top
Qaxda sevdiyinə qovuşa bilməyən oğlan “günahkarı” ZORLADI
10 yanvar 2025, 03:27
- ↺ +

Qaxda sevdiyinə qovuşa bilməyən oğlan “günahkarı” ZORLADI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qaxda zorlanma hadisəsi baş verib.

İnsanoid.com-un əldə etdiyi məlumata görə, hadisənin məhkəmə istintaqı Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rafail Ağayevin sədrliyi ilə aparılıb.

Belə ki, 1996-cı il təvəllüdlü Cavid Əsgərov (ad şərtidir) Qax rayonunda anadan olub. Cavid öz sevdiyi Gülşənə qovuşa bilməyib. Bunun günahını isə qızın dayısı arvadında görüb və ondan qisas almağa qərar verib. O, 2024-cü ilin mart ayının 4-də gecə saatlarında Gülşənin dayısıgilin evində heç kəsin olmadığını fürsət bilərək, gizli şəkildə ora daxil olub. Bu zaman evdə yalnız sevgilisinin dayısı arvadı Səkinə Quliyeva (ad şərtidir) olub. Cavid mətbəx otağından içəri girərək Səkinənin yataq otağına keçib. Onun əl-qolunu bağlayaraq ölümlə hədələyib. Daha sonra qadına zor tətbiq edərək məcburi şəkildə cinsi əlaqədə olub.

Cavid Əsgərov Azərbaycan Respublikası CM-nin 149.2.4 və 157.1 (zorlama) maddələri ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Cavid Əsgərov özünü təqsirli bilməyib:

“Siqaret almaq üçün dostum Ülvi Beydullayevgilə getdim. Lakin Ülvi evdə olmadığı üçün geri qayıtdım. Ülvigillə Səkinəgilin evi üzbəüzdür. Geri qayıdanda onların evindən kiminsə çıxdığını gördüm. Elə bildim ki, qadının həyat yoldaşı Araz Seyidovdur. “Salam əleyküm, Araz dayı” dedim, lakin cavab vermədi. Amma gördüm ki, həmin şəxs özünü itirib, qaça-qaça gedir. Artıq başa düşdüm ki, məsələ və qaçan şəxs xəyanətlə bağlıdır.  Evə daxil olub ayaqqabıların yerini dəyişdim ki, başqa adamın onları gördüyünü anlasınlar.

Səhəri gün Səkinəgilə gedib onu şantaj ertməyə başladım. “Gələn nə istəyirsə, mən də onu istəyirəm” dedim. O da razılaşdı. Gecə 1-2 radələrində onlara getdim və hər şey normal keçdi. Səhər saat 11 radələrində Səkinənin qızı zəng edib “Sən kimsən və sənə kim ixtiyar verib ki, bizim həyəti güdürsən, sən belə böyümüsən, polisə şikayət etməyəcəm, atam gələnə kimi sənin başına oyun açdıracam” dedi. Zorlama barədə polisə şikayət ediləndə bildim. Səkinəni öldürmək fikrim olsaydı, öldürüb gedərdim də”.

Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Səkinə Quliyeva ifadəsində göstərib:

“Cavidlə münasibətimiz həmişə normal olub. O, baldızımın qızı Gülşənlə sevgili idi. Gülşən sonradan Cavidin hərəkətlərinə görə ondan ayrıldı, başqa biri ilə ailə həyatı qurdu. Oğlan da bu ayrılığa görə məni günahlandırırdı. Oğlum hərbi təlimlər üçün 7 gündür ki, evdə yox idi. Yoldaşım Araz Seyidov SOCAR şirkətində işlədiyi üçün Türkiyəyə ezamiyyətə getmişdi. Təxminən 7 gün evdə tək qalmışam. Gecə yatdığım zaman kimsə məni silkələyib oyatdı. Azər olduğunu düşünsəm də, Cavid idi. “Dur ayağa, Əzrayilin gəlib” dedi. Qorxudan dik atıldım. Boğazıma bıçaq dirəyib öldürməklə hədələdi. Sonra isə ya öldürəcəyini, ya da mənlə cinsi əlaqədə olacağını dedi. Mən qarşı gəlsəm də, əl-qolumu bağlayıb məni zorladı”.

Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə Cavid Əsgərov 7 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Fidan İlqar

Son xəbərlər

Cəmiyyət
Dünən, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
Dünən, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
Dünən, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
Dünən, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
Dünən, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
Dünən, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
Dünən, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
Dünən, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
Dünən, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
Dünən, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
Dünən, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
Dünən, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
Dünən, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Siyasət
29 oktyabr 2026, 12:28

Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb - FOTO

Cəmiyyət
29 oktyabr 2026, 12:10

Beynəlxalq terror təşkilatları ilə əlaqəli, terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət
29 oktyabr 2026, 11:39

Azərbaycanda son on ildə nikahların sayı təxminən 30%, doğulan uşaqların sayı isə 42% azalıb - İNSANOİD.COM-un ARAŞDİRMASI

Cəmiyyət
29 oktyabr 2026, 11:28

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib

Oxşar xəbərlər