Bu gün səhər saatlarından etibarən Bakı-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Sumqayit qatarlarının hərəkətində problem yaranıb.

Bu barədə Bakuplus.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, problem kontakt şəbəkədə baş vermiş texniki nasazlıq səbəbindən yaranıb. Hazırda nasazlıq aradan qaldırılıb. Qatarlar hərəkətinə davam edir.

Fidan İlqar