Qazaxıstanın Aktau şəhərində AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan şəxslərin cənazələri bu gün ölkəmizə gətiriləcək.
Bu barədə Azərbaycan Hava Yollarından (AZAL) İnsanoid.com-a məlumat verilib.
Qeyd edək ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəza enişi edib. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub. Onlardan 26-sı Azərbaycan vətəndaşlarıdır.