top
“Qeyrət” mətbəəsi - “Poçt qutusu” və “Usta Zeynal”ın çap edildiyi tarixi zirzəmi - Cəlil Məmmədquluzadənin ev muzeyindən REPORTAJ
14 yanvar 2025, 01:44
- ↺ +

“Qeyrət” mətbəəsi - “Poçt qutusu” və “Usta Zeynal”ın çap edildiyi tarixi zirzəmi - Cəlil Məmmədquluzadənin ev muzeyindən REPORTAJ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın görkəmli yazıçısı, dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadənin Tbilisidə yerləşən ev muzeyi həm Azərbaycan, həm də Gürcüstan mədəniyyəti üçün böyük əhəmiyyətə malikdir. Muzeyin yerləşdiyi bina tarixi abidə statusu daşıyır.

"Report"un Gürcüstan bürosunun əməkdaşı Mtatsminda rayonunun Besiki küçəsində yerləşən muzeyin yenidən bərpa olunması ilə əlaqədar orada olub, son vəziyyətlə maraqlanıb.

Muzeyin bərpası işlərinə ictimai nəzarəti Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsak Novruzov edir. Onun sözlərinə görə, ilkin mərhələdə binanın stabilləşdirilməsi üçün geniş işlər görülüb, bərkitmə işləri yekunlaşıb:

“Demək olar ki, bir metr dərinliyində qazıntı işləri aparıldı, otaqların hamısı beton və armaturla bərkidildi, divarlar da armaturla möhkəmləndirildi. Hazırda əsas məsələ fasad işlərinin görülməsidir. Bərkitmə işlərinə başlanarkən Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Tbilisi meriyasından xahiş etdi ki, əvvəlki tarixi fasad qorunsun. Bu məsələ ilə bağlı biz Mtatsminda rayon rəhbərliyi ilə də danışmışıq və səfirlə birgə növbəti görüş planlaşdırılır. Gürcüstandakı mövcud siyasi vəziyyət bu məsələ ilə bağlı işlərimizi ləngidir”.

[gallery link="file" columns="1" size="full" ids="213987"]




Tarixi fasad qorunacaq

Binanın fasadı tarixin bir parçası kimi qorunub saxlanılacaq. Tarixi memarlıq üslubu ilə seçilən bu fasad təkcə mədəni irsi deyil, həm də dövrün sənətkarlarının ruhunu yaşadır. Layihə çərçivəsində fasadın bərpası ilə bağlı bütün detallara diqqət yetiriləcək.

İsak Novruzovun sözlərinə görə, layihənin daxili təmir işləri Azərbaycan Mədəniyyət Nazirliyinin səlahiyyətindədir. Daxildə elektrik sistemi, su-kanalizasiya, qapı-pəncərə yenilənməsi və digər zəruri bərpa işləri həyata keçiriləcək. Fasad və digər xarici işlər isə Mtatsminda rayon rəhbərliyi ilə koordinasiya olunacaq.

Bərpa layihəsinin təxmini büdcəsi

Layihənin ilkin mərhələ üçün ümumi dəyəri 350 min lari (təxminən 210 min manat - red) civarında hesablanıb. 340 min lari Tbilisi meriyası tərəfindən xərclənib, SOCAR isə bu işlərə dəstək göstərərək ilkin mərhələdə 10 min manat ayırıb. Qalan vəsaitin təmin olunması üçün Azərbaycan və Gürcüstan tərəflərinin birgə səyləri davam edir. Layihənin son təsdiqi və büdcə detalları tamamlandıqdan sonra ikinci mərhələyə start veriləcək.

[gallery link="file" columns="1" size="full" ids="213988"]




İ.Novruzov qeyd edib ki, görüləcək işlər birgə əməkdaşlıq nəticəsində paralel şəkildə irəliləyəcək:

“Ümid edirik ki, 2025-ci ilin əvvəlində görüşümüz baş tutacaq və fasad işlərinə başlanılacaq. Əgər hər şey plan üzrə getsə, işləri iyun ayına qədər tamamlamağı hədəfləyirik”.

Mirzə Cəlil və Çavçavadze ailəsini nə birləşdirir?

Qeyd edək ki, C.Məmmədquluzadənin ev muzeyi təkcə mədəniyyət abidəsi deyil, həm də bir ideologiya mərkəzidir. Muzeyin yenidən fəaliyyətə başlaması Mirzə Cəlil irsini yaşatmaqla yanaşı, gələcək nəsillər üçün də mühüm bir töhfə olacaq. Layihə tamamlandıqdan sonra muzey bütün Cənubi Qafqaz üçün unikal bir mədəniyyət məkanı olacaq.

Muzeyin yerləşdiyi Besiki küçəsi ilə paralel V.Kotetişvili küçəsidir. Bu ərazi vaxtilə təkcə Mirzə Cəlilin deyil, həm də Gürcüstanın tanınmış ictimai xadimlərinin yaşadığı bir məkan olub. Məsələn, 1909-cu ildən 1927-ci ilə qədər burada məşhur ictimai xadim İlya Çavçavadzenin həyat yoldaşı Olqa Tadeozovna Quramişvili yaşayıb.

[gallery link="file" columns="1" size="full" ids="213989"]




İlya Çavçavadze (1837–1907) Gürcüstanın milli-azadlıq hərəkatının liderlərindən biri, yazıçı, şair və jurnalist idi. O, Gürcüstanın “ən çox hörmət edilən qəhrəmanlarından” biri hesab olunur və “Millətin atası” kimi qəbul edilir. Onun həyat yoldaşı Olqa Quramişvili isə bu böyük şəxsiyyətin yanında olmuş, onun ideyalarını dəstəkləmişdir.

Mirzə Cəlil ilə Çavçavadze ailəsinin qonşuluğu və eyni dövrdə yaşamaları onların arasında mədəni, intellektual əlaqələrin mövcud olma ehtimalını gücləndirir. Hər iki şəxsiyyət öz xalqlarının maariflənməsi və mədəni inkişafı üçün çalışmış, regionda multikultural əlaqələrin möhkəmlənməsinə töhfə vermişlər.

“Qeyrət” mətbəəsi, “Poçt qutusu” və “Usta Zeynal” əsərlərinin çap edildiyi tarixi zirzəmi

Bu tarixi əlaqələr və məkanın əhəmiyyəti nəzərə alınaraq, Cəlil Məmmədquluzadənin ev muzeyinin bərpası xüsusi önəm daşıyır. Həm də təxminən 200 illik tarixə malik olan bu bina təkcə bir yaşayış məkanı deyil, həm də mədəni və intellektual fəaliyyətin mərkəzi olub.

[gallery link="file" columns="1" size="full" ids="213990"]




Sovetlər dönəmində bu binada ailələr məskunlaşıb. Ev muzeyi hazırda binanın yalnız 3 otağını əhatə edir. Azərbaycan mətbuat tarixinin ən parlaq nümunəsi – “Qeyrət” mətbəəsi də burada yerləşir. Bura isə məşhur Molla Nəsrəddin jurnalının ilk saylarının işıq üzü gördüyü məkandır. Bina, həmçinin Cəlil Məmmədquluzadənin “Poçt qutusu” və “Usta Zeynal” əsərlərinin çap edildiyi tarixi zirzəmiyə ev sahibliyi edir.

Ümid edirik ki, muzey planlaşdırılan vaxtda tam şəkildə bərpa olunacaq, yenidən gürcü və azərbaycanlı ziyarətçilərin sevimli məkanına çevriləcək.

[gallery link="file" columns="4" size="full" ids="213991,213992,213993,213994,213995,213996,213997"]

Son xəbərlər

Cəmiyyət
Dünən, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
Dünən, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
Dünən, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
Dünən, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
Dünən, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
Dünən, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
Dünən, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
Dünən, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
Dünən, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
Dünən, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
Dünən, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
Dünən, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
Dünən, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Siyasət
29 oktyabr 2026, 12:28

Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb - FOTO

Cəmiyyət
29 oktyabr 2026, 12:10

Beynəlxalq terror təşkilatları ilə əlaqəli, terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət
29 oktyabr 2026, 11:39

Azərbaycanda son on ildə nikahların sayı təxminən 30%, doğulan uşaqların sayı isə 42% azalıb - İNSANOİD.COM-un ARAŞDİRMASI

Cəmiyyət
29 oktyabr 2026, 11:28

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib

Oxşar xəbərlər