top
Qılıncla qazanılan zəfəri qələmlə yazmaq gərəkdir!
08 noyabr 2024, 01:00
- ↺ +

Qılıncla qazanılan zəfəri qələmlə yazmaq gərəkdir!

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu zəfərin dadını çıxarmaq istərdik

8 Noyabr – Zəfər Günü, Azərbaycan xalqının tarixinə şanlı səhifə kimi yazılan və böyük fəxrlə qeyd edilən gündür. Həmin gündən, prezident İlham Əliyevin “Şuşa, sən azadsan!” sözlərindən sonra sevincimizin səmalara bülənd olduğu andan artıq 4 il ötür. Şuşanın azad olunması ilə Azərbaycan xalqı öz milli dəyərlərini və tarixi irsini qorumaq yolunda böyük bir addım atdı. Bəli, 4 il ötdü. Artıq üçrəngli bayrağımız Xankəndi, Ağdərə, Xocavənddə - ümumiyyətlə beynəlxalq birlik tərəfindən suveren ərazimiz kimi tanınan bütün torpaqlarımızda dalğalanmaqdadır. Biz artıq başımızı dik tutub vüqarla addımlamaq hüququnu qazanmışıq: şəhidlərimizin canı, qazilərimizin qanı bahasına. Və bu qələbənin, bu zəfərin, necə deyərlər, dadını çıxarmaq istərdik, bunun zamanı çoxdan yetişib. Bu tarixi qalibiyyət haqqında şeirlər eşitməyi, mahnılar dinləməyi, yüksək peşəkarlıq və müasir texnologiyaların istifadə edilməsi ilə lentə alınan kinofilmləri izləmək istərdik.

Bəs siz necə, xatırlayırsınız?

Desək ki bu istiqamətdə faydalı iş əmsalı sıfıra bərabərdir, haqqı tapdamış olardıq. Müəyyən işlər görülür, tədbirlər keçirilir, hansısa teatrın səhnəsində sözügedən hadisələrə həsr edilən tamaşalar təqdim edilir. Amma bu işlərin həcmi 4 il əvvəl yaşadığımız sevincə, qələbəmizin nəhəngliyinə və tarixi əhəmiyyətinə tərs mütənasibdir. Haqlı olduğumuzu çox sadə üsulla sübuta yetirmək mümkündür. Sadəcə sıravi Azərbaycan vətəndaşına bir sual ünvanlamaq kifayətdir: Azərbaycanın, Ordusunun, Əsgərinin, Xalqının tarixi Zəfərinə həsr edilən hansı filmi, hansı mahnını, hansı poemanı xatırlayırsınız? Cavab bəllidir. Çünki bu sahədə elə boşluq var ki...

1, 2, 3... Vəssalam!

Bu yerdə bir qədər haşiyəyə çıxmaq və daha əvvəlki tariximizə, Birinci Qarabağ müharibəsi və ondan sonrakı illərə qayıtmaq istərdik. Şuşa, eləcə də ərazilərimizin 20 faizi 30 ilə yaxın bir müddətdə düşmən tapdağında qaldı. Əsrin 1/3-ni əhatə edən bu zaman kəsiyində Azərbaycanda hansı tarixi roman yazıldı, hansı dünya səviyyəli film çəkildi?
Əgər bədii filmlərdən danışsaq, yalnız Vaqif Mustafayevin ssenarisi əsasında Ceyhun Mirzəyevin ərsəyə gətirdiyi “Fəryad”ı və Aqil Abbasın ssenarisi əsasında Elxan Cəfərovun lentə aldığı “Dolu”nu qeyd edə bilərik. Əlbəttə, digər filmlər də çəkilib. Bir misal olaraq 2015-ci ildə rejissor Rövşən İsaxın lentə aldığı “Yarımçıq xatirələr”i göstərmək olar. Amma istər bu, istərsə də digər filmlər həm məzmun, həm də bədii və texniki göstəricilər sarıdan yaddaşlarda qalmaq iddiasında olmayıblar.
Torpaqlarımızın işğalda olduğu illərdə ərsəyə gətirilən mahnıları saf-çürük etmək istəsək, yenə də maksimum 2-3 nümunə ilə kifayətlənməli olacağıq. Sözləri Zəlimxan Yaquba, musiqisi Cavanşir Quliyevə məxsus “Ey Vətən", söz və musiqisi Şahin Musaoğluya məxsus "Cənab Leytenant" və əlbəttə ki, müstəqil Azərbaycanın ilk hərbi marşı olan “Əsgər marşı” (sözləri Əli Kaminin, musiqisi Cavanşir Quliyevin). İncəsənətin digər sahələrində də vəziyyət oxşardır. Təəssüf ki, onilliklərlə qəlbimizə, ruhumuza yara vuran bir hadisəni, ermənilərin bəşəri cinayətlərini tam dolğun əks etdirə bilmədik.

Xəbərsizlik müsbət hal deyil

Bəlkə də kimsə deyə bilər ki, zamanla hər şey öz yerini alacaq. Gözəl əsərlər də yaradılacaq, hələ çəkdiyimiz filmlər “Oskar”a da layiq görüləcək. Axı təcrübə də göstərir ki, məsələn, Böyük Vətən müharibəsi barədə ən gözəl filmlər hərbi əməliyyatlar başa çatdıqdan illər sonra yaradılıb. Lakin 30 illik işğal dövrü bu mənada optimist olmağa çox az əsas verir. Bir də ki, artıq xatırladığımız “Fəryad” filmi presedenti var. Bu sənət əsəri 1993-cü ildə, Xocalı faciəsindən cəmi 1 il sonra tamaşaçıların ixtiyarına verildi. Və Xocalı soyqırımının ağrı-acısının tam nəhəngliyi ilə bütün Azərbaycan xalqının, o cümlədən yaradıcı kollektivin qəlbində yaşaması filmin möhtəşəmliyini təmin edən əsas amillərdən biri idi. Odur ki, artıq gecikirik. Bu sahədə əməli tədbirlər görmək lazımdır. Bəlkə də hardasa kimsə çox fövqəladə ssenari, roman, povest yazıb, rəsm əsəri yaradıb, simfoniya bəstələyib. Amma yenə də bu – müsbət hal deyil. Ən azından ona görə ki, həm biz, azərbaycanlı olaraq, həm də bütün dünya bu əsərlərdən bixəbərdir.

Zaman gözləmir

Zəfər Gününün qeyd olunması Azərbaycan xalqının birliyinin, milli və döyüş ruhunun təcəssümü hesab edilir. Bu qələbədə Azərbaycan əsgərlərinin qəhrəmanlığı, xalqın ordusuna göstərdiyi dəstək və Prezident İlham Əliyevin rəhbərliyi həlledici rol oynadı. Zəfər Gününün qeyd olunması həm də gələcək nəsillər üçün böyük bir dərsdir. Və bu nəsillər bu şərəfli 44 gün haqqında yalnız tarix kitablarından, arxiv materiallarından məlumat almamalıdır: bu hadisələri dünya səviyyəli filmlərdən izləməli, bədiiliyi ilə hətta ən öndəgedən peşəkarları valeh etməyə qadir romanlardan oxumalı, gözəl mahnılarla xatırlamalıdır. Bunu təmin etmək bu qələbənin canlı şahidlərinin öhdəsinə düşür. Zaman isə gözləmir...

Vüsal Əliyev

Son xəbərlər

İqtisadiyyat
31 oktyabr 2026, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
31 oktyabr 2026, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
31 oktyabr 2026, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
31 oktyabr 2026, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
30 oktyabr 2026, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
30 oktyabr 2026, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
30 oktyabr 2026, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
30 oktyabr 2026, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
30 oktyabr 2026, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
30 oktyabr 2026, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
30 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər