Ata-baba yurduna qayıdan insanlar orada evlə, həyətyanı sahə ilə təmin olunurlar. Qarabağ və Şərqi Zəngəzur bölgəsində məktəblərin, mədəniyyət mərkəzlərinin, müxtəlif ictimai iaşə obyektlərinin tikilib istifadəyə verilməsi, iş yerlərinin açılması dövlətin daxili siyasətinin əsas prioritetləri sırasına daxildir.

Artıq Zəngilan, Laçın, Füzuli, Cəbrayıl, Şuşa, Xocalı, Xankəndiyə 30 min nəfərdən çox adam köçürülüb.

Hazırda "Böyük Qayıdış" prosesi nəticəsində doğma yurd-yuvalarına dönən keçmiş məcburi köçkünləri narahat edən bir məsələ var: qəbiristanlıqların bərpası, Qarabağ və Şərqi Zəngəzur bölgəsində vəfat edən yerli sakinlərin harada dəfn olunması...

Məsələ burasındadır ki, yerli sakinlərin Qarabağ və Şərqi Zəngəzur ərazisində dəfni hələ ki mümkün deyil.

Bakı və digər yerlərdə məskunlaşmış keçmiş məcburi köçkünlər 30 ildən sonra həyatını itirən yaxınlarının cənazəsini ata-baba torpaqlarına apara bilmirlər. Halbuki, bu, həmin torpaqlara qayıdan insanlar üçün həlli çox vacib olan mənəvi məsələdir. Doğma insanları ata-baba yurdunda dəfn etmək Qarabağ və Şərqi Zəngəzura köçən sakinləri həmin bölgəyə bağlaya bilən əsas tellərdən biridir.

Hazırda Qarabağ və Şərqi Zəngəzura hələ köçməyən, ancaq həmin rayonlardan olan və digər yerlərdə məskunlaşan sakinlər vəfat edən yaxınlarının işğaldan azad olunmuş ərazilərdə dəfni üçün şərait yaradılması məsələsinə baxılmasını istəyirlər.

Yeri gəlmişkən, dünən Xankəndi şəhərində vəfat edən - əslən Xocalıdan olan Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşı Nəcəf Həsənovun cənazəsi bu gün nədənsə sakini olduğu ərazidə deyil, Naftalan şəhərinə aparılaraq orada dəfn olunub.

Bəs Qarabağ və Şərqi Zəngəzura köçən sakinlərə vəfat edən yaxınlarını doğma yurdda dəfn etməyə nə vaxt icazə veriləcək?

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda qəbiristanlıqların yaradılması problem olmamalı, bu sahədəki çətinliklər təcili aradan qaldırılmalıdır.

Onun sözlərinə görə, hazırda Azərbaycanın müxtəlif yerlərində həyatını itirən şəxslərin dəfn edilməsi üçün standart qəbiristanlıq modeli yaradılır və hər şəhərin də öz qəbiristanlıqları olur.

“İnsanlar illərdir məcburi köçkün olduqları yerlərə qayıdıblar, amma orada qəbiristanlıqlar yoxdur. Bu heç də doğru yanaşma deyil. Belə çıxır ki, Qarabağ qəbiristanlıqsız bölgəyə çevriləcək? Vəfat edən keçmiş məcburi köçkünlər nəhayət öz yerlərində dəfn olunmalıdır. Yoxsa biz illərdir erməni işğalı altında olan ərazilərdə qəbiristanlıqların dağıdılmasını niyə qabardırdıq”.

Deputat vurğulayıb ki, standart qəbiristanlıqların yaradılması hazırkı dövr üçün zəruridir.

“Azərbaycanda olan biabırçı – yolsuz, çığırsız qəbristanlılar mövcuddur. Hamını gətirib eyni yerdə dəfn edirlər. Niyə Şuşanın, Xankəndinin, Xocalının qəbristanlığı olmasın? Onda toyları da işğaldan azad edilən yerlərdə yox, hamısını Bakıda keçirək? Belə yanaşma başadüşülən deyil”.

“Adamın yaxınlarının qəbri dədə-baba yurdunda olanda, özü də o torpağa bağlı olur. Əks halda, o ərazilərə köçürülən insanlar ora müvəqqəti yaşayış yeri kimi baxmağa davam edəcəklər. Bu məsələdə başqa izah ola bilməz, problemin ətrafında sağlam düşüncə ilə düşünmək və düzgün qərarlar vermək lazımdır” – deyə Fazil Mustafa vurğulayıb.

“Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”na əsasən, yeni qəbiristanlığın salınması barədə qərar bələdiyyə tərəfindən qəbul edilir. Bunun üçün müvafiq dövlət qurumlarının əməkdaşlarının təmsil olunduğu komissiya yaradılır və yer ayrılır. Qəbiristanlıqlar üçün ayrılan torpaq sahəsinin ölçüləri hər 1000 nəfər sakinə 0,24 hektar hesabı ilə müəyyən edilir.

Lakin azad edilən ərazilərdə tam məskunlaşma bitmədiyinə görə bələdiyyələr formalaşdırılmayıb. Eyni səbəbdən yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri azad edilən ərazilərdə baş tutmayacaq.

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
Bu gün, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
Bu gün, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Bu gün, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
Dünən, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
Dünən, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
Dünən, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
Dünən, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
Dünən, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
Dünən, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
Dünən, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
Dünən, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
Dünən, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
Dünən, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
Dünən, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
Dünən, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
Dünən, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər