“Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə Bakıda keçirilən COP29 çərçivəsində dünya futbol klubları iqlim dəyişikliyi ilə mübarizədə birgə alyans qurmaq üçün Bakıya toplaşır.
İnsanoid.com-a klubdan verilən məlumata əsasən, noyabrın 15-də "Qarabağ"ın dəvəti ilə paytaxtımıza “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko Madrid”, “Real Betis” (hər ikisi İspaniya), “Fənərbaxça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Porto” (Portuqaliya), “Flamenqo” (Braziliya), “Malmö” (İsveç) klublaları təşrif buyuracaq.
Hazırda dünya futbolunda dayanıqlılıq lideri olan “Liverpul” və bu sahədə liderlərdən sayılan “Udineze” də zəngin təcrübəsini digər klublarla bölüşəcək.
Sözügedən 11 tanınmış klub qurumun yaradıcıları hesab olunacaq. Sonradan dayanıqlılıq baxımından fəal olan digər klublar “Qarabağ” və ECA tərəfindən bu alyansa dəvət ediləcək.
Bu klublar iqlim dəyişikliyi və dayanıqlılıq sahəsindəki təcrübələrini paylaşacaq və alyansın təsis sənədini imzalayacaqlar. Tədbir noyabrın 16-da “Nəsimi” zalında keçiriləcək və akkreditasiyadan keçən hər kəs üçün açıq olacaq.