top
Rafael Ağayev iclaslara niyə çağırılmır? - Federasiyadan CAVAB
16 yanvar 2025, 05:36
- +

Rafael Ağayev iclaslara niyə çağırılmır? - Federasiyadan CAVAB

Rafael Ağayev Azərbaycan Karate Federasiyasının vitse-prezidenti postundan istefa verəcəyini açıqlayıb.


“Mən təkcə bu vəzifəyə təyin olunduğum günü xatırlayıram. Ondan bu yana 7-8 aydır ki, heç bir iclasa çağırılmamışam. Ona görə ay sonuna qədər vəzifəmdən ayrılacam. Bunun səbəbi çoxdur. Hansısa işləri görə bilərdim, milli komandaya xeyrim dəyərdi. Amma görünür ki, ehtiyac yoxdur. Dünyada və Azərbaycanda karate deyiləndə yada düşən insanlardanam. Sadəcə ad olaraq vitse-prezident kimi qalmağı istəmirəm”, - o qeyd edib.

Qeyd edək ki, R.Ağayev Azərbaycan Karate Federasiyasının vitse-prezidenti olduğunu deməsi diqqət çəkib. Fedrasiyanın saytında vitse-prezidentlər arasında onun adı qeyd edilməyib.

Azərbaycan Karate Federasiyasının (AKF) vitse-prezidenti Füzuli Musayev Modern.az-a açıqlamasında bildirib ki, Rafael Ağayev AKF-nin deyil, Azərbaycan Milli Karate Federasiyasının vitse-prezidentidir.

O qeyd edib ki, əvvəllər Azərbaycanda çoxsaylı federasiyalar var idi:

“Buna görə qərar verildi ki, hər idman növü üzrə bir federasiya yaradılsın. 1992-ci ildə biz - yəni Füzuli Musayev, Ülvi Quliyev, Əhməd Hətəmov, Mirəli Seyidov, Yaşar Bəşirov və digərləri ilə Azərbaycan Karate-Do Fedrasiyasını yaratdıq. 1997-ci ildə federasiyaların sayının artmasından sonra vahid Azərbaycan Karate Federasiyalar Assosisasiyası formalaşdı. Bura çoxsaylı federasiyalar daxil idi. Qanunda isə hər idman növü üzrə 1 federasiya nəzərdə tutulurdu. İndi də bu tətbiq olunub. Ədliyyə Nazirliyindən qeydiyyatdan keçən çoxsaylı federasiyalar var, amma onların heç biri Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiyadan keçməyib. Ona görə də rəsmi faəliyyət göstərə bilməzlər”.


Füzuli Musayev qeyd edib ki, Azərbaycan Karate Federasiyasının tərkibində 6 federasiya fəaliyyət göstərir:


“Onlardan biri də Azərbaycan Milli Karate Federasiyasıdır. Amma o da digər federasiyalar kimi bizdə üslub olaraq qeydə alınıb. Həmin ictimai birliyə də Yaşar Bəşirov rəhbərlik edir. Bizim çox hörmətli idmançımız, fəxrimiz, mənim tələbəm Rafael Ağayev çıxışlarında idmançı karyerasını bitirəcəyini və federasiyada çalışmaq istədiyini bildirdi. Ona baş məşqçi kimi fəaliyyət göstərmək təklif edildi, ancaq müəyyən səbəblərdən istəmədi. Ona Milli Karate Federasiyasında vitse-prezident kimi qalmaq təklif edildikdə qəbul etdi. Federasiya bu gün bizim tərkibimizdədir. Onun rəhbəri Yaşar Bəşirov iclas keçirəndə Rafael Ağayevi çağırar, ya çağırmaz, ona biz heçnə edə bilmərik. Rafael Ağayev bizim öz federasiyamızın tədbirlərinə dəvət edilir. İclaslarımızda isə ancaq rəhbərlik və üzvlərimiz iştirak edir. Buraya heç kim dəvətlə çağırılmır, ümumi elan olunur və hamı iştirak edir. Rafael Ağayev istefa vermək istəyirsə, bu şəxsi qərarıdır. Amma mən heç vaxt onun ayrılmasını istəməzdim . Biz danışanda dedim ki, Rafael, görüşərik. Mən düşünürəm ki, Rafael kimi idmançını, karatemizin simasını heç vaxt heç kim itirmək istəməz. Çünki Rafael dünyada tanınmış idmançıdır. Onun hər zaman yanımızda yeri var, düşünürəm ki, bunların hamısı düzələcək. Biz Allahın köməkliyi ilə ondan faydalı istifadə edəcək, Azərbaycanın gələcək karateçilərini də Rafaellə birgə yetişdirəcəyik”.

Son xəbərlər

Bütün Xəbərlər
Dünən, 16:47

İranda AzTV-ni "düşmən media" adlandırdılar – Bakının sərt cavabı

Bütün Xəbərlər
Dünən, 16:43

Avarçəkmə, kanoe və kayak üzrə açıq Bakı çempionatının vaxtı dəyişilib

Bütün Xəbərlər
Dünən, 16:25

Azərbaycanda ən çox izlənilən televiziya verilişi hansıdır? — TOP-15

Bütün Xəbərlər
Dünən, 14:46

Azərbaycanın İstanbulda yeni konsulu kimdir? –DOSYE

Bütün Xəbərlər
Dünən, 13:48

Prezident İlham Əliyev Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı Sərəncam imzalayıb

Bütün Xəbərlər
Dünən, 13:35

Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırılıb, yeniləri təyin edilib

Bütün Xəbərlər
Dünən, 13:22

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Bütün Xəbərlər
Dünən, 13:19

Azərbaycanda alimlərin maaşları artırılacaq? – Ölkədə nə qədər elm adamı var?

Bütün Xəbərlər
Dünən, 12:41

Sabah külək əsəcək, 41 dərəcə isti olacaq

Bütün Xəbərlər
Dünən, 12:03

Bakıda güclü külək səbəbindən 2 nəfər təcili yardıma müraciət edib

Bütün Xəbərlər
Dünən, 10:07

25 yaşlı oğlunun ölüm xəbərini alan ananın ürəyi dayandı

Bütün Xəbərlər
Dünən, 09:46

Magistraturaya ixtisas seçiminin vaxtı uzadılıb

Bütün Xəbərlər
Dünən, 09:32

UFC prezidenti: Makqreqor bir illik sıradan çıxıb

Bütün Xəbərlər
26 iyul 2026, 11:59

Prezident İlham Əliyev maldivli həmkarına təbrik məktubu ünvanlayıb

Bütün Xəbərlər
25 iyul 2026, 16:42

Xırdalanda kişi ona yemək verməyən arvadını döydü

Bütün Xəbərlər
25 iyul 2026, 15:56

Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib

Bütün Xəbərlər
25 iyul 2026, 15:53

"Kanalı borcla təhvil almışdıq, maaş ödənişləri mənim hesabıma olub" - Vado Korovin

Bütün Xəbərlər
25 iyul 2026, 15:23

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

Bütün Xəbərlər
25 iyul 2026, 14:34

Reper P. Diddy həbsxanadakı davadan sonra təkadamlıq kameraya köçürülüb

Bütün Xəbərlər
25 iyul 2026, 14:15

Milix Yevdayev "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

Bütün Xəbərlər
25 iyul 2026, 13:47

İtaliyanın müdafiə naziri Mixail Fyodorova müşavir vəzifəsini təklif edib

Bütün Xəbərlər
25 iyul 2026, 13:04

Avropa Liqası: "Qarabağ" azarkeşləri üçün ÇSKA ilə cavab oyununun biletləri satışa çıxarılır

Bütün Xəbərlər
25 iyul 2026, 12:35

Bazar günü Azərbaycanda 41 dərəcə isti olacaq

Bütün Xəbərlər
25 iyul 2026, 09:36

İspaniya millisi DÇ-2026-dakı çempionluğa görə 15 milyon dollar vergi ödəyəcək

Bütün Xəbərlər
25 iyul 2026, 09:29

Tramp ermənipərəst konqresmen Adam Şiffi yekəbaş adlandırıb

Bütün Xəbərlər
25 iyul 2026, 00:17

"Dövlət xəstəxanalarında ürəyin MRT-si niyə yoxdur?" - Aparıcıdan ETİRAZ

Bütün Xəbərlər
24 iyul 2026, 20:38

"Speys"dən açıqlama: Məsuliyyət onun üzərinə düşür!

Bütün Xəbərlər
24 iyul 2026, 16:01

Dövlət Proqramı üzrə təqaüdçülərin siyahısı müəyyən olundu

Bütün Xəbərlər
24 iyul 2026, 14:18

"Space TV"nin bank hesablarına həbs qoyuldu - SƏBƏB

Bütün Xəbərlər
24 iyul 2026, 13:57

Rəşad Aslanov Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılıb, Türkiyəyə təyin edilib

Bütün Xəbərlər
24 iyul 2026, 13:52

Rəşad Məmmədov Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən geri çağırılıb, Özbəkistana təyin olunub

Bütün Xəbərlər
24 iyul 2026, 13:48

Məmməd Musayevlə əlbir olub 100 milyonu "yeyiblər" - Vəzifəli şəxslər həbs edildi

Oxşar xəbərlər